Deputatımız Bolqarıstanda parlament seçkilərini izləyəcək

Tədbirlər
07 iyul 2021 | 12:13   
Paylaşın:        

Milli Məclisin deputatı Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament   seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcək.

Millət vəkili seçkiqabağı durum, məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olacaq, seçkinin gedişatını izləyəcək, vətəndaşların fəallığını müşahidə edəcək.

Səfər iyulun 13-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU