Deputatlar Türkiyədə seçkilərə hazırlıqla tanış olacaqlar

Tədbirlər
22 may 2023 | 19:24   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı Türkiyə Respublikasında prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci mərhələsinə hazırlıqla tanış olmaq üçün bu ölkəyə səfər ediblər.

Deputatlar Hikmət Məmmədov, Fatma Yıldırım, Mahir Abbaszadə, Elman Nəsirov, Sahib Alıyev İzmir şəhərində, Tahir Rzayev, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Sevil Mikayılova Antalya şəhərində, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Arzu Nağıyev, Ramil Həsən İstanbul şəhərində prezident seçkilərinin ikinci turuna hazırlıq və prosesin gedişi ilə tanış olacaqlar.

Deputat Ramil Həsən bu məqsədlə Antalya şəhərinə də səfər edəcək.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU