“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
10 iyul 2026   
    
  • I OXUNUŞ
  • II OXUNUŞ
  • III OXUNUŞ
  • Müzakirədə iştirak edin

10 iyul 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); 2024, № 11, maddə 1182, № 12 (II kitab), maddələr 1332,1348; 2025, № 1, maddə 16, № 3, maddə 218, № 8, maddə 743, № 11, maddə 1008, № 12 (I kitab), maddə 1118; 2026, № 3, maddə 205)  aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.18-ci maddə əlavə edilsin:
“1.1.18. icbari tibbi sığorta fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu.”;
1.2. 15-3.5-ci maddədə “icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına)” sözləri “bu Qanunun 15-27-ci maddəsində nəzərdə tutulan  informasiya sisteminə” sözləri ilə əvəz edilsin;
1.3. 15-13.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron” sözləri “bu Qanunun 15-27-ci maddəsində nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;
1.4. 15-27-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 15-27. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron
                        qaydada həyata keçirilməsi
 
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)  informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”.
Maddə 2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I); 2024, № 5 (I kitab), maddələr 501, 503; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 8,16) 1.0.17-ci maddəsindən “və reabilitasiya imkanlarının” sözləri çıxarılsın.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU