10 iyul 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217, № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741; 2026, № 1, maddələr 18, 19, № 3, maddələr 202, 212; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 37-1-ci maddə əlavə edilsin:
“Maddə 37-1. İnzibati xəta törətmiş psixiatriya yardımına ehtiyacı olan şəxslərin psixiatriya müayinəsi
37-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, inzibati xəta haqqında iş üzrə icraat aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi barəsində icraat aparılan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar qəbul edərək psixiatriya müəssisəsinə müraciət edir.
37-1.2. Şəxsin barəsində psixiatriya müayinəsinin həyata keçirilməsi və onun psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tənzimlənir.”;
1.2. 38.1-ci maddənin ikinci cümləsinə ikinci halda “təhlükəsizliyinin” sözündən sonra “və informasiya infrastrukturunun kibertəhlükəsizliyinin” sözləri əlavə edilsin;
1.3. 102.1-ci maddəyə “371-1-ci,” sözlərindən sonra “371-2-ci,” sözləri əlavə edilsin;
1.4. 287-ci maddə üzrə:
1.4.1. 287.0.1-ci və 287.0.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“287.0.1. toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən toxumların istehsalına, emalına, tədarükünə, saxlanmasına, daşınmasına, ticarət dövriyyəsinə, o cümlədən idxalına və ixracına;
287.0.2. toxum əməliyyatçılarının seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyata alınmadan toxumçuluq sahəsində fəaliyyət göstərilməsinə;”;
1.4.2. 287.0.3-cü maddəyə “olunmasına” sözündən sonra “, habelə toxum qablarının (konteynerlər, bağlamalar və s.) üzərində, etiketlərdə və ya müşayiətedici sənədlərdə bitki sortunun adı, mənşəyi və toxumun keyfiyyəti barədə yanlış məlumat göstərilməsinə” sözləri əlavə edilsin;
1.4.3. 287.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“287.0.5. toxum əməliyyatçıları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin altsisteminə bilə-bilə yanlış və ya təhrif olunmuş məlumatların daxil edilməsinə görə –”;
1.5. aşağıdakı məzmunda 371-2-ci maddə əlavə edilsin:
“Maddə 371-2. Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulması
371-2.1. Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, həmçinin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməməsinə görə, yəni:
371-2.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması), habelə rəqəmsal tədqiqatın aparılması və nəticəsi barədə məlumatın təqdim edilməsi ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsinə;
371-2.1.2. informasiya infrastrukturuna yönəlmiş kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların, habelə bu Məcəllənin 371-2.1.4-cü maddəsində qeyd edilən fəaliyyətlərin həyata keçirilməsi nəticəsində əldə edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal təqdim edilməməsinə;
371-2.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərdiyi sorğuların 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərdiyi sorğuların isə 5 iş günü ərzində cavablandırılmamasına;
371-2.1.4. kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməməsinə;
371-2.1.5. ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri tərəfindən pozulmasına;
371-2.1.6. rəqəmsal tədqiqatın və proaktiv kibertəhlükəsizlik tədqiqatına şəraitin yaradılmamasına, həmçinin rəqəmsal tədqiqat zamanı əldə olunan məlumatların bütövlüyünün qorunmamasına, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməsinə görə –
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
371-2.2. “Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestri”nə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərilməsinə görə –
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 371-2-ci maddəsinin qüvvəsi kritik informasiya infrastrukturuna, dövlət orqanlarına (qurumlarına), o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə (bank, sığortaçı, təkrarsığortaçı, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi, ödəniş xidmət təchizatçıları və s.) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturuna, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinə və təhlükəsizlik əməliyyatları mərkəzlərinə şamil edilmir.”;
1.6. 401-ci maddənin “Qeyd” hissəsinin 3-cü bəndində “244-1.1-ci” sözləri “244-1-ci” sözləri ilə əvəz edilsin;
1.7. 402-ci maddənin dispozisiyasına “yəni” sözündən sonra “qanunsuz olaraq” sözləri əlavə edilsin və həmin maddənin dispozisiyasında “müəssisə və digər hüquqi şəxsin yaradılmasına” sözləri “hüquqi şəxsin yaradılmasına, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınmasına, habelə qeyd edilən məqsəd və niyyətlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsinə” sözləri ilə əvəz edilsin;
1.8. 453-cü maddənin dispozisiyasına “qaydaları” sözündən sonra “, həmçinin öz müəssisəsinin (fərdi sahibkarın) adı, mənsubiyyəti və iş rejimi” sözləri, “istehlakçıya” sözündən sonra “zəruri və düzgün” sözləri əlavə edilsin;
1.9. 483-cü maddə üzrə:
1.9.1. dispozisiyadan “az miqdarda” sözləri çıxarılsın;
1.9.2. sanksiya və “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:
“vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan (vəzifəli şəxs) qərar qəbul edənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytardıqda inzibati məsuliyyətdən azad edilir.”;
1.10. 525-ci maddə üzrə:
1.10.1. mətni 525.1-ci maddə hesab edilsin;
1.10.2. aşağıdakı məzmunda 525.2-ci maddə əlavə edilsin:
“525.2. Bu Məcəllənin 525.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə beş min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur.”;
1.11. 547.3-cü maddə üzrə:
1.11.1. birinci abzasa “tədbirləri” sözündən sonra “, həmçinin “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq büdcələrin layihələrinə və icrasına dair rəylərin hazırlanması” sözləri əlavə edilsin;
1.11.2. 547.3.3-cü maddədə “və bank” sözləri “, bank və sığorta” sözləri ilə əvəz edilsin;
1.11.3. 547.3.4-cü maddəyə “büdcəsinin” sözündən sonra “, Naxçıvan Muxtar Respublikası büdcəsinin” sözləri əlavə edilsin;
1.12. 558-ci maddə üzrə:
1.12.1. 558.1-ci maddənin sanksiyasında “şəxslər” sözü “şəxslərə” sözü ilə əvəz edilsin;
1.12.2. aşağıdakı məzmunda 558.1-1-ci maddə əlavə edilsin:
“558.1-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilməsi ilə bağlı müvafiq dövlət orqanlarına (qurumlarına) ünvanlanan sorğulara vaxtında cavab verilməməsinə görə –
vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.”.
Maddə 2. Bu Qanunun qüvvəyə minməsi
2.1. Bu Qanunun 2.2-ci və 2.3-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir;
2.2. Bu Qanunun 1.2-ci, 1.3-cü və 1.5-ci maddələri 2027-ci il iyulun 1-dən qüvvəyə minir;
2.3. Bu Qanunun 1.9-cu maddəsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
13 iyul 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217, № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741; 2026, № 1, maddələr 18, 19, № 3, maddələr 202, 212; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 37-1-ci maddə əlavə edilsin:
“Maddə 37-1. İnzibati xəta törətmiş psixiatriya yardımına ehtiyacı olan şəxslərin
psixiatriya müayinəsi
37-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, inzibati xəta haqqında iş üzrə icraat aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi barəsində icraat aparılan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar qəbul edərək psixiatriya müəssisəsinə müraciət edir.
37-1.2. Şəxsin barəsində psixiatriya müayinəsinin həyata keçirilməsi və onun psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tənzimlənir.”;
1.2. 38.1-ci maddənin ikinci cümləsinə ikinci halda “təhlükəsizliyinin” sözündən sonra “və informasiya infrastrukturunun kibertəhlükəsizliyinin” sözləri əlavə edilsin;
1.3. 102.1-ci maddəyə “371-1-ci,” sözlərindən sonra “371-2-ci,” sözləri əlavə edilsin;
1.4. 287-ci maddə üzrə:
1.4.1. 287.0.1-ci və 287.0.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“287.0.1. toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən toxumların istehsalına, emalına, tədarükünə, saxlanmasına, daşınmasına, ticarət dövriyyəsinə, o cümlədən idxalına və ixracına;
287.0.2. toxum əməliyyatçılarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyata alınmadan toxumçuluq sahəsində fəaliyyət göstərilməsinə;”;
1.4.2. 287.0.3-cü maddəyə “olunmasına” sözündən sonra “, habelə toxum qablarının (konteynerlər, bağlamalar və s.) üzərində, etiketlərdə və ya müşayiətedici sənədlərdə bitki sortunun adı, mənşəyi və toxumun keyfiyyəti barədə yanlış məlumat göstərilməsinə” sözləri əlavə edilsin;
1.4.3. 287.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“287.0.5. toxum əməliyyatçıları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə bilə-bilə yanlış və ya təhrif olunmuş məlumatların daxil edilməsinə görə –”;
1.5. aşağıdakı məzmunda 371-2-ci maddə əlavə edilsin:
“Maddə 371-2. Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların
tələblərinin pozulması

14 iyul 2026