"Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddə 169; 2002, No– 5, maddə 237; 2004, No– 2, maddə 57, No– 4, maddə 202, No– 6, maddə 398; 2007, No– 11, maddə 1048; 2015, No– 10, maddə 1098; 2016, No– 11, maddə 1750; 2017, No– 5, maddə 683; Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 788-VQD nömrəli Qanunu) 13-cü maddəsinin on üçüncü abzası ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2017-ci il
No– 925-VQD
