“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
30 sentyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 443 (Cild I), 2024, № 5 (I kitab), maddə 490) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-ci maddəsinin ikinci cümləsindən “dövlət qulluğunda” və “dövlət qulluqçuları üçün” sözləri çıxarılsın.
Maddə 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491, № 6 (I kitab), maddə 644; 2025, № 1, maddə 16, № 2, maddələr 96, 105, № 4 (I kitab), maddə 322, № 6, maddə 528; 2026, № 1, maddə 8, № 3, maddə 209; Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 435-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci maddə üzrə:
2.1.1. 1.0.8-ci maddədə “90” rəqəmləri “85” rəqəmləri ilə əvəz edilsin;
2.1.2. 1.0.16-cı maddənin birinci cümləsində “2,5” rəqəmləri “3” rəqəmi ilə əvəz edilsin;
2.2. 3.5-ci maddə ləğv edilsin;
2.3. 5-ci maddə üzrə:
2.3.1. adına “Pensiya” sözündən sonra “və aylıq pensiya əlavəsi” sözləri əlavə edilsin;
2.3.2. aşağıdakı məzmunda 5.1-1-ci maddə əlavə edilsin:
“5.1-1. Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslərə ödənilən əlavə təyin edilmiş pensiyanın növünə uyğun olaraq müəyyən edilir. Bu zaman müxtəlif pensiya əlavəsi almaq hüququ olan şəxslərə öz arzuları ilə aylıq pensiya əlavəsinin yalnız biri təyin edilir.”;
2.4. 9-cu maddə üzrə:
2.4.1. 9.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“9.5. Hərbi xidmətdən buraxılmış aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sonuncu rütbəsi üzrə qanunla müəyyən edilmiş dinc dövrdə xidmətdə olmağın son yaş həddinə çatdığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:
9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili (2024-cü ilin 1 yanvar tarixinədək azı 17 təqvim ili xidmət etmiş və 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək buraxılmış hərbi qulluqçulara münasibətdə 20 təqvim ili) və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
9.5.2. hərbi xidmətdən buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər.”;
2.4.2. 9.6-cı maddənin birinci abzası üzrə:
2.4.2.1. birinci cümləyə “pensiyası” sözündən sonra “, həmçinin bu Qanunun 20-1.3-cü maddəsində nəzərdə tutulan aylıq pensiya əlavəsi” sözləri əlavə edilsin;
2.4.2.2. ikinci cümləyə “xərcliyinə görə” sözlərindən sonra “, aylıq pensiya əlavəsinin isə sonuncu rütbəsinə görə” sözləri əlavə edilsin;
2.5. 20-ci maddə üzrə:
2.5.1. 20.1.1 – 20.1.3-1-ci, 20.1.6-cı və 20.1.6-1-ci maddələr ləğv edilsin;
2.5.2. 20.1.7-ci və 20.1.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş vergi işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş şəxslər və Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə əlaqədar xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla);
20.1.8. vergi işçiləri, yaxud vergi işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;”;
2.5.3. 20.1.9-cu və 20.1.10-cu maddələr ləğv edilsin;
2.5.4. 20.1.11-ci maddəyə “qulluqçular” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş hərbi qulluqçular istisna olmaqla)” sözləri əlavə edilsin;
2.5.5. 20.1.12-ci və 20.1.13-cü maddələrə “müddətli” sözündən əvvəl “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş hərbi qulluqçular və” sözləri əlavə edilsin;
2.5.6. aşağıdakı məzmunda 20.1.14-1-ci maddə əlavə edilsin:
“20.1.14-1. bu Qanunun 9.7-ci maddəsində göstərilən ədliyyə işçiləri;”;
2.5.7. 20.1.16-cı və 20.1.17-ci maddələr ləğv edilsin;
2.5.8. aşağıdakı məzmunda 20.1.18-1-ci və 20.1.20-1-ci maddələr əlavə edilsin:
“20.1.18-1. bu Qanunun 9.7-1-ci maddəsində göstərilən miqrasiya işçiləri;”;
“20.1.20-1. bu Qanunun 9.7-2-ci maddəsində göstərilən fövqəladə hallar orqanlarının işçiləri;”;
2.5.9. 20.2 – 20.4-cü, 20.6-cı, 20.6-1-ci və 20.9 – 20.13-cü maddələr ləğv edilsin;
2.5.10. 20.14-cü maddə üzrə:
2.5.10.1. 20.14.1-ci maddədən “(müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi)” sözləri çıxarılsın;
2.5.10.2. aşağıdakı məzmunda 20.14.1-1-ci maddə əlavə edilsin:
“20.14.1-1. 2024-cü ilin 1 yanvar tarixinədək azı 17 təqvim ili xidmət etmiş hərbi qulluqçular 20 təqvim ili və daha çox hərbi xidmət etdikdə və 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi miqdarında əlavə olunmaqla;”;
2.5.10.3. 20.14.2-ci maddədən “yaşa görə buraxılmış,” sözləri çıxarılsın;
2.5.10.4. 20.14.3-cü və 20.14.4-cü maddələr ləğv edilsin;
2.5.11. 20.18-ci maddəyə “qulluqçular” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş hərbi qulluqçular istisna olmaqla)” sözləri əlavə edilsin;
2.5.12. 20.19-cu maddənin birinci abzasında “maddəsində” sözü “və 20.1.14-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
2.5.13. 20.21 − 20.23-cü maddələr ləğv edilsin;
2.5.14. 20.26-cı maddənin birinci abzasında “maddəsində” sözü “və 20.1.18-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
2.5.15. 20.28-ci maddənin birinci abzasında “maddəsində” sözü “və 20.1.20-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
2.5.16. aşağıdakı məzmunda 20.29-1-ci və 20.29-2-ci maddələr əlavə edilsin:
“20.29-1. Bu Qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr həmin maddədə nəzərdə tutulmuş vəzifələrdə xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının (dövlət məvacibinin) orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı (dövlət məvacibindəki) sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir:
20.29-1.1. bu Qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulmuş vəzifələrdə, habelə dövlət qulluğu stajı nəzərə alınmaqla ümumilikdə 15 il xidmət etmiş şəxslərə – həmin vəzifələrdə aldıqları orta aylıq əməkhaqqının (dövlət məvacibinin) 50 faizi miqdarında;
20.29-1.2. 15 ildən yuxarı qulluq etmiş şəxslərə – həmin vəzifələrdə aldıqları orta aylıq əməkhaqqının (dövlət məvacibinin) 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün nəzərə alınan orta aylıq əməkhaqqının (dövlət məvacibinin) 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının (dövlət məvacibinin) 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
20.29-2. Bu Qanunun 20.1.8-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş vergi işçisinin xidmət stajına görə şərti əmək pensiyasının və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir.”;
2.6. aşağıdakı məzmunda V-I fəsil əlavə edilsin:
“V-I fəsil
AYLIQ PENSİYA ƏLAVƏSİ
Maddə 20-1. Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər
20-1.1. Aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş aşağıdakı əmək pensiyaçılarına təyin edilir:
20-1.1.1. bu maddədə və bu Qanunun 20-1.1.2-ci və 20-1.1.7-ci maddələrində göstərilən vəzifələrdə ümumilikdə azı 15 il qulluq stajı olan sabiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri, Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Azərbaycan Respublikası Media və Yayım Şurasının, 2023-cü il dekabrın 27-dək mövcud olan Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının üzvlərinə;
20-1.1.2. Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinə uyğun olaraq dövlət qulluğu vəzifəsində və bu Qanunun 20-1.1.1-ci və 20-1.1.7-ci maddələrində göstərilən vəzifələrdə ümumilikdə azı 15 il qulluq stajı olan (bu Qanunun 20-1.2-ci maddəsi nəzərə alınmaqla) sabiq dövlət qulluqçularına, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 2000-ci il 21 iyul tarixli 926-IQ nömrəli Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları istisna olmaqla);
20-1.1.3. deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla);
20-1.1.4. Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikası Hesablama Palatasının sabiq üzvlərinə;
20-1.1.5. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və 2026-cı il aprelin 10-dək mövcud olan Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsman);
20-1.1.6. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinə;
20-1.1.7. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə və bu Qanunun 20-1.1.1-ci və 20-1.1.2-ci maddələrində sadalanan vəzifələrdə ümumilikdə azı 15 il qulluq stajı olan sabiq diplomatik xidmət əməkdaşlarına (diplomatik rütbələrdən məhrum edilmiş və Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşları istisna olmaqla).
20-1.2. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müvafiq əmək pensiyası təyin edilmiş və dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçularına bu Qanunun 20-1.1.2-ci maddəsində nəzərdə tutulmuş aylıq pensiya əlavəsi həmin şəxslərin dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda təyin edilir.
20-1.3. Hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, bu Qanunun 9.5-ci və 12.2-ci maddələrinə əsasən əmək pensiyası təyin olunan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş hərbi qulluqçulara bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq aylıq pensiya əlavəsi təyin edilir.
20-1.4. Bu Qanunun 20-1.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular sırasından əlilliyi müəyyən edilmiş şəxslərə bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq aylıq pensiya əlavəsi aşağıdakı qaydada müəyyən edilir:
20-1.4.1. müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (o cümlədən xidməti vəzifələrini yerinə yetirərkən əlilliyi müəyyən edilmiş şəxslərə) müvafiq aylıq pensiya əlavəsinin – 100 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 80 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 55 faizi miqdarında;
20-1.4.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq aylıq pensiya əlavəsinin – 70 faizi, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 55 faizi, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 35 faizi miqdarında.
20-1.5. Bu Qanunun 20-1.1 – 20-1.3-cü maddələrində nəzərdə tutulan şəxslər və yaxud onların sırasından olan əmək pensiyaçıları, habelə xidmət müddətindən asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət edən hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəfat etdikdə onların ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş ailə üzvlərinin ailə başçısının aylıq pensiya əlavəsinin onların sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğdə aylıq pensiya əlavəsi almaq hüququ vardır. Ailə üzvlərindən biri öz seçimi ilə digər növ əmək pensiyasını, bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona düşən aylıq pensiya əlavəsinin məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların aylıq pensiya əlavəsinin məbləği yenidən hesablanır.
20-1.6. Bu Qanunun 20-1.1.1-ci, 20-1.1.2-ci və 20-1.2-ci maddələrində nəzərdə tutulmuş şəxslərin aylıq pensiya əlavəsi qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki çalışdıqları vəzifənin aid olduğu hər bir təsnifat üzrə bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq müəyyən edilir.
20-1.7. Bu Qanuna əsasən əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərə həmin əlavənin təyin edilməsi üçün əsas olan maddədə nəzərdə tutulmuş vəzifələr üzrə aylıq pensiya əlavəsi təyin edilmir.
20-1.8. Əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərə bu Qanunun 20-1-ci maddəsinə əsasən aylıq pensiya əlavəsi təyin edildiyi halda, həmin şəxslərə qulluq stajına görə əlavənin ödənilməsi aylıq pensiya əlavəsinin təyin edildiyi tarixdən dayandırılır.
Maddə 20-2. Aylıq pensiya əlavəsi ödənişinin maliyyə mənbəyi, təyin edilməsi, ödənilməsi qaydası və məbləği
20-2.1. Bu Qanunun 20-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə aylıq pensiya əlavəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilir və dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
20-2.2. Bu Qanunun 20-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə aylıq pensiya əlavəsinin təyin edilməsi və ödənilməsi bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir.
20-2.3. Bu Qanunun 20-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;
2.7. 22.4-cü maddəyə “barədə” sözündən sonra “, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş hərbi qulluqçunun xidmət dövrü ərzində məcburi dövlət sosial sığortasına cəlb olunmalı gəlirləri barədə” sözləri əlavə edilsin;
2.8. 22-1.4.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 22-1.4.5-ci maddə əlavə edilsin:
“22-1.4.5. bu Qanunun 20-1.1-ci maddəsinə əsasən əmək pensiyasına aylıq pensiya əlavəsi almaq hüququ verən qulluq stajının hesablanması zamanı.”;
2.9. 27-ci maddə üzrə:
2.9.1. 27.1-ci maddə üzrə:
2.9.1.1. birinci cümləyə “1-dək” sözlərindən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş hərbi qulluqçulara münasibətdə 2007-ci il yanvarın 1-dək)” sözləri əlavə edilsin;
2.9.1.2. ikinci cümləyə “tarixinə” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş hərbi qulluqçulara münasibətdə 2007-ci ilin 1 yanvar tarixinə)” sözləri əlavə edilsin;
2.9.2. aşağıdakı məzmunda 27.4-cü maddə əlavə edilsin:
“27.4. Bu Qanunun 9.5-ci və 12.2-ci maddələrinə əsasən əmək pensiyası hüququ yaranan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş hərbi qulluqçuların yaşa və əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğinin hesablanması üçün hərbi qulluqçunun xidmət dövrü ərzində məcburi dövlət sosial sığortasına cəlb olunmalı gəlirləri barədə məlumatların təqdim edilməsi qaydası bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir.”;
2.10. aşağıdakı məzmunda 29.1-2-ci maddə əlavə edilsin:
“29.1-2. Bu Qanunun 29.1-ci və 29.1-1-ci maddələrində nəzərdə tutulan indeksləşdirilmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən əmsallar tətbiq edilməklə həyata keçirilir.”;
2.11. 32-ci maddə üzrə:
2.11.1. adına “pensiyasının” sözündən sonra “və aylıq pensiya əlavəsinin” sözləri əlavə edilsin;
2.11.2. 32.1-ci maddəyə “pensiyası” sözündən sonra “və aylıq pensiya əlavəsi” sözləri əlavə edilsin;
2.11.3. 32.1-1-ci maddənin birinci cümləsinə “pensiyaları” sözündən sonra “və aylıq pensiya əlavələri” sözləri əlavə edilsin;
2.11.4. 32.2-ci və 32.3-cü maddələrə “pensiyası” sözündən sonra “və aylıq pensiya əlavəsi” sözləri əlavə edilsin;
2.12. 37-ci maddə üzrə:
2.12.1. adında “və əmək pensiyasına əlavənin” sözləri “, əmək pensiyasına əlavənin və aylıq pensiya əlavəsinin” sözləri ilə əvəz edilsin;
2.12.2. 37.3.4-cü maddə üzrə:
2.12.2.1. birinci cümlədə “20.1.1 – 20.1.21-ci” sözləri “20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.11 – 20.1.14-1-ci, 20.1.18-ci, 20.1.18-1-ci, 20.1.20-ci, 20.1.20-1-ci” sözləri ilə əvəz edilsin və həmin cümləyə “maddələrdə” sözündən sonra “və aylıq pensiya əlavəsi bu Qanunun 20-1.1 – 20-1.4-cü maddələrində” sözləri əlavə edilsin;
2.12.2.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin;
“Həmin şəxslər (bu Qanunun 20.1.5-ci, 20.1.14-1-ci, 20.1.18-1-ci, 20.1.20-1-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) əmək pensiyasına qulluq stajına görə əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu Qanunun 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin və 20-1.1.2-ci, 20-1.1.7-ci maddələrdə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin və 20-1.3-cü maddələrdə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin və 20-1.4-cü maddələrdə sadalanan vəzifələrdə, 20.1.14-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.18-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.20-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.”;
2.12.3. aşağıdakı məzmunda 37.3.4-1-ci və 37.3.4-2-ci maddələr əlavə edilsin:
“37.3.4-1. Bu Qanunun 20-1.1 – 20-1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə aylıq pensiya əlavəsi bu Qanunun 20.1-ci, 20-1.1 – 20-1.4-cü maddələrində göstərilən vəzifələrdə (bu Qanunun 37.3.4-2-ci maddəsi nəzərə alınmaqla) çalışdıqda 50 faizi miqdarında ödənilir.
37.3.4-2. Bu Qanunun 20-1.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20-1.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə və 20.1.7-ci, 20-1.1.7-ci maddələrdə sadalanan vəzifələrdə, 20-1.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20-1.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20-1.1.5-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20-1.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20-1.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə və 20.1.7-ci, 20-1.1.2-ci maddələrdə sadalanan vəzifələrdə, 20-1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə və 20.1.7-ci maddələrdə sadalanan vəzifələrdə, 20-1.3-cü maddəsində maddəsində göstərilən şəxslər həmin maddədə və 20.1.11-ci və 20.1.12-ci maddələrdə sadalanan vəzifələrdə çalışdıqda onlara təyin edilmiş aylıq pensiya əlavəsinin ödənilməsi dayandırılır.”;
2.12.4. Qeyd hissəsinin mətni 1-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 2-ci bənd əlavə edilsin:
“2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilmiş bu Qanunun 2026-cı il yanvarın 1-dək 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı, 20.1.7-ci, 20.1.9-cu, 20.1.11-ci, 20.1.12-ci və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslər həmin tarixdən sonra qulluğa (xidmətə) qayıtdıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixədək qüvvədə olmuş 37.3.4-cü maddəsinin müddəaları tətbiq olunur.”;
2.13. 38-ci maddənin adında və 38.1-ci maddədə “və əmək pensiyasına əlavənin” sözləri “, əmək pensiyasına əlavənin və aylıq pensiya əlavəsinin” sözləri ilə əvəz edilsin;
2.14. 39-cu maddə üzrə:
2.14.1. adında, 39.1-ci maddənin birinci və ikinci cümlələrində “və əmək pensiyasına əlavənin” sözləri “, əmək pensiyasına əlavənin və aylıq pensiya əlavəsinin” sözləri ilə əvəz edilsin;
2.14.2. 39.2-ci maddənin birinci və ikinci cümlələrində “və əmək pensiyasına əlavədən” sözləri “, əmək pensiyasına əlavədən və aylıq pensiya əlavəsindən” sözləri ilə əvəz edilsin;
2.14.3. 39.3-cü və 39.4-cü maddələrdə “və əmək pensiyasına əlavənin” sözləri “, əmək pensiyasına əlavənin və aylıq pensiya əlavəsinin” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 137) 5.1-ci və 5.2-ci maddələri ləğv edilsin.
Maddə 4. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 95; Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli № 416-VIIQD nömrəli Qanunu) 13.13-cü maddəsi aşağıdakı redaksiyada verilsin:
“13.13. Diplomatik xidmət əməkdaşlarının pensiya və aylıq pensiya əlavəsi təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada, inzibati-texniki xidmət əməkdaşlarının pensiya və aylıq pensiya əlavəsi təminatı isə həmin Qanuna uyğun olaraq dövlət qulluqçuları üçün müəyyən olunmuş qaydada həyata keçirilir.”.
Maddə 5. Bu Qanunun qüvvəyə minməsi
5.1. Bu Qanunun 2.1-ci və 2.10-cu maddələri 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
5.2. Bu Qanunun 2.4.2-ci, 2.5.4-cü, 2.5.5-ci, 2.5.9-cu (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.3-cü və 20.14.4-cü maddələrinə münasibətdə), 2.5.10.1-ci, 2.5.10.3-cü, 2.5.11-ci, 2.6-cı (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-1.3-cü və 20-1.4-cü maddələrinə münasibətdə), 2.7-ci, 2.9-cu və 2.12.4-cü (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.12-ci maddəsinə münasibətdə) maddələri 2026-cı il oktyabrın 1-dən tətbiq edilir.
Maddə 6. Keçid müddəalar
6.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş hərbi qulluqçulara münasibətdə 2026-cı il oktyabrın 1-dək) əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ yaranmış və əlavə təyin edilməmiş şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bu Qanun qüvvəyə mindiyi tarixədək qüvvədə olmuş normaları tətbiq edilir.
6.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş və 2026-cı il oktyabrın 1-dən 5 il müddətində əmək pensiyası hüququ yaranan hərbi qulluqçulara münasibətdə əmək pensiyası şərti pensiya kapitalı nəzərə alınmaqla təyin edilir. Bu zaman, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı şərti pensiya kapitalından yüksək olarsa qeydə alınmış pensiya kapitalı əsas götürülür. Şərti pensiya kapitalının məbləği və onun tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Prezidenti

