Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
13 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 13-cü, 20-ci, 23-cü və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216, № 4 (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744, № 11, maddə 1004; 2026, № 1, maddə 2, № 3, maddə 208, № 6, maddə 488, № 7, maddələr 619, 620, № 8, maddə 779; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 460-VIIQD və 461-VIIQD nömrəli qanunları) 136.3-cü və 206.3-cü maddələrindən “xüsusi” sözü çıxarılsın.
Maddə 2. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787 (Cild I); 2024, № 7, maddə 747; 2025, № 6, maddə 524, № 7, maddə 627; 2026, № 3, maddələr 202, 210, № 8, maddələr 768, 772) 82.5-ci maddəsinin birinci cümləsindən, 215.3-cü (hər iki halda), 301.2-ci və 304.4-cü maddələrindən “xüsusi” sözü çıxarılsın.
Maddə 3. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 137 (Cild I); 2024, № 5 (I kitab), maddə 488; 2025, № 2, maddə 100, № 3, maddə 221) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü maddənin II hissəsinin 1-ci və 12-ci bəndlərindən “xüsusi” sözü çıxarılsın;
3.2. 8-ci maddə üzrə:
3.2.1. I hissənin birinci, ikinci və dördüncü cümlələrindən və III hissədən “xüsusi” sözü çıxarılsın;
3.2.2. I hissənin üçüncü cümləsində “Xüsusi icazədə” sözləri “İcazədə” sözü ilə əvəz edilsin və həmin cümlədən “xüsusi” sözü çıxarılsın;
3.2.3. V hissənin ikinci cümləsində “Xüsusi icazənin” sözləri “İcazənin” sözü ilə əvəz edilsin;
3.3. 9-cu maddənin III hissəsindən, VI hissəsinin birinci cümləsindən, VIII (hər iki halda) və IX (hər iki halda) hissələrindən, XI hissəsinin birinci və ikinci cümlələrindən, XII hissəsinin birinci cümləsindən, 10-cu maddənin I hissəsindən, 12-ci maddənin II hissəsinin birinci cümləsindən, 13-cü maddənin I, II hissələrindən, III hissəsinin birinci və ikinci cümlələrindən, 14-cü maddənin I hissəsindən, II hissəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) cümlələrindən, 15-ci maddənin IV hissəsindən “xüsusi” sözü çıxarılsın;
3.4. 18-ci maddə üzrə:
3.4.1. I hissənin 1-ci bəndindən və II hissənin birinci cümləsindən (hər üç halda) “xüsusi” sözü çıxarılsın;
3.4.2. V hissədə “Xüsusi icazədən” sözləri “İcazədən” sözü ilə əvəz edilsin;
3.5. 19-cu maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərindən, 21-ci maddənin II hissəsindən və III hissəsinin 4-cü bəndindən, 23-cü maddənin I hissəsinin 5-ci (hər iki halda), 6-cı bəndlərindən və II hissəsindən “xüsusi” sözü çıxarılsın.
Maddə 4. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611 (Cild I); 2024, № 1, maddə 3; 2025, № 8, maddələr 735, 743; 2026, № 3, maddə 210, № 4, maddə 295) 18-ci maddəsinin birinci hissəsinin 11-ci bəndindən “xüsusi” sözü çıxarılsın.
Maddə 5. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 612 (Cild I); 2024, № 2, maddə 138) 10-cu maddəsinin IX hissəsinin birinci və ikinci cümlələrindən “xüsusi” sözü çıxarılsın.
Maddə 6. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 56 (Cild I); 2024, № 8, maddə 933; 2025, № 6, maddə 524; 2026, № 8, maddə 770) adından və ikinci abzasından “xüsusi” sözü çıxarılsın.
Maddə 7. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I); 2024, № 11, maddə 1181) 15.3-cü maddəsinin birinci və ikinci cümlələrindən “xüsusi” sözü çıxarılsın.
Maddə 8. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 975 (Cild I); 2025, № 2, maddə 101) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 7.2.4-cü və 7.2.6-cı maddələrdən “xüsusi” sözü çıxarılsın;
8.2. 9-cu maddə üzrə:
8.2.1. adından “xüsusi” sözü çıxarılsın;
8.2.2. 9.1-ci maddə üzrə:
8.2.2.1. birinci cümlədən “xüsusi” sözü çıxarılsın;
8.2.2.2. ikinci cümlədə “Xüsusi icazənin” sözləri “İcazənin” sözü ilə əvəz edilsin;
8.2.3. 9.2-ci maddədən “xüsusi” sözü çıxarılsın;
8.3. 10-cu maddənin adından və mətnindən “xüsusi” sözü çıxarılsın.
Maddə 9. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685 (Cild I); 2025, № 4 (I kitab), maddə 318) 13.3-2-ci maddəsindən “xüsusi” sözü çıxarılsın.
Azərbaycan Respublikasının Prezidenti

