Milli Məclisin deputatı Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyasında iştirak edəcək

Tədbirlər
19 mart 2024 | 16:33   
Paylaşın:        

Milli Məclisin deputatı Vüqar Bayramov Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyasında iştirak etmək üçün martın 25-də Fransanın Paris şəhərinə səfər edəcək.

Sessiyada kosmos fəaliyyətinin əhəmiyyəti, onun qlobal problemlərin azaldılması səylərinə töhfə vermək imkanları müzakirə ediləcək, fikir mübadiləsi aparılacaq.

Səfər martın 29-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU