REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

İyunun 1-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclası açan komitə sədri Arif Rəhimzadə gündəlikdəki “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənəd ilə iştirakçıları tanış etdi.
Bildirdi ki, təklif olunan dəyişikliklərə əsasən əhalisi 20 mindən artıq olan yerlərdə yeni sahə inzibati ərazi dairələri yaradılacaq. Bu isə öz növbəsində idarəetmə sisdeminin təkminləşdirilməsinə, yeni iş yerlərinin açılmasına xidmət edəcək. Qanunun həyata keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanlarının vəsatəti əsasında həyata keçiriləcək.
Çıxış edən deputatlar təklif olunan dəyişiklikləri yüksək qiymətləndirərək, bunun həm də mövcud inzibati ərazi dairələrinin xəritələtrinin hazırlanmasına müsbət təsir edəcəyini söylədilər. Qanunun iri rayonlarda icra hakimiyyətlərinin iş keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyi vurğulandı.
Sonda sənəd yekdilliklə parlamentin plenar iclasına tövsiyyə olundu.
Milli Məclisin
Mətbuat xidməti