14 iyul 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 133 (Cild I); 2025, № 4 (I kitab), maddə 306, № 6, maddə 521) 56.5-ci maddəsinə “qaydalarını” sözündən sonra “, habelə çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti