Milli Məclisin sədri Sahibə Qafarova TBMM sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb

Sədrin çıxışları
30 iyul 2021 | 19:24   
Paylaşın:        

İyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınların davam etməsi və bunun nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.    

Parlamentin sədri öz adından və Azərbaycan Milli Məclisi adından  yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib. Məktubda deyilir ki, Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır. Dualarımız Sizinlədir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU