Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
27 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283; 2025, № 4 (I kitab), maddələr 308, 322, № 6, maddə 526, № 7, maddə 610, № 8, maddələr 736, 743, № 11, maddə 1011; 2026, № 1, maddə 8, № 4, maddə 294) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddənin “Qeyd” hissəsinə “olan” sözündən sonra “mülki hüquq münasibətləri ilə bağlı” sözləri əlavə edilsin;
1.2. 10.8-1-ci maddə üzrə:
1.2.1. birinci cümləyə “Məcəllənin” sözündən sonra “133.2,” rəqəmləri əlavə edilsin və həmin cümlədə “və 437-ci” sözləri “, 437, 467, 472 və 475-1-ci” sözləri ilə əvəz edilsin;
1.2.2. ikinci cümləyə “Məcəllənin” sözündən sonra “133.2, 269,” rəqəmləri əlavə edilsin və həmin cümlədə “və 414.1-ci” sözləri “, 414.1, 467, 472 və 475-1-ci” sözləri ilə əvəz edilsin;
1.3. 12.2-ci maddəyə hər iki halda “edənin” sözündən sonra “(məruzəçi)” sözü əlavə edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İşi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından verilmiş şikayətlərə, habelə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılır.”;
1.4. 25.1-ci maddədə “mübahisələrə dair işlərə” sözləri “mülki hüquq münasibətləri ilə bağlı mübahisələrə dair işlərə (mülki işlərə)” sözləri ilə əvəz edilsin;
1.5. 26-cı maddə üzrə:
1.5.1. 26.1-ci maddəyə “olan” sözündən sonra “mülki hüquq münasibətləri ilə bağlı” sözləri əlavə edilsin;
1.5.2. 26.2-ci maddədə “və 40-2-ci” sözləri “, 40-2-ci, 40-7-ci və 51–53-cü” sözləri ilə əvəz edilsin;
1.6. 28-ci maddə üzrə:
1.6.1. adına “işlərin” sözündən sonra “məhkəmə” sözü əlavə edilsin;
1.6.2. mətnində “aidiyyət” sözü “məhkəmə aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.7. 30-cu maddənin adına “tələbin” sözündən sonra “məhkəmə” sözü əlavə edilsin;
1.8. 31-ci maddə üzrə:
1.8.1. adında “Aidiyyətin” sözü “Məhkəmə aidiyyətinin” sözləri ilə əvəz edilsin;
1.8.2. 31.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“31.1. Məhkəmə bu Məcəllə ilə müəyyən edilmiş məhkəmə aidiyyəti qaydalarına riayət etməklə işə baxır.”;
1.8.3. 31.2-ci maddədə “Aidiyyət” sözü “Məhkəmə aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.9. 32-ci maddə üzrə:
1.9.1. adında “Aidiyyət” sözü “Məhkəmə aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.9.2. 32.1-ci maddədə “bu və ya başqa məhkəməyə aidiyyәtinin dəyişdirilməsi” sözləri “məhkəmə aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.9.3. 32.2-ci maddədə “işə mahiyyəti üzrə baxılmağa başlanana” sözləri “işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana” sözləri ilə əvəz edilsin;
1.9.4. 32.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“32.3. Hakim mübahisənin məhkəməyə aidiyyəti olmamasını özü aşkar etdikdə aşağıdakı hərəkətləri edir:
32.3.1. iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi zamanı aşkar etdikdə – iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edir və ya iddia ərizəsini (ərizəni) geri qaytarır;
32.3.2. işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər aşkar etdikdə – işi aidiyyəti məhkəməyə göndərir və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan işlər üzrə icraata xitam verir.”;
1.9.5. aşağıdakı məzmunda 32.3-1-ci və 32.3-2-ci maddələr əlavə edilsin:
“32.3-1. Məhkəmə baxışı zamanı hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyətinin pozulması əsası ilə işi aidiyyəti üzrə göndərməsi və ya iş üzrə icraata xitam verməsi yolverilməzdir.
32.3-2. Məhkəmə baxışı zamanı məhkəmə aidiyyəti barədə ərizənin təqdim edilməsinə o halda yol verilir ki, işdə iştirak edən şəxs işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat zamanı bu Məcəllənin 284-5.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə ərizənin təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”;
1.9.6. 32.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“32.4. İşdə iştirak edən şəxsin məhkəmə aidiyyəti barədə ərizəsi olduqda və ya hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyəti haqqında məsələ qalxdıqda, hakim iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edilməsi, iddia ərizəsinin (ərizənin) geri qaytarılması, iş üzrə icraata xitam verilməsi, işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında (aidiyyətlə əlaqədar xitam haqqında) ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.”;
1.9.7. 32.5-ci maddədə “Aidiyyət” sözü “Məhkəmə aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.10. 34-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Mülki məhkəmə icraatı qaydasında işlərə ərazi aidiyyəti qaydalarına uyğun olaraq birinci instansiya məhkəməsi qismində rayon (şəhər) məhkəmələri və kommersiya məhkəmələri baxırlar.”;
1.11. 37-ci və 38-ci maddələrin adına “işlərin” sözündən sonra “ərazi” sözü əlavə edilsin;
1.12. 40-cı maddə üzrə:
1.12.1. 40.1-ci maddə ləğv edilsin;
1.12.2. 40.2-ci maddənin birinci cümləsində “Tərəflər” sözü “Bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər” sözləri ilə əvəz edilsin;
1.12.3. 40.4-cü maddə ləğv edilsin;
1.13. 41-ci maddə üzrə:
1.13.1. adına “iddianın” sözündən sonra “ərazi” sözü əlavə edilsin;
1.13.2. mətnində “aidiyyət” sözü “ərazi aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.14. 41-1-ci maddə üzrə:
1.14.1. adına “iddianın” sözündən sonra “ərazi” sözü əlavə edilsin;
1.14.2. mətnində “aidiyyət” sözü “ərazi aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.15. 42-ci maddənin adında “aidiyyət” sözü “ərazi aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.16. 43-cü maddənin adına “işin” sözündən sonra “ərazi” sözü əlavə edilsin;
1.17. 44-cü maddə üzrə:
1.17.1. 44.1-ci maddədə “Aidiyyət” sözü “Ərazi aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.17.2. 44.2-ci maddə üzrə:
1.17.2.1. 44.2.1-ci maddədə “vəsatət” sözü “ərizə” sözü ilə əvəz edilsin;
1.17.2.2. 44.2.2-ci maddədə “aidiyyət” sözü “ərazi aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.17.2.3. 44.2.5-ci maddədə “vəsatət” sözü “ərizə” sözü ilə əvəz edilsin;
1.18. 45-ci maddə üzrə:
1.18.1. 45.1-ci maddə üzrə:
1.18.1.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən hakimin öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilmiş əsaslandırılmış ərizəsi əsasında baxılır.”;
1.18.1.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Məhkəmə baxışı zamanı hakimin öz təşəbbüsü ilə ərazi aidiyyətinin pozulması əsası ilə işi aidiyyəti üzrə göndərməsi yolverilməzdir.”;
1.18.2. aşağıdakı məzmunda 45.1-1-ci maddə əlavə edilsin:
“45.1-1. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair ərizənin verilməsinə o halda yol verilir ki, işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat zamanı bu Məcəllənin 284-5.2-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ərizənin təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar.”;
1.18.3. 45.2-ci maddənin ikinci cümləsinə “ərzində” sözündən sonra “bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;
1.19. 133.2-ci maddə üzrə:
1.19.1. birinci cümlədə “məhkəmə iclasında” sözləri “yazılı icraat qaydasında” sözləri ilə əvəz edilsin;
1.19.2. ikinci və üçüncü cümlələr müvafiq olaraq dördüncü və beşinci cümlələr hesab edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Məhkəmə işdə iştirak edən şəxsin bu barədə ərizəsini əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.”;
1.19.3. dördüncü cümlədə “İşdə” sözü “İşə məhkəmə iclasında baxıldıqda işdə” sözləri ilə əvəz edilsin;
1.20. 152-ci maddə üzrə:
1.20.1. 152.1.1-ci maddədə “150.1.1-ci” sözləri “150.1-ci” sözləri ilə əvəz edilsin;
1.20.2. 152.3-cü maddənin birinci cümləsinə “qərardaddan” sözündən sonra “bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;
1.21. 153.6-cı maddənin birinci cümləsinə “qərardaddan” sözündən sonra “bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;
1.22. 154.2.6-cı maddəyə “hakimə” sözündən əvvəl “məhkəmə və ya ərazi aidiyyəti,” sözləri əlavə edilsin;
1.23. 159-cu maddə üzrə:
1.23.1.159.4.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 159.4.4-cü maddə əlavə edilsin:
“159.4.4. ərizəyə ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə.”;
1.23.2. aşağıdakı məzmunda 159.6-cı maddə əlavə edilsin:
“159.6. Müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.”;
1.24. 163-cü maddə üzrə:
1.24.1. adında “tədbirinin tətbiqi barədə” sözləri “tədbirləri üzrə” sözləri ilə əvəz edilsin;
1.24.2. 163.1-ci maddəyə “qərardadlardan” sözündən sonra “bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;
1.25. aşağıdakı məzmunda 167.1.1-1-ci maddə əlavə edilsin:
“167.1.1-1. işin ərazi və məhkəmə aidiyyəti məsələsini işdə iştirak edən şəxslərlə müzakirə edir;”;
1.26. 170-ci maddə üzrə:
1.26.1. adında “iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” sözləri “məhkəmə tərəfindən qəbul edilən aktlar” sözləri ilə əvəz edilsin;
1.26.2. 170.1-ci və 170.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“170.1. Bu Məcəllənin 254, 255, 259.0.1–259.0.13 və 261.1.1–261.1.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla, ərizə baxılmamış saxlanıla, iş üzrə icraata xitam verilə, iş aidiyyəti üzrə göndərilə, yaxud iş üzrə icraatın dayandırılması, işin baxılmamış saxlanılması, iş üzrə icraata xitam verilməsi və ya aidiyyət haqqında ərizə (aidiyyətlə əlaqədar xitam haqqında ərizə) rədd edilə bilər.
170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması, ərizənin baxılmamış saxlanılması, iş üzrə icraata xitam verilməsi, işin aidiyyəti üzrə göndərilməsi, yaxud dayandırılma, baxılmamış saxlanılma, icraata xitam verilmə və ya aidiyyət haqqında ərizənin (aidiyyətlə əlaqədar xitam haqqında ərizənin) rədd edilməsi zamanı hakim qərardad çıxarır.”;
1.26.3. 170.3-cü maddədə “170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan” sözləri “170.2-ci maddəsində göstərilən qərardadlardan” sözləri ilə əvəz edilsin;
1.27. 184.4-cü maddə üzrə:
1.27.1. birinci cümləyə “vəsatətləri” sözündən sonra “, habelə bu Məcəllənin 32.3-2-ci maddəsinə uyğun verilmiş ərizələri” sözləri əlavə edilsin;
1.27.2. ikinci cümləyə “Vəsatətə” sözündən sonra “və ya ərizəyə” sözləri əlavə edilsin;
1.28. 229-cu maddə üzrə:
1.28.1. 229.1-ci maddəyə “hakim” sözündən sonra “və ya məhkəmə tərkibi” sözləri əlavə edilsin;
1.28.2. 229.2-ci maddənin üçüncü cümləsində “Əlavə” sözü “Yazılı icraat qaydasında baxılan iş üzrə çıxarılmış qətnamə və ya qərardad üzrə əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması ilə bağlı yazılı icraat qaydasında baxılan hallar istisna olmaqla, əlavə” sözləri ilə əvəz edilsin;
1.29. 230-cu maddə üzrə:
1.29.1. 230.1-ci maddəyə “hakim” sözündən sonra “və ya məhkəmə tərkibi” sözləri əlavə edilsin;
1.29.2. 230.4-cü maddənin birinci cümləsinə “müddətində” sözündən sonra “yazılı icraat qaydasında baxılan iş üzrə çıxarılmış qətnamə və ya qərardadın izah edilməsi ilə bağlı yazılı icraat qaydasında baxılan hallar istisna olmaqla,” sözləri əlavə edilsin;
1.30. 261-ci maddə üzrə:
1.30.1. 261.0-cı, 261.0.1–261.0.9-cu maddələr müvafiq olaraq 261.1-ci, 261.1.1–261.1.9-cu maddələr hesab edilsin;
1.30.2. aşağıdakı məzmunda 261.2-ci maddə əlavə edilsin:
“261.2 İşin məhkəmə baxışına hazırlanması zamanı bu Məcəllənin 261.1.1-ci maddəsində nəzərdə tutulmuş işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsinə işdə iştirak edən şəxslərin ərizəsi, habelə məhkəmənin təşəbbüsü ilə yol verilir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra eyni əsasla işə xitam verilməsinə yalnız işdə iştirak edən şəxslərin bu Məcəllənin 32.3-2-ci maddəsində nəzərdə tutulmuş qaydada əsaslandırılmış ərizəsi əsasında yol verilir.”;
1.31. 262.3-cü maddədə “261.0.1-ci və ya 261.0.8-ci” sözləri “261.1.1-ci və ya 261.1.8-ci” sözləri ilə əvəz edilsin;
1.32. 269-cu maddə üzrə:
1.32.1. 269.1-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu halda məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edilir və işdə iştirak edən şəxslərə məlumat verilir.”;
1.32.2. 269.3-cü maddədə “qaydada aidiyyət” sözləri “məhkəmə aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.33. 282-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İşin ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmasına dair dəlillər etiraza əlavə olunmalıdır.”;
1.34. 378-ci maddənin birinci cümləsindən “və ya hakimlərdən birinin” sözləri çıxarılsın;
1.35. 384-cü maddə üzrə:
1.35.1. 384.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“384.0.4. bu Məcəllənin 387.4-cü maddəsində göstərilən əsaslar olduqda, qətnaməni ləğv edib işi məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan iş üzrə icraata xitam verə bilər;”;
1.35.2. 384.0.5-ci maddənin birinci cümləsinə ikinci halda “olaraq” sözündən sonra “mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası istisna olmaqla” sözləri əlavə edilsin;
1.36. 387-ci maddə üzrə:
1.36.1. aşağıdakı məzmunda 387.1-1-ci maddə əlavə edilsin:
“387.1-1. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı yalnız işdə iştirak edən şəxslərin bu Məcəllənin 387.4-cü maddəsinə uyğun olaraq məhkəmə aidiyyətinə dair ərizəsi əsasında ləğv edilir.”;
1.36.2. 387.2.8-ci maddəyə “və ya” sözlərindən sonra “mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası istisna olmaqla,” sözləri əlavə edilsin;
1.36.3. 387.2.9-cu maddə ləğv edilsin;
1.36.4. 387.3-cü maddədə “387.2.9-cu” sözləri “387.2.8-ci” sözləri ilə əvəz edilsin;
1.36.5. aşağıdakı məzmunda 387.4-cü maddə əlavə edilsin:
“387.4. Məhkəmə aidiyyəti qaydalarının pozulması qətnamə və ya qərardadın ləğvinə o halda əsas olur ki, şəxs bu Məcəllənin 32.2-ci və 32.3-2-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə aidiyyətinə dair ərizənin təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”;
1.37. 394-1-ci maddə üzrə:
1.37.1. 394-1.3-cü maddə üzrə:
1.37.1.1. birinci cümlədə “baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır” sözləri “hakim tərəfindən təkbaşına baxılır və həmin işin həllinə dair qətnamə çıxarılır” sözləri ilə əvəz edilsin;
1.37.1.2. ikinci cümlədə “Məhkəmə” sözü “Hakim” sözü ilə əvəz edilsin;
1.37.2. aşağıdakı məzmunda 394-1.3-1-ci və 394-1.3-2-ci maddələr əlavə edilsin:
“394-1.3-1. İşə məhkəmə tərkibi tərəfindən baxılması üçün işə baxan hakim öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxsin vəsatəti əsasında müvafiq qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir. Bu qərardaddan şikayət verilə bilməz.
394-1.3-2. Bu Məcəllənin 394-1.3-1-ci maddəsində göstərilən vəsatət apellyasiya şikayəti və ya apellyasiya şikayətinə etiraz ilə birlikdə verilməlidir.”;
1.38. 402-ci maddə üzrə:
1.38.1. 402.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti birinci instansiya məhkəməsinə göndərilməsi və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan iş üzrə icraata xitam verilməsi barədə;”;
1.38.2. aşağıdakı məzmunda 402.2.6-cı və 402.4-cü maddələr əlavə edilsin:
“402.2.6. bu Məcəllənin 384.0.6-cı maddəsinə uyğun olaraq, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edildikdə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında.”;
“402.4. Bu Məcəllənin 402.2.5-ci maddəsinə uyğun olaraq çıxarılmış qərardadlardan şikayətə bu Məcəllənin 403-1-ci maddəsində müəyyən edilmiş qaydada baxılır.”;
1.39. 403-1-ci maddə üzrə:
1.39.1. 403-1.1-ci maddədə “işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi” sözləri “bu Məcəllənin 32.4-cü maddəsində nəzərdə tutulan məhkəmə aidiyyəti” sözləri ilə əvəz edilsin;
1.39.2. 403-1.6-cı maddədə “hakimlərin qarışıq tərkibində” sözləri “ hakimlərdən təşkil olunan aidiyyət tərkibində” sözləri ilə, “10” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilsin;
1.39.3. 403-1.8.1–403-1.8.3-cü maddələrdə “işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə” sözləri “iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edilməsi, iddia ərizəsinin (ərizənin) geri qaytarılması, iş üzrə icraata xitam verilməsi, işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında (aidiyyətlə əlaqədar xitam haqqında) ərizənin rədd edilməsi barədə” sözləri ilə əvəz edilsin;
1.39.4. 403-1.8.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 403-1.8.4-cü maddə əlavə edilsin:
“403-1.8.4. apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 384.0.4-cü maddəsində göstərilmiş məhkəmə aidiyyətinin pozulması əsası ilə işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardadını ləğv etməklə, mahiyyəti üzrə baxılması üçün işi apellyasiya instansiyası məhkəməsinə və ya aidiyyəti birinci instansiya məhkəməsinə göndərə və yaxud mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan iş üzrə icraata xitam verə bilər.”;
1.39.5. 403-1.9.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 403-1.9.3-cü maddə əlavə edilsin:
“403-1.9.3. apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 384.0.4-cü maddəsində göstərilmiş məhkəmə aidiyyətinin pozulması əsası ilə işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardadını ləğv etməklə, işi aidiyyəti birinci instansiya məhkəməsinə göndərə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan iş üzrə icraata xitam verə bilər.”;
1.40. 417-ci maddə üzrə:
1.40.1. 417.1.5-ci maddədə “261.0.1-261.0.7-ci” sözləri “261.1.1-261.1.7-ci” sözləri ilə əvəz edilsin və həmin maddəyə ikinci halda “olaraq” sözündən sonra “mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası istisna olmaqla” sözləri əlavə edilsin;
1.40.2. 417.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 417.1.8-ci maddə əlavə edilsin:
“417.1.8. bu Məcəllənin 418.5-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını ləğv edib işi aidiyyəti birinci instansiya məhkəməsinə göndərə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan iş üzrə icraata xitam verə bilər.”;
1.41. 418-ci maddə üzrə:
1.41.1. aşağıdakı məzmunda 418.3-1-ci maddə əlavə edilsin:
“418.3-1. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı yalnız işdə iştirak edən şəxslərin bu Məcəllənin 418.5-1-ci maddəsinə uyğun olaraq məhkəmə aidiyyətinə dair ərizəsi əsasında ləğv edilir.”;
1.41.2. 418.4.3-cü maddədə “olmayan hakimlər tərəfindən çıxarılmışsa” sözləri “olan hakimlər və ya işə təkbaşına baxan hakim tərəfindən çıxarılmamışsa” sözləri ilə əvəz edilsin;
1.41.3. 418.4.9-cu maddə ləğv edilsin;
1.41.4. 418.4.10-cu maddəyə “və ya” sözlərindən sonra “mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası istisna olmaqla,” sözləri əlavə edilsin;
1.41.5. 418.5-ci maddədə “418.4.6 – 418.4.10-cu” sözləri “418.4.6 – 418.4.8-ci və 418.4.10-cu” sözləri ilə əvəz edilsin;
1.41.6. aşağıdakı məzmunda 418.5-1-ci maddə əlavə edilsin:
“418.5-1. Məhkəmə aidiyyəti qaydalarının pozulması qətnamə və ya qərardadın ləğvinə o halda əsas olur ki, şəxs bu Məcəllənin 32.2-ci və 32.3-2-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə aidiyyətinə dair ərizənin təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”;
1.42. 424.2.5-ci maddə ləğv edilsin;
1.43. 426.3.2-ci və 426.3.3-cü maddələrdə “424.2.2 – 424.2.6-cı” sözləri “424.2.2 – 424.2.4-cü və 424.2.6-cı” sözləri ilə əvəz edilsin;
1.44. 429.0.4-cü maddəyə “və ya” sözlərindən sonra “mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası istisna olmaqla,” sözləri əlavə edilsin və həmin maddədə “261.0.1–261.0.3, 261.0.6 və 261.0.7-ci” sözləri “261.1.1 – 261.1.3, 261.1.6 və 261.1.7-ci” sözləri ilə əvəz edilsin;
1.45. 432-ci maddə üzrə:
1.45.1. 432.2.1-ci maddəyə “olmayan” sözündən sonra “və bu Məcəllənin 432.2.2–432.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarla bağlı olmayan” sözləri əlavə edilsin;
1.45.2. 432.2.2-ci və 432.2.3-cü maddələrə “hökmü” sözündən sonra “və ya digər yekun qərarı, yaxud cinayət təqibini həyata keçirən orqanın şəxsin cinayət təqibini istisna edən qərarı” sözləri əlavə edilsin;
1.46. 467-ci maddə üzrə:
1.46.1. 467.1-ci maddədə “, işdə iştirak edən şəxslərə ərizəyə baxılmasının vaxtı və yeri barədə xəbər verilməklə, açıq məhkəmə iclasında” sözləri “yazılı icraat qaydasında” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Məhkəmə öz təşəbbüsü və ya tərəflərin əsaslandırılmış vəsatəti əsasında işə şifahi icraat qaydasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir.”;
1.46.2. 467.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“467.2. İşdə iştirak edən şəxslər işə şifahi və ya yazılı icraat qaydasında baxılması, işə məhkəmə iclasında baxıldığı halda iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. İşə məhkəmə iclasında baxıldığı halda işdə iştirak edən şəxsin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsi işə baxılmasına mane olmur. Əgər şəxs işə baxılması vaxtının başqa vaxta keçirilməsinə dair məhkəməyə müraciət edərsə və bu xahiş məhkəmə tərəfindən üzrlü hesab edilərsə, məhkəmə işə baxılmasını başqa vaxta keçirir və bu barədə işdə iştirak edən şəxsləri xəbərdar edir.”;
1.47. 472-ci maddə üzrə:
1.47.1. 472.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“472.1. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına bu Məcəllənin 467-ci maddəsinə uyğun olaraq baxılır.”;
1.47.2. 472.2-ci və 472.3-cü maddələr ləğv edilsin;
1.48. 474-cü maddənin mətni 474.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 474.2-ci maddə əlavə edilsin:
“474.2. Xarici arbitraj məhkəmələrinin qərarları qanuni qüvvəyə mindiyi andan 5 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.”;
1.49. aşağıdakı məzmunda 475-1-ci maddə əlavə edilsin:
“Maddə 475-1. Ərizəyə baxılması qaydası
Xarici arbitraj məhkəməsinin qərarının tanınması və icrası barədə ərizələrə bu Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.”;
1.50. 482.5-ci maddənin birinci cümləsindən “152.1.3-cü,” sözləri çıxarılsın;
1.51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə 2 üzrə:
1.51.1. adına “şikayətinin” sözündən sonra “(şikayətin)” sözü əlavə edilsin;
1.51.2. “ŞİKAYƏTİ” sözündən sonra “(ŞİKAYƏT)” sözü əlavə edilsin;
1.51.3. 1-ci hissə üzrə:
1.51.3.1. birinci abzasa “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.51.3.2. 1.8-ci bəndə “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.51.4. 2-ci və 3-cü hissələrin birinci abzaslarına “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.51.5. 5-ci hissənin ikinci abzasının birinci cümləsinə “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.51.6. 12-ci hissə üzrə:
1.51.6.1. birinci abzasa “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.51.6.2. ikinci abzasa “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.51.7. 13-cü hissənin birinci abzasına “şikayətinə” sözündən sonra “(şikayətə)” sözü əlavə edilsin;
1.51.8. 14.1-ci bəndin birinci abzasına “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə 3 üzrə:
1.52.1. adına “şikayətinin” sözündən sonra “(şikayətin)” sözü əlavə edilsin;
1.52.2. “ŞİKAYƏTİ” sözündən sonra “(ŞİKAYƏT)” sözü əlavə edilsin;
1.52.3. 1-ci hissə üzrə:
1.52.3.1. birinci abzasa “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.52.3.2. 1.8-ci bəndə “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.52.4. 2-ci və 3-cü hissələrin birinci abzaslarına “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.52.5. 8-ci hissənin ikinci abzasına “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.52.6. 9-cu hissə üzrə:
1.52.6.1. birinci abzasa “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.52.6.2. ikinci abzasa “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin;
1.52.7. 10-cu hissənin birinci abzasına “şikayətinə” sözündən sonra “(şikayətə)” sözü əlavə edilsin;
1.52.8. 11.1-ci bəndin birinci abzasına “şikayəti” sözündən sonra “(şikayət)” sözü əlavə edilsin.
Maddə 2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762 (Cild I); 2024, № 12 (I kitab), maddə 1281; 2025, № 4 (I kitab), maddə 308) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci maddədən “məhkəmə” sözü çıxarılsın;
2.2. 2-ci maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 2. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı”;
2.3. 3.6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İşi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinə apellyasiya instansiyası məhkəmələrində hakim tərəfindən təkbaşına baxılır.”;
2.4. 8-ci maddə üzrə:
2.4.1. adı və 8.2–8.6-cı maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 8. Ərazi aidiyyəti”;
“8.2. Mübahisəyə baxılması ərazi aidiyyəti üzrə onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə baxışı başlayana qədər məhkəmə öz təşəbbüsü ilə, yaxud inzibati məhkəmə icraatının iştirakçılarından birinin ərizəsi ilə mübahisənin ərazi aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işin ərazi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərilməsi və ya ərizənin rədd edilməsi barədə qərardad qəbul edir. Həmin qərardadın təqdim edildiyi gündən 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarı məhkəmə şikayət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.
8.3. Məhkəmə baxışı zamanı işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair ərizənin verilməsinə o halda yol verilir ki, inzibati məhkəmə icraatının iştirakçıları belə ərizənin təqdim edilməsinin məhkəmə baxışı başlayana qədər onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar.
8.4. Mübahisəyə baxılması ərazi aidiyyəti üzrə birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir.
8.5. İnzibati məhkəmənin ərazi aidiyyəti ilə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad bu Məcəllənin 8.6.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Bu Məcəllənin 8.6.3-cü maddəsində göstərilən halda ərazi aidiyyətinin müəyyənləşdirilməsi işin göndərildiyi məhkəmənin müraciəti əsasında 10 gün müddətində yuxarı məhkəmə tərəfindən həll edilir.
8.6. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müraciət daxil olduğu vaxtdan 10 gündən gec olmayan müddətdə müəyyən edilir:
8.6.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə;
8.6.2. birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda;
8.6.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda.”;
2.4.2. aşağıdakı məzmunda 8.7-ci və 8.8-ci maddələr əlavə edilsin:
“8.7. Bu Məcəllənin 3.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılan işlərə dair ərazi aidiyyəti mübahisələri üzrə bu Məcəllənin 8.2-ci maddəsində müəyyən edilmiş qaydada çıxarılmış qərardadlara kassasiya instansiyası məhkəməsi tərəfindən 3 gün müddətində baxılır.
8.8. Yuxarı məhkəmənin ərazi aidiyyəti ilə bağlı qərardadı işin göndərildiyi məhkəmə üçün məcburidir.”;
2.5. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 9. Məhkəmə aidiyyəti
9.1. Məhkəmə məhkəmə baxışı başlayana qədər inzibati mübahisə olmadığına görə işə baxılmasının onun səlahiyyətinə aid edilmədiyini müəyyənləşdirdikdə, habelə inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə aidiyyəti ilə razılaşmamasının əsaslarını göstərməklə ərizə verdikdə iddianın mümkün sayılmaması, yaxud ərizənin rədd edilməsi barədə qərardad qəbul edir. Həmin qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.
9.2. Məhkəmə baxışı zamanı işin məhkəmə aidiyyətinə dair ərizənin verilməsinə o halda yol verilir ki, inzibati məhkəmə icraatının iştirakçıları belə ərizənin təqdim edilməsinin məhkəmə baxışı başlayana qədər onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar.”;
2.6. 35.3-cü maddənin ikinci cümləsinə “qərardaddan” sözündən sonra “bu Məcəllənin 9-cu maddəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin;
2.7. aşağıdakı məzmunda 49.1.1-2-ci maddə əlavə edilsin:
“49.1.1-2. işin ərazi və məhkəmə aidiyyətini tərəflərlə müzakirə etmək;”;
2.8. 50.0-cı, 50.0.1−50.0.6-cı maddələr müvafiq olaraq 50.1-ci, 50.1.1−50.1.6-cı maddələr hesab edilsin və aşağıdakı məzmunda 50.2-ci maddə əlavə edilsin:
“50.2. Sədrlik edən hakim həmçinin hazırlıq icraatında mübahisənin ərazi və məhkəmə aidiyyətini müəyyənləşdirməklə bu barədə ayrıca qərardad qəbul edir. Həmin qərardaddan bu Məcəllənin 8.2-ci və ya 9.1-ci maddələrində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.”;
2.9. aşağıdakı məzmunda 87.6-1-ci və 90.1-1-ci maddələr əlavə edilsin:
“87.6-1. Məhkəmənin qərarı ərazi aidiyyətinin pozulması əsası ilə apellyasiya qaydasında ləğv edilə bilməz. Birinci instansiya məhkəməsinin qərarı (qərardadı) işə məhkəmə aidiyyəti qaydalarının pozulması əsası ilə baxıldığına görə inzibati məhkəmə icraatının iştirakçılarının ərizəsi əsasında yalnız o halda ləğv edilə bilər ki, həmin şəxslər məhkəmə baxışı başlayana qədər məhkəmə aidiyyətinə dair ərizənin təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar.”;
“90.1-1. Məhkəmə aidiyyəti haqqında qərardadlardan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.”;
2.10. 92.0.1-ci maddə ləğv edilsin;
2.11. aşağıdakı məzmunda 96.9-1-ci və 96-1-ci maddələr əlavə edilsin:
“96.9-1. Məhkəmənin qərarı ərazi aidiyyətinin pozulması əsası ilə kassasiya qaydasında ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərarı (qərardadı) işə məhkəmə aidiyyəti qaydalarının pozulması əsası ilə baxıldığına görə inzibati məhkəmə icraatının iştirakçılarının ərizəsi əsasında yalnız o halda ləğv edilə bilər ki, məhkəmə baxışı başlayana qədər məhkəmə aidiyyətinə dair ərizənin təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar.”;
“Maddə 96-1. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması
96-1.1. İnzibati məhkəmə icraatının iştirakçıları bu Məcəllənin 9-cu maddəsinə uyğun olaraq qəbul edilmiş qərardadlardan şikayət vermək hüququna malikdirlər.
96-1.2. Kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin XI fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır.
96-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 90.3-cü maddəsinə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.
96-1.4. Kassasiyanın mümkünlüyü bu Məcəllənin 96.2 və 96.3-cü maddələrində nəzərdə tutulmuş qaydada kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.
96-1.5. Şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar.
96-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən təşkil olunan aidiyyət tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 20 gün müddətində baxılır.
96-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
96-1.8. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən:
96-1.8.1. iddianın mümkün sayılmaması, yaxud ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;
96-1.8.2. iddianın mümkün sayılmaması, yaxud ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər;
96-1.8.3. iddianın mümkün sayılmaması, yaxud ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, məsələyə yenidən baxılması üçün işi birinci instansiya məhkəməsinə göndərə bilər.”;
2.12. aşağıdakı məzmunda 99.2.5-1-ci maddə əlavə edilsin:
“99.2.5-1. bu Məcəllənin 8.7-ci maddəsinə uyğun qəbul edilmiş qərardadlar istisna olmaqla ərazi aidiyyətinə dair məhkəmə qərardadlarının;”;
2.13. 101-ci maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 101. Aidiyyət”;
2.14. 103.2-ci maddədən “yalnız” sözü çıxarılsın və həmin maddəyə “olunduğu” sözündən sonra “və ya qanunsuz qərarın çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı, həmçinin həmin işə baxılarkən hakimlərin, proses iştirakçılarının cinayətkar əməlləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər yekun qərarı, yaxud cinayət təqibini həyata keçirən orqanın şəxsin cinayət təqibini istisna edən qərarı ilə müəyyən edildiyi” sözləri əlavə edilsin.
Maddə 3. Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti

