Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
27 oktyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

27 oktyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 13-cü və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
 
Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216, № 4 (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744, № 11, maddə 1004; 2026, № 1, maddə 2, № 3, maddə 208, № 6, maddə 488; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 451-VIIQD, 452-VIIQD və 459-VIIQD nömrəli qanunları) 157.9-cu maddəsində “və digər kommunikasiya xətlərinin çəkilməsi” sözləri “, tunellərin (metro tunelləri daxil olmaqla), magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikilməsi” sözləri ilə, “limanının ərazisinin artırılması, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası” sözləri “və hava limanlarının və ya aerodromların, dəmiryolu, metropoliten və tramvay stansiyalarının, depoların tikilməsi və genişləndirilməsi” sözləri ilə əvəz edilsin. 
 
Maddə 2. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 376 (Cild I); 2025, № 4 (I kitab), maddə 315; 2026, № 3, maddə 208) 3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1.1-ci və 3.1.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“3.1.1. dövlət əhəmiyyətli yolların, tunellərin (metro tunelləri daxil olmaqla), magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikilməsi və quraşdırılması;”;
“3.1.5. dəniz və hava limanlarının və ya aerodromların, dəmiryolu, metropoliten və tramvay stansiyalarının, depoların tikilməsi və genişləndirilməsi.”;
2.2. 3.1.6-cı maddə ləğv edilsin.
 
 
Azərbaycan Respublikasının Prezidenti
 
 
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU