10 iyul 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası 2004-cü il fevralın 13-də London şəhərində imzalanmış “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulsun.
Azərbaycan Respublikasının Prezidenti