Milli Məclisin deputatı MDB PA-nın tədbirlərində iştirak edəcək

Tədbirlər
27 mart 2024 | 10:23   
Paylaşın:        

Milli Məclisin deputatı, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Arzu Nağıyev martın 27-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Millət vəkili səfər çərçivəsində MDB PA-nın Təhlükəsizlik və yeni çağırışlar və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyasının, həmçinin Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcək.

Səfər martın 30-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU