Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
30 sentyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci, 15-ci, 16-cı, 18-ci və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 11, 14, 15, 16, 21, № 2, maddə 111, № 5 (I kitab), maddə 399; Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli, 13 iyul tarixli 445-VIIQD nömrəli, 14 iyul tarixli 451-VIIQD və 470-VIIQD nömrəli qanunları) 102.1.14.15-ci maddəsinə “qulluqçulara” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin.
Maddə 2. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 378 (Cild I); 2024, № 11, maddə 1183; 2026, № 3, maddə 210) 10-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissə üzrə:
2.1.1. birinci abzas üzrə:
2.1.1.1. birinci cümləyə “peşədən,” sözündən sonra “xidmətin xüsusiyyətindən, məsuliyyətindən,” sözləri, “xərcliyi” sözündən sonra “(pul təminatı)” sözləri əlavə edilsin və həmin cümlədə “dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşları” sözləri “Respublikası Təhlükəsizlik Şurasının katibi, katibinin müavini və katibi xidmətinin digər işçiləri” sözləri ilə, “orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularına” sözləri “orqanının müəyyən etdiyi orqanda (qurumda) qulluq keçən hərbi qulluqçulara“ sözləri ilə əvəz edilsin;
2.1.1.2. ikinci və üçüncü cümlələr çıxarılsın;
2.1.2. ikinci abzasda “Hərbi” sözü “Bu maddənin 2-1-ci hissəsi nəzərə alınmaqla, hərbi” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
“2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının pul təminatının ödənilməsi sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin hərbi qulluqçuların (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və onun müavinləri istisna olmaqla) pul təminatı rütbə maaşından, rütbə maaşından hesablanan əlavələrdən və mütləq rəqəmlərlə müəyyən edilən əlavələrdən ibarətdir.”;
2.3. 5-ci hissənin birinci cümləsinə “hüququna” sözündən sonra “(qida məhsulları üçün pul kompensasiyasına münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və onun müavinləri, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, katibinin müavini və katibi xidmətinin digər işçiləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qulluq keçən hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin;
2.4. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
“5-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularına qida məhsullarının verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;
2.5. 7-ci hissəyə birinci halda “qulluqçularından” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) digər hərbi qulluqçularından” sözləri əlavə edilsin və həmin hissədə “dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarından, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularından” sözləri “Respublikası Təhlükəsizlik Şurasının katibindən, katibinin müavinindən və katibi xidmətinin digər işçilərindən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qulluq keçən hərbi qulluqçulardan” sözləri ilə əvəz edilsin;
2.6. aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:
“8. Hərbi qulluqçuların və onların ailə üzvlərinin yeni xidmət yerinə köçməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ödənilir.”.
Maddə 3. “Polis haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611 (Cild I); 2024, № 1, maddə 3; 2025, № 8, maddələr 735, 743; 2026, № 3, maddə 210, № 4, maddə 295) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 35-ci maddənin III hissəsində “habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarına” sözləri “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, katibinin müavini və katibi xidmətinin digər işçilərinə” sözləri ilə əvəz edilsin;
3.2. 38-ci maddənin III hissəsində “Polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar köç pulu və birdəfəlik kompensasiyalar” sözləri “Polis əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi ilə bağlı xərclər” sözləri ilə əvəz edilsin.
Maddə 4. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 12 (Cild I); 2024, № 6 (I kitab), maddə 636, № 8, maddə 934, № 12 (II kitab), maddə 1337; 2026, № 3, maddə 210) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 59-cu maddəsində “, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya” sözləri “ilə bağlı xərclər” sözləri ilə əvəz edilsin.
Maddə 5. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452 (Cild I); 2024, № 12 (II kitab), maddə 1337; 2025, № 8, maddə 734; 2026, № 3, maddə 210) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 20.2-ci maddədə “pulu və birdəfəlik kompensasiya” sözləri “ilə bağlı xərclər” sözləri ilə əvəz edilsin;
5.2. 21.6-cı maddədə “dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarına” sözləri “Respublikası Təhlükəsizlik Şurasının katibi, katibinin müavini və katibi xidmətinin digər işçilərinə” sözləri ilə əvəz edilsin.
Maddə 6. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453 (Cild I); 2024, № 8, maddə 934, № 12 (II kitab), maddə 1337; 2026, №3, maddə 210) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 100-1-ci maddəsində “dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarına” sözləri “Respublikası Təhlükəsizlik Şurasının katibi, katibinin müavini və katibi xidmətinin digər işçilərinə” sözləri ilə əvəz edilsin.
Maddə 7. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 601 (Cild I); 2025, № 1, maddə 5; 2026, № 3, maddə 210) 20-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 20.2-ci maddənin birinci cümləsinə “müavinətlərdən” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularına münasibətdə rütbə maaşından, rütbə maaşından hesablanan əlavələrdən və mütləq rəqəmlərlə müəyyən edilən digər əlavələrdən)” sözləri əlavə edilsin;
7.2. 20.3-cü maddəyə “alınır” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularına münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada)” sözləri əlavə edilsin;
7.3. 20.4-cü maddəyə “faizindən” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularına münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdən)” sözləri əlavə edilsin;
7.4. 20.5-ci maddədə “və əmlakının daşınması" sözləri “ilə bağlı xərclər” sözləri ilə əvəz edilsin;
7.5. 20.6-cı maddəyə “qulluqçularına” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin;
7.6. 20.7-ci maddənin ikinci cümləsinə “qulluqçularının” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin;
7.7. 20.10-cu maddəyə “işçilərinin” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları və işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;
7.8. 20.10-1-ci maddədə “dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarına” sözləri “Respublikası Təhlükəsizlik Şurasının katibi, katibinin müavini və katibi xidmətinin digər işçilərinə” sözləri ilə əvəz edilsin.
Maddə 8. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586 (Cild I); 2024, № 5 (I kitab), maddə 502, № 12 (II kitab), maddə 1337; 2025, № 7, maddələr 606, 617, № 8, maddə 743; 2026, № 3, maddə 210; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 468-VIIQD nömrəli Qanunu) 23.6-cı maddəsində “pulu və birdəfəlik kompensasiya” sözləri “ilə bağlı xərclər” sözləri ilə əvəz edilsin.
Maddə 9. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 972 (Cild I); 2024, № 12 (II kitab), maddə 1337; 2026, № 3, maddə 210) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 80-1-ci maddəsində “, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya” sözləri “ilə bağlı xərclər” sözləri ilə əvəz edilsin.
Maddə 10. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 714 (Cild I); 2024, № 12 (II kitab), maddə 1337; 2026, № 3, maddə 210) 23.10-cu maddəsində “köçmə xərci və birdəfəlik kompensasiya” sözləri “köçməsi ilə bağlı xərclər” sözləri ilə əvəz edilsin.
Maddə 11. Keçid müddəalar
11.1. Bu Qanunun tətbiqi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının dövlət büdcəsindən ödənilən sonuncu pul təminatı (maddi yardım, məzuniyyət və müalicə müavinətlərinin sonuncu pul təminatına müvafiq olaraq hesablanmış məbləği 12-yə, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatının faktiki xidmət etdiyi tam təqvim aylarına bölünərək müəyyən edilən məbləği nəzərə alınmaqla) ilə müqayisədə hazırkı pul təminatında (qanunla müəyyən edilmiş vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər çıxılmaqla) azalma baş verərsə, həmin hərbi qulluqçulara pul təminatı arasındakı fərq növbəti artımlar nəticəsində aradan qalxanadək ödənilir.
11.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və onun müavinləri vəzifələrində həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara rütbə maaşları bu Qanun qüvvəyə minənədək tətbiq edilən rütbə maaşları üzrə məbləğlərə uyğun olaraq ödənilir.
Maddə 12. Bu Qanun 2026-cı il oktyabrın 1-dən tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti

