Latviyada AŞPA-nın Büro və Daimi Komitə iclasları keçiriləcək

Tədbirlər
23 may 2023 | 17:26   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mayın 24-dən 27-dək Latviyanın Riqa şəhərində səfərdə olacaq.

Komitə sədri burada keçiriləcək AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək.

İclaslarda Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin,  Bolqarıstanda keçirilmiş erkən parlament seçkilərinin nəticələri, həmçinin Monteneqroda keçiriləcək parlament seçkilərini müşahidə edəcək üzvlərin siyahısının təsdiqi və digər məsələlərə baxılacaq, müvafiq qərarlar qəbul olunacaq.

Səməd Seyidov müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, onlara münasibətini bildirəcəkdir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU