Milli Məclisin sədri Sahibə Qafarova Ankarada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Sədrin səfərləri
26 oktyabr 2023 | 18:45   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Spiker Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib. 

Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb və bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU