07 iyul 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 15-ci, 16-cı, 17-ci, 19-cu, 20-ci, 23-cü, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 11, 14, 15, 16, 21, № 2, maddə 111; Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 396-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 12.2-1-ci, 13.2.53-1-ci – 13.2.53-9-cu, 14.8-1-ci, 19.3-2-ci, 33.6-1-ci, 38.2-1-ci və 65.2.3-4-cü maddələr əlavə edilsin:
“12.2-1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi azadolmalarının və güzəştlərinin tətbiqi müddəti təqvim ili ərzində başladıqda və ya başa çatdıqda, həmin hesabat ili üzrə vergidən azad edilən gəlir (mənfəət) məbləği və ya əmlak (torpaq) dəyərigüzəştin qüvvədə olduğu günlərin sayının müvafiq təqvim ilindəki günlərin ümumi sayına olan nisbətinə mütənasib olaraq müəyyən edilir. Vergi ödəyicisinin vergi uçotu vergi azadolmalarının və güzəştlərinin tətbiq edildiyi və edilmədiyi dövrlər üzrə gəlirlərin və xərclərin dəqiq fərqləndirilməsinə imkan verdiyi halda həmin azadolmalar və güzəştlər onların qüvvədə olduğu dövr üzrə faktiki göstəricilər əsasında tətbiq olunur.”;
“13.2.53-1. rəqəmsal texnologiya — məlumatların rəqəmsal formada yaradılması, toplanması, emalı, saxlanması, ötürülməsi və istifadəsini təmin edən, proqram təminatı, qurğular, vasitələr, telekommunikasiya şəbəkələri və əlaqəli sistemlər toplusu olan, iqtisadi, sosial və idarəetmə fəaliyyətlərinin avtomatlaşdırılması, optimallaşdırılması və innovativ inkişafına xidmət edən texnoloji həllər;
13.2.53-2. süni intellekt texnologiyası – statistika və ya digər riyazi texnika ilə bağlı hesablama metodlarından istifadə edərək, insan zəkası tələb olunan funksiyaları (proqnozlaşdırma, planlaşdırma, təsnifatlaşdırma, nümunənin tanınması, təşkili və qavrayışı, nitqin, səsin və şəklin tanınması, mətnin, səsin və şəklin yaradılması, dil tərcüməsi, ünsiyyət qurma, öyrənmə, problemlərin həlli və s.) yerinə yetirən, bununla da insanlar tərəfindən müəyyən olunmuş məqsədlər çərçivəsində məzmun, ehtimal, məsləhət və ya qarşılıqlı əlaqədə olduqları mühitlərə təsir edən qərarlar kimi nəticələr yaradan, insanların qərar qəbul etmələrinə və digər proseslərə kömək edən, onları əvəzləyə bilən alqoritmik sistem və ya belə sistemlərin kombinasiyası;
13.2.53-3. innovasiya məhsulu – texnoloji qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş, yeni yaradılmış və ya xassələrinə, tətbiq sahəsinə və (və ya) istifadə formasına görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən (əsaslı şəkildə təkmilləşdirilmiş), iqtisadi, sosial və ya ekoloji səmərə verən, istehlakçıya təqdim edilmiş (bazara çıxarılmış) və ya təcrübədə tətbiq olunmuş və ya qanunvericiliyə uyğun olaraq patent (ixtira, faydalı model və sənaye nümunəsi) kimi qeydiyyata alınmasını təsdiq edən sənəd ilə təsdiqlənmiş məhsul (iş, xidmət) və ya texnoloji həll;
13.2.53-4. kibertəhlükəsizlik – informasiya texnologiyaları infrastrukturunun, sistemlərin, şəbəkələrin, cihazların və məlumatların məxfiliyini, tamlığını və əlçatanlığını təmin etmək, habelə kibertəhdidlərin qarşısını almaq, aşkar etmək və nəticələrini aradan qaldırmaq məqsədilə ixtisaslaşmış proqram texniki həllərinin işlənib hazırlanması, istehsalı, inteqrasiyası və informasiya təhlükəsizliyi xidmətləri, audit, təhlükəsizlik əməliyyatları mərkəzinin xidmətləri də daxil olmaqla müvafiq xidmətlərin göstərilməsi;
13.2.53-5. elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri – elm və texnologiya sahəsində mövcud elmi və ya texnoloji qeyri-müəyyənliklərin aradan qaldırılmasına, yeni biliklərin əldə edilməsinə, habelə yeni və ya əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş texnologiyaların, proqram təminatlarının, məhsulların, xidmətlərin və ya proseslərin yaradılmasına yönəlmiş, həmçinin yenilik, yaradıcılıq, sistemlilik və təkrar istehsal oluna (ötürülə) bilmə meyarlarına məcmu şəkildə cavab verən fəaliyyət. Vergitutma məqsədləri üçün əmtəə (xidmət) bazarının öyrənilməsi (marketinq), mövcud proqram təminatlarının və məhsulların adi yenilənməsi, mövcud sistemlərin cari saxlanılması və texniki dəstək, standart səhvlərin düzəldilməsi və məhsulun xarici görünüşündə texnoloji əhəmiyyət kəsb etməyən dəyişikliklərin edilməsi bu fəaliyyətə aid edilmir.
13.2.53-6. bulud hesablama xidmətləri – proqram təminatı, tətbiqlər, platformalar, o cümlədən infrastrukturun, platformanın və proqram təminatının xidmət kimi təqdim edilməsi modelləri daxil olmaqla, şəbəkələr, serverlər, məlumat saxlama sistemləri və digər konfiqurasiya edilə bilən hesablama resurslarının ortaq fonduna internet və ya digər telekommunikasiya şəbəkələri vasitəsilə məsafədən, istifadəçinin tələbinə uyğun çıxışın təmin edilməsi fəaliyyəti. Vergitutma məqsədləri üçün bu fəaliyyət çərçivəsində hesablama resursları üzərində mülkiyyət, fiziki sahiblik və ya müəllif hüquqları istifadəçiyə (müştəriyə) keçmədiyindən, həmin fəaliyyət xidmət hesab olunur və bu Məcəllənin 124-cü maddəsində nəzərdə tutulan əmlakın icarəyə verilməsi və ya bu Məcəllənin 13.2.23-cü maddəsində nəzərdə tutulan royalti anlayışlarına aid edilmir;
13.2.53-7. texnologiya transferi – elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri nəticəsində əldə edilmiş texnologiyanın (o cümlədən əqli mülkiyyət obyektlərinin, proqram təminatının, “nou-hau”nun) mülkiyyətçisi və ya hüquq sahibi tərəfindən digər şəxslərə müqavilə əsasında verilməsi, kommersiyalaşdırılması, ötürülməsi və ya tətbiqinin təmin edilməsi ilə bağlı fəaliyyətin məcmusu;
13.2.53-8. texnoloji və ya sənaye uğursuzluğu riski – elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor fəaliyyəti nəticəsində yaradılması nəzərdə tutulan məhsulun, xidmətin və ya prosesin obyektiv səbəblərdən texniki baxımdan gözlənilən nəticəni verməməsi, tələb olunan funksionallığı təmin etməməsi və ya sənaye miqyasında kommersiyalaşdırılmasının mümkün olmaması ehtimalı;
13.2.53-9. frilanser – muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında, müstəqil şəkildə və ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye yaxud texnologiyalar parkının rezidenti olan fiziki şəxs;”;
“14.8-1. Tərəflərin bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər hesab edildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş gələcək iştirak payı (səhm) haqqında müqavilələr üzrə, habelə tərəflərin razılaşmasında faizlərin ödənilməsi nəzərdə tutulmayan konvertasiya edilən borclar üzrə bu Məcəllənin 14.3-cü və 14-1-ci maddəsinin müddəaları tətbiq edilmir və əlavə faizlər hesablanmır.”;
“19.3-2. Rəqəmsal səyyahın xarici qeyri-rezident müəssisə ilə (və ya sahibkarla) bağladığı əmək və ya mülki-hüquqi müqavilələr əsasında Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi fəaliyyəti həmin qeyri-rezidentin Azərbaycan Respublikasında daimi nümayəndəliyi hesab olunmur.”;
“33.6-1. Frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata (uçota) alındıqdan, sənaye yaxud texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə edilməsi) göstərə, eləcə də bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştlərindən və azadolmalardan istifadə edə bilərlər.”;
