“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
30 sentyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1135 (Cild I); 2026, № 3, maddə 203; Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 447-VIIQD nömrəli Qanunu) 3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2.8-ci maddəyə “müşahidə” sözündən əvvəl “bu Qanunun 3.2.8-1-ci maddəsində qeyd edilən hüquqi şəxslər istisna olmaqla,” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 3.2.8-1-ci və 3.10-1-ci maddələr əlavə edilsin:
“3.2.8-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və həmin orqanın (qurumun) idarəetməsinə verilən dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlər;”;
“3.10-1. Bu Qanunun 3.2.8-1-ci maddəsində nəzərdə tutulan hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”.
3. 3.12-ci maddəyə “3.2.8-ci” sözlərindən sonra “, 3.2.8-1-ci” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti

