“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
14 iyul 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 16-cı bəndlərini rəhbər tutaraq, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; 2026, № 1, maddələr 8, 16, № 2, maddə 110, № 3, maddə 209; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli, 10 aprel tarixli 383-VIIQD nömrəli, 27 aprel tarixli 394-VIIQD nömrəli və 1 may tarixli 401-VIIQD nömrəli qanunları) 3-cü maddəsinin 3-cü hissəsinə “notarius,” sözündən sonra “xüsusi icra məmuru,” sözləri əlavə edilsin.
Maddə 2. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2026, № 1, maddə 16) 1-ci maddəsinin ikinci hissəsinin beşinci abzasına “notarius,” sözündən sonra “xüsusi icra məmuru,” sözləri əlavə edilsin.
Maddə 3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100, № 4 (I kitab), maddələr 315, 322, № 5, maddə 440, № 6, maddələr 526, 536, № 7, maddələr 610, 617, № 8, maddələr 743, 744; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanunu) 81-2.1-ci maddəsində “79-cu” sözləri “79.1-ci maddəsinin birinci cümləsi və 79.2-ci” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586 (Cild I); 2024, № 5 (I kitab), maddə 502, № 12 (II kitab), maddə 1337; 2025, № 7, maddələr 606, 617, № 8, maddə 743; 2026, № 3, maddə 210) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 4.8-ci maddəyə birinci halda “və” sözündən sonra “dövlət” sözü əlavə edilsin;
4.2. 25-1-ci maddə üzrə:
4.2.1. 25-1.1.1-ci maddəyə “halda” sözündən sonra “dövlət icra məmurları tərəfindən” sözləri əlavə edilsin;
4.2.2. 25-1.1.2-ci maddədə “İcra” sözü “Dövlət icra” sözləri ilə əvəz edilsin.
Maddə 5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514 (Cild I); 2024, № 8, maddə 934, № 12 (II kitab), maddə 1348; 2026, № 1, maddə 16) 2.0.14-cü maddəsinə “notarius,” sözündən sonra “xüsusi icra məmuru,” sözləri əlavə edilsin.
Maddə 6. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669 (Cild I); 2024, № 7, maddə 762, № 8, maddə 934; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322; 2026, № 1, maddə 16) 4-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 4.1.9-cu maddəyə “notariuslar,” sözündən sonra “xüsusi icra məmurları,” sözləri əlavə edilsin;
6.2. 4.4.2-ci maddəyə ikinci halda “göstərilən” sözündən sonra “xüsusi icra məmurları,” sözləri əlavə edilsin.

