Deputatlar Avstriya və Sloveniyaya səfər edəcəklər

Tədbirlər
17 fevral 2025 | 14:20   

Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Azay Quliyev və Sevinc Fətəliyeva fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlar əvvəlcə fevralın 19-da Sloveniyanın Maribor şəhərində keçiriləcək Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcəklər, soyqırımı qurbanlarının xatirəsini anacaqlar.

Fevralın 20-21-də isə nümayəndə heyəti  ATƏT PA-nın Avstriyanın Vyana şəhərində keçiriləcək 24-cü qış sessiyasının işinə qatılacaq.

Qış sessiyasında millət vəkilləri üç ümumi komitənin birgə toplantısında, habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi komitənin iclaslarında iştirak edəcəklər. Deputatlarımız tədbirlərdə qaldırılacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər fevralın 22-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU