Milli Məclisin deputatı Ankarada səfərdə olacaq

Tədbirlər
26 may 2023 | 14:55   
Paylaşın:        

Milli Məclisin deputatı Rafael Hüseynov Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 27-də bu ölkənin paytaxtı Ankara  şəhərinə səfər edəcək.

Səfər çərçivəsində deputatımız AŞPA-nın seçki müşahidə missiyasının tərkibində  Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcək.

Səfər mayın 29-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU