Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yubileyi münasibətilə xeyriyyə aksiyası təşkil edilib

Tədbirlər
24 dekabr 2021 | 18:47   
Paylaşın:        

Ötən il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və  Ordumuzun qəhrəmanlığı sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa edilərək, suverenliyi bərqərar edildi. Əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad olundu, milli qürurumuz yerinə qaytarıldı.

Bizə məhz bu tarixi Qələbəni yaşadan Prezidentimizin 60 illik yubileyi münasibətilə dekabrın 24-də Bakı şəhərinin Nərimanov rayonunda Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü  və “Lovely dent by Khayal Samadov” klinikasının dəstəyi ilə şəhid ailələrinin, qazilərin və sakinlərin pulsuz stomatoloji müayinəsi təşkil edilib.

Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq təşkil edilmiş xeyriyyə aksiyasında vətəndaşlarımız kütləvi şəkildə iştirak edərək, onlara təqdim edilmiş ödənişsiz xidmətlərdən yararlanıblar.

Tədbirdə iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmiş, ən səmimi duyğularla dövlət başçısının doğum gününü təbrik etmişlər.  Vətəndaşlar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun döyüş meydanında əldə etdiyi qələbə, eləcə də dövlət başçımızın diplomatiya müstəvisində apardığı uğurlu siyasətin nəticəsində 30 ildən sonra tarixi torpaqlarımıza qovuşmağımızdan hər bir azərbaycanlının qürur hissi keçirdiyini bildiriblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU