"Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddə 226, No– 5, maddə 379; 2001, No– 11, maddələr 676, 683; 2004, No– 6, maddə 397; 2005, No– 1, maddə 5, No– 8, maddə 684; 2006, No– 11, maddə 922; 2007, No– 5, maddə 437, No– 11, maddə 1049; 2010, No– 3, maddə 171; 2012, No– 7, maddə 672; 2013, No– 1, maddə 17; 2014, No– 10, maddə 1172) 20-ci maddəsinin ikinci hissəsinə “işəgötürən” sözündən sonra “həmkarlar ittifaqının üzvü olan” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2017-ci il
No– 921-VQD