“38.2-1. Bu Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş uzadılma, bu Məcəllənin 38.7-ci maddəsində nəzərdə tutulmuş dayandırılma (təxirə salınma) və 49.1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vergi yoxlamasının təyin edilməsi halları da daxil olmaqla, bir vergi ödəyicisində aparılan səyyar vergi yoxlamasının ümumi xronoloji davametmə müddəti heç bir halda 90 (doxsan) iş günündən artıq ola bilməz. Bu müddət başa çatdıqda səyyar vergi yoxlamasına dayandırılır və bu müddətdən sonra vergi ödəyicisinə həmin yoxlama çərçivəsində hər hansı əlavə vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasına yol verilmir.”;
“65.2.3-4. Bu Məcəllənin 16.1.11-2-ci və 65.2-ci maddələrində nəzərdə tutulan hallardan asılı olmayaraq, “Startap” şəhadətnaməsi almış vergi ödəyicilərinin, sənaye və texnologiya parklarının rezidentlərinə şəhadətnamənin verildiyi ilk 3 (üç) il müddətində vergi yoxlamaları nəticəsində hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə ümumi borc məbləği 50000 (əlli min) manatdan çox olmadıqda, həmin borc məbləği üzrə yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verildiyi tarixdən şikayət üzrə qəbul edilən qərarın qanuni qüvvəyə mindiyi tarixədək kredit, elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasına dair sərəncam göndərilmir. Bu maddənin müddəaları bu Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi hesab edilən şəxslərə şamil edilmir.”;
1.2. 96.5-ci maddənin birinci cümləsinə birinci halda “səhmlər” sözündən sonra “(hüquqi şəxsin nizamnamə kapitalının artırılması zamanı yeni iştirak paylarının nominal dəyərindən yuxarı qiymətə təqdim edilməsindən, habelə yeni emissiya edilən səhmlərin nominal dəyərindən yuxarı qiymətə ilkin yerləşdirilməsindən əldə edilən fərq istisna olmaqla)” sözləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda 98.6-cı və 101.1-5-ci maddələr əlavə edilsin:
“98.6. Bu Məcəllənin 14-cü və 98-ci maddələrinin müddəalarından asılı olmayaraq, pay (səhm) opsionu hüququnu nəzərdə tutan müqavilələr çərçivəsində işəgötürən tərəfindən işçiyə əvəzsiz və ya güzəştli şərtlərlə verilən opsiyonlar, o cümlədən iştirak payları (səhmlər), habelə həmin opsiyonların icra edilməsi (iştirak payına və ya səhmə çevrilməsi) zamanı yaranan fayda muzdlu işlə əlaqədar alınan gəlir hesab edilmir.”;
“101.1-5. Rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrinin meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;
1.4. 101.7-ci maddə üzrə:
1.4.1. birinci abzasda “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən mütəxəssislərin” sözləri “vergi ödəyicilərinin fəaliyyətinin həyata keçirilməsi məqsədilə cəlb edilən fiziki şəxslərin” sözləri ilə əvəz edilsin,
1.4.2. 101.7.2-ci maddədə “yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi” sözləri “iyulun 1-dən 20 il müddətində 0 faiz” sözləri ilə əvəz edilsin;
1.5. aşağıdakı məzmunda 101.8-ci maddə əlavə edilsin:
“101.8. Bu maddənin digər müddəalarından asılı olmayaraq, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən yüksəkixtisaslı miqrantların, habelə ardıcıl olaraq son 24 ay və daha çox müddət ərzində Azərbaycan Respublikasında vergi öhdəliyi olmamış və ya Azərbaycan Respublikasının qeyri-rezidenti olmuş şəxslərin, habelə həmin sahələr üzrə fəaliyyət göstərmək məqsədilə ölkəyə qayıdan Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrin bilavasitə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində çalışan mütəxəssislərinin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2026-cı il iyulun 1-dən 20 il müddətinə 0 faiz dərəcəsi ilə tutulur.”;
1.6. 102.1.21-ci maddə üzrə:
1.6.1. birinci cümlədə “parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq” sözləri “parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.6.2. ikinci cümlədə “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini” sözləri “fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən sahələrdə” sözləri ilə əvəz edilsin;
1.7. 102.1.21-1-ci maddədən “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi” sözləri çıxarılsın və həmin maddədə “şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq” sözləri “şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.8. aşağıdakı məzmunda 102.1.21-2-ci və 102.1.21-3-cü maddələr əlavə edilsin:
“102.1.21-2. rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən fiziki şəxslərin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi gəlir – 2026-cı il iyulun 1-dən 20 il müddətinə;
Qeyd edilən fəaliyyət növləri üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və qeydiyyatda olan qeyri-rezident şəxslərə ixracı (təqdim edilməsi) halında azadolma həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərin (vəsaitlərin) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldüyü təqdirdə tətbiq edilir.
Avadanlıqların, aparat-texniki vasitələrin təkrar ixracı zamanı həmin avadanlıqlara (aparat-texniki vasitələrə) vergi ödəyicisinin bilavasitə özü tərəfindən yaradılmış qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldığı hallarda bu azadolma tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız üçüncü şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirinə bu azadolma şamil edilmir.
102.1.21-3. rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslər (texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən ödənilən dividend – 2026-cı il iyulun 1-dən 20 il müddətinə;”;
1.9. 102.1.27-ci maddəyə “faizi” sözündən sonra “(bu iştirak payı və ya səhm “Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış hüquqi şəxsə aid olduqda 100 faizi)” sözləri əlavə edilsin;
1.10. aşağıdakı məzmunda 102.1.27-1-ci maddə əlavə edilsin:
“102.1.27-1. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən vençur kapitalı fondlarına, habelə “Startap” şəhadətnaməsi və ya sənaye yaxud texnoparkın qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərə, gələcək iştirak payı (səhm) haqqında müqavilələr və konvertasiya edilən borclar əsasında, o cümlədən həmin hüquqi şəxslərin nizamnamə kapitalına bilavasitə yeni yaradılmış (emissiya edilmiş) iştirak paylarının (səhmlərin) əldə edilməsi vasitəsilə nağdsız qaydada yatırılan investisiya məbləğinin 100 faizi həcmində hissəsi investisiyanın yatırıldığı hesabat ili üzrə fiziki şəxsin vergitutulan ümumi gəlirindən çıxılır. Güzəşt aşağıdakı şərtlər nəzərə alınmaqla tətbiq edilir:
102.1.27-1.1. bu maddəyə əsasən fiziki şəxsin gəlirindən çıxılan məbləğ onun müvafiq hesabat ili üzrə vergitutulan ümumi gəlirinin 50 faizindən çox olmamalıdır;
102.1.27-1.2. investisiya yatıran fiziki şəxs investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;
102.1.27-1.3. investisiya yatıran fiziki şəxs bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə tətbiq edilmir);
102.1.27-1.4. əldə edilmiş iştirak payı (səhm) və ya investisiya müqaviləsi üzrə hüquqlar investisiyanın yatırıldığı tarixdən etibarən azı 3 (üç) il müddətində fasiləsiz olaraq fiziki şəxsin mülkiyyətində saxlanılmalıdır.
Bu Məcəllənin 102.1.27-1.4-cü maddəsində göstərilən 3 (üç) illik müddət başa çatmamış iştirak payı (səhm) və ya müqavilə hüququ üçüncü şəxslərə verildikdə (özgəninkiləşdirildikdə), habelə yatırılan investisiya məbləği (o cümlədən borc əsasında) hüquqi şəxsdən geri çağırıldıqda, bu Məcəllənin 102.1.27-1-ci maddəsinə əsasən gəlirdən çıxılmış məbləğ əməliyyatın baş verdiyi hesabat ilində vergi ödəyicisinin vergitutulan gəlirinə bərpa edilir. İnvestisiya cəlb edən şəxsin müflis elan edilməsi və ya ləğv olunması halları iştirak payının özgəninkiləşdirilməsi sayılmır və bu halda əvvəllər gəlirdən çıxılmış məbləğ vergiyə cəlb olunmur. Lakin, vergitutma bazasının ikili azaldılmasına yol verməmək məqsədilə, gəlirdən çıxılmış həmin investisiya məbləği təkrarən bu Məcəllənin 108-ci, 111-ci və 120-ci maddələrinin məqsədləri üçün zərər (ümidsiz borc, xərc) kimi tanına bilməz. İnvestisiya cəlb edən hüquqi şəxs tərəfindən cəlb edilmiş investisiya vəsaitləri bu Məcəllənin 3 (üç) illik müddət ərzində qeyri-istehsal (qeyri-əməliyyat) məqsədləri üçün investisiya yatıran hüquqi şəxsə və ya üçüncü şəxslərə borc kimi verildikdə, bu Məcəllənin 13.2.81-ci maddəsində göstərilən əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdırıldıqda və ya dividend şəklində bölüşdürülməsi aşkar edildikdə investisiya yatıran hüquqi şəxsin (investorun) mənfəətindən çıxılmış məbləğlər əməliyyatın baş verdiyi hesabat ilində tam bərpa edilərək vergitutulan mənfəətə daxil edilir. İnvestisiya cəlb edən hüquqi şəxsin nizamnamə kapitalının 50 faizindən çoxunun müstəqil üçüncü şəxslərə satılması və ya keçməsi, habelə səhmdar cəmiyyətinin səhmlərinin fond birjasında ilkin kütləvi təklifi halları baş verdikdə bu abzasda göstərilən 3 (üç) illik fasiləsiz saxlama məhdudiyyəti tətbiq edilmir və əvvəllər gəlirdən çıxılmış məbləğ bərpa edilmir.”;
1.11. 102.1.31-ci maddədə “3” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin;
1.12. aşağıdakı məzmunda 102.1.43-1 – 102.1.43-8-ci maddələr əlavə edilsin:
“102.1.43-1. “Startap” şəhadətnaməsi və ya sənaye yaxud texnoparkın qeydiyyat şəhadətnaməsini almış şəxslərə, habelə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə kraudfandinq platforması vasitəsilə investisiya edən şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri;
102.1.43-2. bu Məcəllənin 102.1.43-1-ci maddəsində göstərilən iştirak payları (səhmlər) üzrə fiziki şəxslərə ödənilən dividendlər;
102.1.43-3. rəqəmsal səyyahın və bu Məcəllənin 101.1-5-ci maddəsində göstərilən meyarlarla müəyyən edilən rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərmək məqsədilə ölkəyə gələn yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə çərçivəsində əldə etdikləri, habelə Azərbaycan Respublikası mənbəyindən olmayan gəlirləri (gəliri ödəyən qeyri-rezident şəxsin bu Məcəllənin 18-ci maddəsinə əsasən həmin şəxslə qarşılıqlı surətdə asılı olan şəxs olmaması, gəliri ödəyən qeyri-rezident şəxsin benefisiar mülkiyyətçiləri arasında Azərbaycan Respublikasının rezidentlərinin üstünlük təşkil etməməsi və bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatda olan şəxs olmaması şərtilə) – rəqəmsal səyyah statusunun qüvvədə olduğu müddət və ya mütəxəssisin rezident olduğu tarixdən etibarən 20 (iyirmi) il müddətinə;
102.1.43-4. vergi ödəyicilərinin bilavasitə özlərinin həyata keçirdikləri elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri nəticəsində Azərbaycan Respublikasının ərazisində yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəllif hüququn obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau üzərində istifadə hüququnun digər şəxslərə verilməsindən (royaltidən), texnologiya transferindən və ya həmin hüquqların özgəninkiləşdirilməsindən (satışından) əldə edilən gəlirlərin 95 faizi;
102.1.43-5. bu Məcəllənin 102.1.27-1-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, fiziki şəxslər tərəfindən “Startap” şəhadətnaməsi və ya sənaye yaxud texnoparkın qeydiyyat şəhadətnaməsini almış şəxslərə, habelə gələcək iştirak payı (səhm) haqqında müqavilələr və ya konvertasiya edilən borclar əsasında investisiya cəlb edən mikro, kiçik və orta sahibkarlıq subyekti olan şəxslərə nağdsız qaydada yatırılan investisiya məbləğinin 100 faizi həcmində vəsait – investisiyanın yatırıldığı hesabat ili üzrə həmin fiziki şəxsin vergitutulan gəlirindən çıxılır. Bu azadolma əldə edilmiş iştirak payı (səhm) azı 3 (üç) il müddətində mülkiyyətdə saxlanıldıqda tətbiq edilir. Qeyd edilən 3 (üç) illik müddət başa çatmamış iştirak payı (səhm) üçüncü şəxslərə təqdim edildikdə (özgəninkiləşdirildikdə), habelə yatırılan investisiya məbləği (o cümlədən borc əsasında) geri çağırıldıqda, gəlirdən çıxılmış məbləğ əməliyyatın baş verdiyi hesabat ilində vergi ödəyicisinin vergitutulan gəlirinə bərpa edilir. İnvestisiya cəlb edən şəxs ləğv edildikdə və ya müflis olduqda, iştirak payının özgəninkiləşdirilməsi sayılmır və əvvəllər gəlirdən çıxılmış məbləğ bərpa edilmir. Lakin vergitutma bazasının ikili azaldılmasına yol verməmək məqsədilə, gəlirdən çıxılmış həmin investisiya hissəsi təkrarən bu Məcəllənin 108-ci və 120-ci maddələrinin məqsədləri üçün zərər (xərc) kimi tanınmır və gəlirdən çıxılan xərclərə aid edilmir;
102.1.43-6. vençur kapitalı fondları tərəfindən həmin fondların iştirakçılarına (investorlarına, payçılarına) ödənilən dividendlər;
102.1.43-7. pay (səhm) opsionu hüququ müqaviləsi çərçivəsində əldə edilən aktivin (payın, səhmin, opsionun üçüncü şəxslərə təqdim edilməsindən yaranan gəlir;
102.1.43-8. rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müqaviləsi (qərarı) əsasında alınan vəsaitlər və subsidiyalar vergitutulan gəlirə aid edilmir. Bu maddənin müddəaları bu Məcəllənin 165.1.2-ci maddəsi ilə müəyyən edilmiş əlavə dəyər vergisi üzrə azadolmalarla birlikdə tətbiq edilir.”;
1.13. 104.6-cı maddənin birinci cümləsinə birinci halda “səhmlər” sözündən sonra “(hüquqi şəxsin nizamnamə kapitalının artırılması zamanı yeni iştirak paylarının nominal dəyərindən yuxarı qiymətə təqdim edilməsindən, habelə yeni emissiya edilən səhmlərin nominal dəyərindən yuxarı qiymətə ilkin yerləşdirilməsindən əldə edilən fərq istisna olmaqla)” sözləri əlavə edilsin;
1.14. aşağıdakı məzmunda 104.10 və 104.11-ci maddələr əlavə edilsin:
“104.10. təsisçilər, habelə üçüncü şəxslər (investorlar) tərəfindən müəssisəyə gələcək iştirak payı (səhm) haqqında müqavilələr və ya konvertasiya edilən borclar əsasında gələcəkdə iştirak payının (səhmin) verilməsi müqabilində cəlb edilmiş nağdsız pul vəsaitləri (onların nizamnamə kapitalına daxil edilib-edilməməsindən asılı olmayaraq) vergitutma məqsədləri üçün müəssisənin vergiyə cəlb edilən gəlirinə aid edilmir. Gələcək iştirak payı (səhm) haqqında müqavilələr və ya konvertasiya edilən borclar üzrə cəlb edilmiş vəsaitlər müqavilə bağlandığı tarixdən etibarən 3 (üç) il ərzində nizamnamə kapitalına konvertasiya edilmədikdə (paya və ya səhmə çevrilmədikdə) və ya geri qaytarılmadıqda, həmin vəsaitlər 3-cü ilin sonuncu hesabat dövründə müəssisənin vergitutulan gəlirinə aid edilir.
104.11. Hüquqi şəxslərin dövlət qeydiyyatı və ya nizamnamə kapitalının artırılması nəticəsində yeni iştirak paylarının (səhmlərin) yaradılması (emissiyası) zamanı, həmin payların (səhmlərin) nominal dəyərindən yuxarı qiymətə təqdim edilməsindən (yerləşdirilməsindən) əldə edilən və bölüşdürülməyərək müəssisənin ehtiyat kapitalına və ya əlavə kapitalına (emissiya gəlirinə) yönəldilən fərq məbləğləri vergitutma məqsədləri üçün müəssisənin vergiyə cəlb edilən gəlirinə aid edilmir.”;
1.15. 106.1.13-cü maddə üzrə:
1.15.1. birinci cümlədə “parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq” sözləri “parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.15.2. ikinci cümlədən “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi” sözləri çıxarılsın;
1.16. 106.1.13-1-ci maddədən “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi” sözləri çıxarılsın və həmin maddədə “şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq” sözləri “şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.17. aşağıdakı məzmunda 106.1.13-3-cü – 106.1.13-5-ci maddələr əlavə edilsin:
“106.1.13-3. rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslərin (investisiya təşviqi sənədini alan və ya sənaye yaxud texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi mənfəət – 2026-cı il iyulun 1-dən 20 il müddətinə;
Qeyd edilən fəaliyyət növləri üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və qeydiyyatda olan qeyri-rezident şəxslərə ixracı (təqdim edilməsi) halında azadolma həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərin (vəsaitlərin) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldüyü təqdirdə tətbiq edilir.
Avadanlıqların, aparat-texniki vasitələrin təkrar ixracı zamanı həmin avadanlıqlara, aparat-texniki vasitələrə vergi ödəyicisinin bilavasitə özü tərəfindən yaradılmış qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldığı halda bu azadolma tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız üçüncü şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirə bu azadolma şamil edilmir.
106.1.13-4. rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslər (texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən ödənilən dividend – 2026-cı il iyulun 1-dən 20 il müddətinə;
106.1.13-5. vergi ödəyicilərinin bilavasitə özlərinin həyata keçirdikləri elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri nəticəsində Azərbaycan Respublikasının ərazisində yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəllif hüququn obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau üzərində istifadə hüququnun digər şəxslərə verilməsindən (royaltidən), texnologiya transferindən və ya həmin hüquqların özgəninkiləşdirilməsindən (satışından) əldə edilən mənfəətin 95 faizi;”;
1.17. 106.1.19-cu maddələrə “faizi” sözündən sonra “(bu iştirak payı və ya səhm “Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış hüquqi şəxsə aid olduqda 100 faizi)” sözləri əlavə edilsin;
1.18. aşağıdakı məzmunda 106.1.19-1-ci maddə əlavə edilsin:
“106.1.19-1. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən vençur kapitalı fondlarına, gələcək iştirak payı (səhm) haqqında müqavilələr və konvertasiya edilən borclar əsasında, habelə “Startap” şəhadətnaməsi və ya sənaye yaxud texnoparkın qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərin nizamnamə kapitalına bilavasitə yeni emissiya edilmiş iştirak paylarının (səhmlərin) əldə edilməsi ilə nağdsız qaydada yatırılan investisiya məbləğinin 100 faizi həcmində hissəsi investisiyanın yatırıldığı hesabat ili üzrə vergitutulan mənfəətindən çıxılır. Güzəşt aşağıdakı şərtlər nəzərə alınmaqla tətbiq edilir:
106.1.19-1.1. bu maddəyə əsasən vergitutulan mənfəətdən çıxılan məbləğ investisiya yatıran hüquqi şəxsin müvafiq hesabat ili üzrə vergitutulan mənfəətinin 50 faizindən çox olmamalıdır;
106.1.19-1.2. investisiya yatıran hüquqi şəxs (onun təsisçiləri, payçıları və icra orqanının rəhbərləri) investisiya cəlb edən hüquqi şəxslə (onun təsisçiləri, payçıları və icra orqanının rəhbərləri ilə) investisiyanın yatırıldığı tarixədək bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;
106.1.19-1.3. investisiya yatıran hüquqi şəxs bu investisiya nəticəsində (o cümlədən gələcəkdə paya çevrilən investisiya alətləri nəzərə alınmaqla) investisiya cəlb edən hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət aparıcı investor qismində çıxış edən vençur kapitalı fondlarına şamil edilmir);
106.1.19-1.4. əldə edilmiş iştirak payı (səhm) və ya investisiya müqaviləsi üzrə hüquqlar investisiyanın yatırıldığı tarixdən etibarən azı 3 (üç) il müddətində fasiləsiz olaraq investisiya yatıran hüquqi şəxsin mülkiyyətində saxlanılmalıdır.
Bu Məcəllənin 106.1.19-1.4-cü maddəsində göstərilən 3 (üç) illik müddət başa çatmamış iştirak payı (səhm) və ya müqavilə hüququ üçüncü şəxslərə təqdim edildikdə (özgəninkiləşdirildikdə), habelə yatırılan investisiya məbləği (o cümlədən borc əsasında) investisiya cəlb edən hüquqi şəxsdən geri çağırıldıqda, bu Məcəllənin 106.1.19-1-ci maddəsinə əsasən mənfəətdən çıxılmış məbləğ əməliyyatın baş verdiyi hesabat ilində vergi ödəyicisinin (investorun) vergitutulan mənfəətinə bərpa edilir. İnvestisiya cəlb edən şəxsin müflis elan edilməsi və ya ləğv olunması halları iştirak payının özgəninkiləşdirilməsi sayılmır və bu halda əvvəllər mənfəətdən çıxılmış məbləğ vergiyə cəlb olunmur. Lakin, vergitutma bazasının ikili azaldılmasına yol verməmək məqsədilə, gəlirdən çıxılmış həmin investisiya məbləği təkrarən bu Məcəllənin 108-ci, 111-ci və 120-ci maddələrinin məqsədləri üçün zərər (ümidsiz borc, xərc) kimi tanına bilməz. İnvestisiya cəlb edən hüquqi şəxs tərəfindən cəlb edilmiş investisiya vəsaitləri 3 (üç) illik müddət ərzində qeyri-istehsal (qeyri-əməliyyat) məqsədləri üçün investisiya yatıran hüquqi şəxsə və ya üçüncü şəxslərə borc kimi verildikdə, bu Məcəllənin 13.2.81-ci maddəsində göstərilən əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdırıldıqda və ya dividend şəklində bölüşdürülməsi aşkar edildikdə investisiya yatıran hüquqi şəxsin (investorun) mənfəətindən çıxılmış məbləğlər əməliyyatın baş verdiyi hesabat ilində tam bərpa edilərək vergitutulan mənfəətə daxil edilir. İnvestisiya cəlb edən hüquqi şəxsin nizamnamə kapitalının 50 faizindən çoxunun müstəqil üçüncü şəxslərə satılması və ya keçməsi, habelə səhmdar cəmiyyətinin səhmlərinin fond birjasında ilkin kütləvi təklifi halları baş verdikdə bu abzasda göstərilən 3 (üç) illik fasiləsiz saxlama məhdudiyyəti tətbiq edilmir və əvvəllər mənfəətdən çıxılmış məbləğ bərpa edilmir.”;
1.19. 106.1.23-cü maddələrdə “3” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin;
1.20. aşağıdakı məzmunda 106.1.35-1-ci – 106.1.35-8-ci maddələr əlavə edilsin:
“106.1.35-1. “Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış şəxslərə, habelə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə kraudfandinq platforması vasitəsilə investisiya edən şəxsin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan mənfəəti;
106.1.35-2. bu Məcəllənin 106.1.35-1-ci maddəsində göstərilən iştirak payları (səhmlər) üzrə hüquqi şəxslərə ödənilən dividendlər;
106.1.35-3. vençur kapitalı fondlarının rezident və ya qeyri-rezident hüquqi şəxslərin nizamnamə kapitalında sahib olduğu iştirak payına (səhminə) görə əldə etdikləri dividend gəlirlərinin 100 faizi;
106.1.35-4. bu Məcəllənin 106.1.35-3-cü maddəsində göstərilən vergi ödəyicilərinin həmin maddədə müəyyən edilmiş şərtlər daxilində sahib olduqları iştirak paylarının (səhmlərinin) özgəninkiləşdirilməsindən (satışından) əldə etdikləri mənfəətin (kapital artımının) 100 faizi;
106.1.35-5. Vergi ödəyicisi olan hüquqi şəxslərin hesabat ilinin vergitutulan mənfəətinin 50 faizindən çox olmayan hissəsinin vençur kapitalı fondlarına, habelə “Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış şəxslərə, eləcə də gələcək iştirak payı (səhm) haqqında müqavilələr və konvertasiya edilən borclar əsasında investisiya cəlb edən mikro, kiçik və orta sahibkarlıq subyekti olan şəxslərə nağdsız qaydada investisiya kimi yatırılan hissəsi. İnvestisiya cəlb edən şəxs ləğv edildikdə və ya müflis olduqda, bu maddəyə əsasən vergi ödəyicisinin mənfəətindən çıxılmış investisiya hissəsi təkrarən bu Məcəllənin 108-ci və 120-ci maddələrinin məqsədləri üçün zərər (xərc) kimi tanınmır və gəlirdən çıxılan xərclərə aid edilə bilməz.
106.1.35-6. vençur kapitalı fondlarının investisiya fəaliyyətindən (iştirak paylarının və səhmlərin təqdim edilməsindən, dividend alınmasından) əldə etdikləri mənfəətin 100 faizi;
106.1.35-7. ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilən texnologiya transferi və elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinin nəticələrinin kommersiyalaşdırılması fəaliyyətindən əldə olunan mənfəətin 100 faizi;
106.1.35-8. vençur kapitalı fondları tərəfindən həmin fondların iştirakçılarına (investorlarına, payçılarına) ödənilən dividendlər;”;
1.21. 113-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 113. Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə
çəkilən xərclərin gəlirdən çıxılması
113.1. Gəlir götürmək məqsədilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır.
113.2. Bu Məcəllənin 113.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyiciləri tərəfindən innovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, habelə “Startap” şəhadətnaməsi almış şəxslərə, texnologiyalar parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2,5 əmsalı tətbiq edilməklə (faktiki xərcin 250 faizi miqdarında) həmin hesabat ili üzrə vergi ödəyicisinin vergitutulan gəlirindən (mənfəətindən) çıxılır. Sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər olduğu hallarda, həmin şəxslər arasında həyata keçirilən əməliyyatlara bu maddədə nəzərdə tutulan 1,5 əmsalı tətbiq edilmir.
113.3. Bu Məcəllənin 113.2-ci maddəsində nəzərdə tutulan elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclərə yalnız aşağıdakılar aid edilir:
113.3.1. bilavasitə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor fəaliyyətində iştirak edən işçilərin əməkhaqqı, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları;
113.3.2. elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor fəaliyyəti zamanı sınaq və eksperimentlər üçün istifadə edilən xammal, material və ləvazimatların dəyəri;
113.3.3. elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor layihəsi çərçivəsində uyğunluğu qiymətləndirən qurumlardan alınan sınaq, sertifikatlaşdırma və ekspertiza xidmətlərinin dəyəri;
113.3.4. bu Məcəllənin 114.3.7-1-ci maddəsinə əsasən müstəsna olaraq elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində istifadə edilən maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə hesablanan amortizasiya ayırmaları.
113.4. Texnoloji və ya sənaye uğursuzluğu riski reallaşdıqda, bilavasitə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilmiş və rəsmiləşdirilmiş xərclər vergitutma məqsədləri üçün əsaslandırılmış xərc hesab olunur və bu Məcəllənin tələblərinə uyğun olaraq gəlirdən çıxılan xərclərə aid edilir. Bu halda bu Məcəllənin 113.2-ci maddəsində nəzərdə tutulan 1,5 əmsalı tətbiq edilmir.”;
1.22. aşağıdakı məzmunda 114.3.7-1-ci maddə əlavə edilsin:
“114.3.7-1. bu Məcəllənin 113.2-ci maddəsində nəzərdə tutulan fəaliyyət çərçivəsində müstəsna olaraq elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində istifadə edilən və ayrıca uçotu aparılan maşınlar, avadanlıqlar və hesablama texnikası – 50 faizədək;”;
1.23. aşağıdakı məzmunda 118-1-ci maddə əlavə edilsin:
“Maddə 118-1. İşçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni
ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən
xərclərin gəlirdən çıxılması
Hər il üçün gəlirdən çıxılmalı olan işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən xərclərin məbləği əvvəlki ilin əməyin ödənişi fondunun (yeni yaradılmış işəgötürənlər üzrə isə cari ilin ötən dövrünün əməyin ödənişi fondunun) 3 faizi həddi ilə məhdudlaşdırılır. İşçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən xərclərin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən bu təyinat üzrə xərclərin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən xərclərinin gəlirdən çıxılan məbləğ həddi bu təyinat üzrə xərclərin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.”;
1.24. aşağıdakı məzmunda 125.1.4-1-ci maddə əlavə edilsin:
“125.1.4-1. bu Məcəllənin 125.1.5-ci və 125.1.7-ci maddələrinin müddəalarından asılı olmayaraq və bu Məcəllənin 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, “Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri, tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama xidməti, infrastrukturun xidmət kimi (IaaS), platformanın xidmət kimi (PaaS), proqram təminatının xidmət kimi (SaaS) təqdim edilməsi və tətbiqi proqramlaşdırma interfeysi xidmətlərinə görə edilən ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur. Bu azadolma alınan xidmətlərin vergi ödəyicisi tərəfindən üçüncü şəxslərə təkrar satışından əldə etdiyi gəlirə şamil edilmir;”;
1.25. 144.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 144.1.7-ci maddə əlavə edilsin:
“144.1.7. vergi ödəyicisinin öz kreditoru qarşısında olan faizlər daxil olmaqla, pul tələblərinin (o cümlədən gələcək iştirak payı (səhm) haqqında müqavilələr və konvertasiya edilən borclar üzrə yaranan öhdəliklərin) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həmin vergi ödəyicisinin nizamnamə kapitalında (fondunda) iştirak payı (səhmi) ilə əvəzləşdirilməsi.”;
1.26 164-cü maddə üzrə:
1.26.1. 164.1.5-ci maddəyə “əsas vəsaitlər” sözündən sonra “və qeyri-maddi aktivlər” sözləri əlavə edilsin;
1.26.2. 164.1.16-cı maddəyə “qurğuların” sözündən sonra “, habelə dəstləşdirici hissələrin, materialların və xammalın” sözləri əlavə edilsin;
1.26.5. aşağıdakı məzmunda 164.1.16-1-ci və 164.1.16-2-ci maddələr əlavə edilsin:
“164.1.16-1. rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi və fiziki şəxslər (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə dəstləşdirici hissələrin, materialların və xammalın idxalı - 2026-cı il iyulun 1-dən 20 il müddətinə;
164.1.16-2. “Startap” şəhadətnaməsi və ya sənaye yaxud texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə qeyri-rezident şəxslərdən alınan bulud hesablama xidməti, infrastrukturun xidmət kimi (Iaas), platformanın xidmət kimi (Paas), proqram təminatının xidmət kimi (SaaS) təqdim edilməsi və tətbiqi proqramlaşdırma interfeysi (API) xidmətləri üzrə əməliyyatlar (bu xidmətlər üzrə bu Məcəllənin 169-cu maddəsinə əsasən verginin hesablanması və ödənilməsi vəzifəsi yaranmır). Bu azadolma alınan bulud hesablama xidmətlərinin vergi ödəyicisi tərəfindən üçüncü şəxslərə təkrar satışından əldə etdiyi gəlirə şamil edilmir.;”;
1.27. 165.1.10-ci maddəyə hər iki halda “əsas vəsaitin” sözlərindən sonra “və qeyri-maddi aktivlərin” sözləri əlavə edilsin;
1.28. 168.1.5-ci maddənin doqquzuncu abzası aşağıdakı redaksiyada verilsin:
“kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi, o cümlədən bu şəbəkələrin, sistemlərin və proqram təminatının elektron şəbəkələr vasitəsilə məsafədən idarə edilməsi, onlara məsafədən texniki dəstək, rəqəmsal müşayiət və fasiləsizliyinin proqram səviyyəsində təmin edilməsi xidmətləri (aparat-texniki vasitələrə, avadanlıqlara və şəbəkələrə bilavasitə yerində fiziki müdaxilə tələb edən quraşdırma, istismar, texniki xidmət və təmir işləri istisna olmaqla);”.
1.29. 199.7-ci maddə üzrə:
1.29.1. birinci cümlədə “parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq” sözləri “parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.29.2. ikinci cümlədən “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi” sözləri çıxarılsın;
1.30. aşağıdakı məzmunda 199.7-2-ci maddə əlavə edilsin:
“199.7-2. rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyət prosesində istifadə etdiyi əmlakına görə 2026-cı il iyulun 1-dən 20 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.”;
1.31. 207.3-cü maddə üzrə:
1.31.1. birinci cümlədə “parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq” sözləri “parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.31.2. ikinci cümlədən “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi” sözləri çıxarılsın;
1.32. aşağıdakı məzmunda 207.3-2-ci maddə əlavə edilsin:
“207.3-2. Rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələr və kibertəhlükəsizlik sahəsi üzrə xidmətlərin göstərilməsi fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyət prosesində istifadə etdiyi torpaqlara görə 2026-cı il iyulun 1-dən 20 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.”;
Maddə 2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187, № 12 (II kitab), maddələr 1350, 1351; 2025, № 1, maddələr 2, 15, 16, № 6, maddə 524) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 3.0.10-2-ci maddə əlavə edilsin:
“3.0.10-2. rəqəmsal səyyah – rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;”;
2.2. 26.1-ci maddədə “habelə yüksəkixtisaslı miqrantlara” sözləri “yüksəkixtisaslı miqrantlara, habelə rəqəmsal səyyahlara” sözləri ilə əvəz edilsin;
2.3. 36-cı maddə üzrə:
2.3.1. 36.1.6-cı və 36.1.6-2-ci maddələrdə “və şəxsi səfər” sözləri “, şəxsi səfər, habelə yüksəkixtisaslı miqrantlara və rəqəmsal səyyahlara verilən işgüzar səfər” sözləri ilə əvəz edilsin;
2.3.2. 36.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 36.1.8-ci maddə əlavə edilsin:
“36.1.8. işgüzar səfər vizasının alınması ilə əlaqədar müraciət edən rəqəmsal səyyah üçün bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surəti.”;
2.4. 45-ci maddə üzrə:
2.4.1. 45.1.4-cü maddəyə “idman” sözündən sonra “, informasiya və kommunikasiya texnologiyaları” sözləri əlavə edilsin;
2.4.2. 45.1.4-1-ci maddədə “və ya yüksəkixtisaslı miqrant” sözləri “, yüksəkixtisaslı miqrant və ya rəqəmsal səyyah” sözləri ilə əvəz edilsin;
2.4.3. “Qeyd” hissəsinə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:
“4. Rəqəmsal səyyaha münasibətdə bu Məcəllənin 45.1.4-1-ci və 52.1.7-ci maddələrində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, rəqəmsal səyyah vergi orqanında qeydiyyata (uçota) alınmaqla sənaye yaxud texnologiyalar parkının rezidenti olaraq bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyətləri həyata keçirir.”;
2.5. 46-cı maddə üzrə:
2.5.1. aşağıdakı məzmunda 46.1.4-2-ci maddə əlavə edilsin:
“46.1.4-2. rəqəmsal səyyahın bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surəti;”;
2.5.2. 46.1.7-ci maddəyə “idman” sözündən sonra “, informasiya və kommunikasiya texnologiyaları” sözləri əlavə edilsin;
2.6. 47.6-cı və 47.7-ci maddələrə “yüksəkixtisaslı miqrantlara,” sözlərindən sonra “rəqəmsal səyyahlara, bu Məcəllənin 64.0.19-cu maddəsində nəzərdə tutulan şəxslərə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə,” sözləri əlavə edilsin;
2.7. 49-cu maddə üzrə:
2.7.1. 49.1-ci maddədə “və 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara münasibətdə)” sözləri “, 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara və rəqəmsal səyyahlara münasibətdə) və 64.0.19-cu (texnologiyalar parkının rezidenti tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
2.7.2. 49.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“49.2. Bu Məcəllənin 45.1.2-ci, 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara və rəqəmsal səyyahlara münasibətdə) və 64.0.19-cu (texnologiyalar parkının rezidenti tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər istisna olmaqla) maddələrində göstərilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.”;
2.8. aşağıdakı məzmunda 50.1.7-2-ci maddə əlavə edilsin:
“50.1.7-2. Bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyətləri həyata keçirmədikdə və ya xarici mənbələrdən son 6 (altı) ay müddətində orta aylıq sabit gəliri minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olduqda;”;
2.9. 51.5-ci maddəyə “miqrantın” sözündən sonra “, rəqəmsal səyyahın və bu Məcəllənin 64.0.19-cu (texnologiyalar parkının rezidenti tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər istisna olmaqla) maddəsində göstərilən şəxslərin” sözləri əlavə edilsin;
2.10. 52-ci maddə üzrə:
2.10.1. 52.1.6-cı maddəyə “idman” sözündən sonra “, informasiya və kommunikasiya texnologiyaları” sözləri əlavə edilsin;
2.10.2. 52.1.7-ci maddədə “və ya yüksəkixtisaslı miqrant” sözləri “, yüksəkixtisaslı miqrant və ya rəqəmsal səyyah” sözləri ilə əvəz edilsin;
2.11. 53-cü maddə üzrə:
2.11.1. 53.1.7-ci maddəyə “miqrantın” sözündən sonra “və ya rəqəmsal səyyahın” sözləri əlavə edilsin;
2.11.2. aşağıdakı məzmunda 53.1.7-1-ci maddə əlavə edilsin:
“53.1.7-1. rəqəmsal səyyahın bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyətləri həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində orta aylıq sabit gəliri minimum aylıq əməkhaqqının 26 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surəti;”;
2.12. 54-cü maddə üzrə:
2.12.1. 54.5-ci maddənin ikinci cümləsinə “miqrantlara,” sözündən sonra “rəqəmsal səyyahlara, habelə ” sözləri əlavə edilsin;
2.12.2. 54.7-ci maddənin birinci və ikinci cümlələrinə “miqrantlara,” sözündən sonra “və ya rəqəmsal səyyahlarahabelə” sözləri əlavə edilsin;
2.13. 55-ci maddə üzrə:
2.13.1. 55.0.6-cı maddəyə “miqrantın” sözündən sonra “və ya rəqəmsal səyyahın” sözləri əlavə edilsin;
2.13.2. aşağıdakı məzmunda 55.0.6-3-cü maddə əlavə edilsin:
“55.0.6-3. Bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirmədikdə və ya xarici mənbələrdən son 6 (altı) ay müddətində orta aylıq sabit gəliri minimum aylıq əməkhaqqının 26 misli miqdarından az olduqda;”;
2.14. 66-cı maddənin “Qeyd” hissəsinə “miqrantın” sözündən sonra “və rəqəmsal səyyahın” sözləri əlavə edilsin.
Maddə 3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182, № 12 (II kitab), maddə 1348; 2025, № 2, maddə 96, № 4 (I kitab), maddələr 307, 322, № 8, maddə 743, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 15, 16) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 12-ci maddədə “(o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla);” sözləri “, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə), eləcə də kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları və innovasiyalar sahələrində yüksəkixtisaslı miqrantlar, habelə rəqəmsal səyyahlar (2026-cı il iyulun 1-dən 5 il müddətinə) istisna olmaqla),” sözləri ilə əvəz edilsin;
3.2. 14-cü maddə üzrə:
3.2.1. 14.3-cü maddədə “qanunun 14.4-cü maddəsinin” sözləri “Qanunun 14.3-1-ci və 14.4-cü maddələrinin” sözləri ilə əvəz edilsin;
3.2.2. aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilsin:
“14.3-1. Rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində sahibkarlıq fəaliyyətini həyata keçirən sığortaedənlərdə (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
|
Sığorta haqqına cəlb edilən aylıq gəlir
|
sosial sığorta haqqı dərəcəsi
|
|
cəmi
|
sığortaolunanın gəlirlərindən tutulan
|
sığortaedənin vəsaiti hesabına ödənilən
|
|
200 manatadək
|
14 faiz
|
2 faiz
|
12 faiz
|
|
200 manatdan 8000 manatadək
|
12 faiz
|
6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 5 faizi
|
44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 7 faizi
|
|
8000 manatdan çox olduqda
|
10 faiz
|
786 manat + 8000 manatdan çox olan hissənin 5 faizi
|
1214 manat + 8000 manatdan çox olan hissənin 5 faizi
|
3.2.3. 14.4-cü maddəyə “sığortaedənlərdə” sözündən sonra “(bu Qanunun 14.3-1-ci maddəsində qeyd edilən sığortaedənlər istisna olmaqla)” sözləri əlavə edilsin;
3.2.4. 14.8-ci maddənin birinci hissəsindən “(o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər)” sözləri çıxarılsın;
3.3. 14-1.1.1-ci və 14-1.1-1-ci maddələrdə “14.3-cü” sözlərindən sonra “, 14.3-1-ci” sözləri əlavə edilsin;
Maddə 4. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779 (Cild I); 2024, № 4, maddə 365, № 6 (I kitab), maddə 630, № 8, maddə 933, № 12 (II kitab), maddə 1349; 2025, № 11, maddə 1009; № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddə 11, № 2, maddə 111) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.5-ci maddəyə “(bundan sonra - Gömrük Məcəlləsi)” sözlərindən sonra “və digər normativ hüquqi aktlarda” sözləri əlavə edilsin;
4.2. 20.0.19-cu maddəyə “qurğuların” sözündən sonra “, habelə dəstləşdirici hissələrin, materialların və xammalın” sözləri əlavə edilsin;
4.3. aşağıdakı məzmunda 20.0.19-1-ci maddə əlavə edilsin:
“20.0.19-1. rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.7-ci maddəsinə uyğun olaraq aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəyi nəzərə alınmaqla verdiyi təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə dəstləşdirici hissələrin, materialların və xammalın idxalı - 2026-cı il iyulun 1-dən 10 il müddətinə;”.
Maddə 5. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab) maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933; 2025, № 1, maddə 16, № 3, maddə 215, 4 (I kitab), maddə 314, № 5, maddə 433, № 6, maddə 524, № 7, maddə 626, № 8, maddə 733) 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsinə “operatoru,” sözündən sonra “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.19-1-ci maddəsində qeyd edilən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər,” sözləri əlavə edilsin.
Maddə 6. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1135 (Cild I); 2026, № 3, maddə 203) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1-ci maddə üzrə:
6.1.1. aşağıdakı məzmunda 1.1.8-1-ci və 1.1.8-2-ci maddələr əlavə edilsin:
“1.1.8-1. innovasiya məhsulu – texnoloji qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş, yeni yaradılmış və ya xassələrinə, tətbiq sahəsinə və (və ya) istifadə formasına görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən (əsaslı şəkildə təkmilləşdirilmiş), iqtisadi, sosial və ya ekoloji səmərə verən, istehlakçıya təqdim edilmiş (bazara çıxarılmış) və ya təcrübədə tətbiq olunmuş və ya qanunvericiliyə uyğun olaraq patent (ixtira, faydalı model və sənaye nümunəsi) kimi qeydiyyata alınmasını təsdiq edən sənədlə təsdiqlənmiş mal (iş, xidmət) və ya texnoloji həll;
1.1.8-2. pilot tətbiq prosesi – satınalma predmetini dəqiq xüsusiyyətlərini (texniki göstəricilərini) əvvəlcədən müəyyənləşdirilməsi mümkün olmayan innovasiya məhsulunun yaradılması təşkil etdiyi halda, həmin məhsulun ikimərhələli tender metodu çərçivəsində layihələndirilməsi və funksionallığının real iş şəraitində sınaqdan keçirilməsi;”;
6.1.2. 1.1.24-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.24. satınalma güzəşti – təkliflər qiymətləndirilərkən satınalma predmeti üzrə təklif olunan qiymətlərə bu Qanunun 33.13-cü və 33.13-1-ci maddələrinə uyğun olaraq tətbiq edilən güzəştli düzəliş;”;
6.1.3. 1.1.27-ci maddəyə “təklif” sözündən sonra “, eləcə də ehtimal olunan qiyməti 1 000 000 (bir milyon) manatadək olan digər satınalmalarda startaplar və ya sənaye yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim edilən innovasiya məhsulları üzrə təkliflər” sözləri əlavə edilsin;
6.2. 3-cü maddə üzrə:
6.2.1. aşağıdakı məzmunda 3.2.1-1-ci və 3.2.1-2-ci maddələr əlavə edilsin:
“3.2.1-1. dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda startaplar və ya sənaye yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim edilən və dəyəri 100 000 (yüz min) manatadək olan innovasiya məhsulu (ən azı 3 təchizatçıdan qiymət təklifinin alınması və tələblərə uyğun olan ən aşağı qiymət təklifinin seçilməsi şərtilə);
3.2.1-2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaitindən ölkə üzrə rəqəmsal inkişafın təmin edilməsi, o cümlədən yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (həmçinin startapların) təşviqi, habelə innovasiya təşəbbüskarlığının təbliği məqsədilə istifadəsi;”;
6.2.2. 3.9-cu maddədə “3.8-ci maddəsində” sözləri “3.2.1-1-ci və 3.8-ci maddələrində” sözləri ilə əvəz edilsin;
6.2.3. 3.12-ci maddəyə “3.2.1-ci,” sözlərindən sonra “3.2.1-1-ci,” sözləri əlavə edilsin;
6.3. aşağıdakı məzmunda 13-1-ci, 22-1-ci, 23.3-1-ci və 23.12-ci maddələr əlavə edilsin:
“Maddə 13-1. İnnovasiya məhsulunun müəyyən olunması
13-1.1. Malın (işin, xidmətin) və ya texnoloji həllin innovasiya məhsulu olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən təsdiqedici sənəd əsasında müəyyən olunur. Təchizatçı təsdiqedici sənədin alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) innovasiya məhsulunun ətraflı təsviri, təyinatı, texniki və keyfiyyət xüsusiyyətləri, habelə onun bu Qanunun 13-1.2-ci maddəsində qeyd edilən meyarlara və tələblərə cavab verdiyini əsaslandıran sənədlərlə (məlumatlarla) birlikdə müraciət edir.
13-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müraciətə 5 (beş) iş günü ərzində baxır. Müraciətdə göstərilən mal (iş, xidmət) və ya texnoloji həll bu Qanunun 1.1.8-1-ci maddəsində göstərilən meyarlara və aşağıda qeyd edilən tələblərdən birinə cavab verdikdə innovasiya məhsulu hesab edilir və təchizatçıya təsdiqedici sənəd təqdim edilir:
13-1.2.1. məhsulun qanunvericiliyə uyğun olaraq patentlə təsdiq edilmiş və ya proqram təminatı üçün əqli mülkiyyət hüququnun qeydiyyatının aparılmış olması;
13-1.2.2. məhsulun real iş şəraitində tənzimləyici test mühitindən uğurla keçməsi və ya ixtisaslaşmış elmi-tədqiqat müəssisələri tərəfindən təsdiqi və istehlakçıya təqdim edilməsi;
13-1.2.3. məhsulun yaradılması və ya inkişaf etdirilməsi məqsədilə investisiya fondları, o cümlədən vençur kapitalı fondları və ya beynəlxalq təşkilatlar tərəfindən qrant və ya investisiya vəsaitinin ayrılması;
13-1.2.4. məhsulun akselerasiya və ya inkubasiya proqramını uğurla keçməsi;
13-1.2.5. məhsulun innovasiya yönümlü beynəlxalq səviyyəli innovasiya müsabiqələrində qalib və ya mükafatçı olması.
13-1.3. Məhsul bu Qanunun 13-1.2-ci maddəsində qeyd edilən meyarlara və tələblərə cavab vermədikdə və ya müraciətə əlavə edilmiş sənədlərdə (məlumatlarda) saxta və ya yanlış məlumatlar təqdim edildikdə təsdiqedici sənədin verilməsindən imtina edilir.
13-1.4. Təsdiqedici sənədin verilməsi üçün əsas olmuş məlumatların və sənədlərin sonradan saxta və ya yanlış olması aşkar edildikdə, həmin sənəd ləğv edilir.
