“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
24 noyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

24 noyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 7 (Cild I); 2024, № 1, maddə 5, № 6 (I kitab), maddə 631) 11-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci hissə üzrə: 
1.1. birinci cümlədə “müəyyən ekspertiza” sözləri “müvafiq məhkəmə eksperti” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Məhkəmə eksperti ixtisaslarının və həmin ixtisaslar üzrə tələb olunan ali təhsil ixtisaslarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.
2. On üçüncü hissədə “ekspertizası” sözü “eksperti” sözü ilə əvəz edilsin.
 
                                                                     
Azərbaycan Respublikasının Prezidenti
 
 
 
 
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU