"Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 354; 2001, No– 12, maddə 736; 2002, No– 5, maddə 241; 2003, No– 1, maddə 7; 2005, No– 11, maddə 997; 2007, No– 3, maddə 205, No– 5, maddə 398; 2008, No– 2, maddə 49; 2013, No– 11, maddə 1289; 2016, No– 7, maddə 1240; 2017, No– 5, maddə 719) 30-cu maddəsinin ikinci hissəsində “vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində” sözləri “şəxslər qanunla” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2017-ci il
No– 926-VQD