13-1.5. Bu Qanunun 13-1.1-ci maddəsində qeyd edilən təsdiqedici sənəd yalnız müraciətdə göstərilən fərdi texniki və keyfiyyət xüsusiyyətlərinə malik konkret satınalma predmetinə münasibətdə hüquqi qüvvəyə malikdir. Həmin sənəd təchizatçı tərəfindən fərqli xüsusiyyətlərə malik digər malların (işlərin, xidmətlərin) və ya texnoloji həlləri) satın alınması zamanı güzəşt və üstünlüklər əldə etmək məqsədilə istifadə edilə bilməz.”.
“Maddə 22-1. Proqram təminatının, informasiya ehtiyatlarının və sistemlərinin satın alınmasına dair xüsusi tələblər
22-1.1. Bu Qanunun 22-1.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, informasiya sistemləri və ehtiyatları, habelə proqram təminatları satın alınarkən, satınalan təşkilat təchizatçıdan texnoloji asılılığın qarşısının alınmasını təmin edəcək şərtləri (bu Qanunun 25.1.8-1-ci maddəsində qeyd edilən) şərtlər toplusunda müəyyən etməlidir.
22-1.2. Dövlət hakimiyyəti səlahiyyətlərinin icrası, o cümlədən əsas dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması və təkmilləşdirilməsi, habelə rəqəmsal xidmətlərin göstərilməsi məqsədilə formalaşdırılan və ya təkmilləşdirilən proqram təminatının satın alınması zamanı həmin proqram təminatının mənbə kodu və ona dair müstəsna əqli mülkiyyət hüquqları, yaxud qeyri-məhdud, ödənişsiz, üçüncü şəxslərə (digər potensial təchizatçılara) ötürülə bilən və mənbə kodunda dəyişiklik edilməsinə icazə verən lisenziya satınalan təşkilata verilməlidir.
22-1.3. Bu Qanunun 22-1.2-ci maddəsinin tələbi satınalan təşkilatın daxili idarəetmə proseslərinin (kargüzarlığın aparılması, sənədlərin icrasına nəzarət, arxiv, kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) elektronlaşdırılması məqsədilə alınan və ya kütləvi istifadə üçün təklif olunan hazır informasiya məhsullarına (o cümlədən müəssisə resurslarının planlaşdırılması və abunəlik əsaslı xidmətlərə) şamil edilmir. Satınalan təşkilat üçün həmin məhsullara münasibətdə öz məlumat bazalarına sərbəst çıxış, açıq proqramlaşdırma interfeyslərindən istifadə və məlumatların maneəsiz daşınması imkanları təchizatçı tərfindən təmin edilməlidir.”;
“23.3-1. Dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda innovasiya məhsulunun satın alınmasına münasibətdə bu Qanunla müəyyən edilmiş güzəşt və üstünlüklərdən istifadə etmək üçün təchizatçı uyğunluğun müəyyənləşdirilməsi mərhələsində “Startap” şəhadətnaməsini və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini satınalan təşkilata təqdim etməlidir.”;
“23.12. Dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda satınalma predmetini innovasiya məhsulunun satın alınması təşkil etdikdə, həmin satınalma üzrə təchizatçılara (startaplara və ya sənaye yaxud texnologiyalar parklarının rezidentlərinə) bu Qanunun 23.4.1-ci maddəsində qeyd edilən xüsusi tələb şamil edilmir.”.
6.4. 25.3-cü maddədə “və təklifin təminatına münasibətdə isə 25.1.15-ci maddəsi kotirovka sorğusu metoduna” sözləri “kotirovka sorğusu metoduna, təklifin təminatına münasibətdə isə 25.1.15-ci maddəsi kotirovka sorğusu metoduna və ehtimal olunan qiyməti 1 000 000 (bir milyon) manatadək olan digər satınalmalarda startaplar və ya sənaye yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim edilən innovasiya məhsulları üzrə təkliflərə” sözləri ilə əvəz edilsin;
6.5. aşağıdakı məzmunda 25.1-1-ci, 25.1.8-1-ci və 33.13-1-ci maddələr əlavə edilsin:
“25.1-1. satınalma predmetini təşkil edən informasiya sistemləri və ehtiyatları, habelə proqram təminatları üzrə minimum təhlükəsizlik və risk nəzarəti üzrə tələblər;”;
“25.1.8-1. satınalma predmeti üzrə proqram təminatının mənbə kodunun və lisenziyaların təhvil verilməsi, məlumatların daşınması (köçürülməsi), əqli mülkiyyət hüquqlarının bölgüsü;”;
“33.13-1. Dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda satınalma komissiyası ehtimal olunan qiyməti 250 000 (iki yüz əlli min) manatadək olan satınalmalarda satınalma predmeti üzrə təklifləri qiymətləndirərkən startap və ya sənaye yaxud texnologiyalar parklarının rezidenti tərəfindən təqdim edilən innovasiya məhsulları üzrə təklifin xeyrinə 20 faizə qədər həcmdə satınalma güzəşti tətbiq edir. Tətbiq edilmiş satınalma güzəşti yekun protokolda qeyd olunur. Qeyd edilən güzəşt bu Qanunun 33.13-cü maddəsində müəyyən edilmiş satınalma güzəşti ilə toplanıla bilməz.”;
6.6. 33.14-cü maddədə “Satınalma” sözü “Bu Qanunun 33.13-1-ci maddəsində qeyd edilən hal istisna olmaqla, satınalma” sözləri ilə əvəz edilsin.”;
6.7. aşağıdakı məzmunda 35.1.5-1-ci maddə əlavə edilsin:
“35.1.5-1. təchizatçı bu Qanunun 46.4-2-ci maddəsində qeyd edilən aralıq hədəf göstəricilərinə cavab vermədikdə;”;
6.8. 38.10-cu maddənin üçüncü və dördüncü cümlələri müvafiq olaraq dördüncü və beşinci cümlə hesab olunsun və aşağıdakı məzmunda yə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Pilot tətbiq prosesində iştirak edən təchizatçı tərəfindən bağlanmış subpodrat müqavilələrinin ümumi məbləği satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox ola bilməz.”;
6.9. aşağıdakı məzmunda 46.4-1–46.4-3-cü maddələr əlavə edilsin:
“46.4-1. Satınalma predmetini dəqiq xüsusiyyətlərini (texniki göstəricilərini) əvvəlcədən müəyyənləşdirilməsi mümkün olmayan innovasiya məhsulunun yaradılması təşkil etdiyi halda, satınalan təşkilat ikimərhələli tenderin birinci mərhələsi çərçivəsində pilot tətbiq prosesini həyata keçirə bilər. Pilot tətbiq prosesinin həyata keçirilməsi məqsədilə satınalan təşkilat ilkin təklifləri məqbul sayılan təchizatçılar ilə pilot tətbiq müqaviləsi bağlayır. Hər bir təchizatçı ilə bağlanan pilot tətbiq müqaviləsinin məbləği 1 000 000 (bir milyon) manatdan, icra müddəti isə 12 (on iki) aydan çox ola bilməz.
46.4-2. Nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən pilot tətbiq müqaviləsində layihələndirmə, prototipin yaradılması və sınaqdan keçirilməsi üzrə aralıq mərhələlər, kəmiyyət və keyfiyyətcə ölçülə bilən hədəf göstəriciləri (indikatorlar), hədəflərə nail olunmasına mütənasib mərhələli ödəniş şərtləri, məlumatların mühafizəsi, məxfilik, insident məsuliyyəti, təhlükəsizlik auditi və çıxış strategiyası üzrə şərtlər, habelə mərhələli xitam halları və əqli mülkiyyət hüquqlarının bölgüsü (müstəsna hüquqların təchizatçıda qalması və satınalan təşkilata yalnız öz ehtiyacları üçün qeyri-müstəsna pulsuz lisenziyanın verilməsi, habelə mənbə kodlarının açıq yerləşdirilməsi şərtilə) müəyyən edilməlidir.
46.4-3. Təqdim edilmiş innovasiya məhsulu pilot tətbiq müqaviləsində müəyyən edilmiş aralıq hədəf göstəricilərinə cavab verməyən təchizatçı satınalma komissiyasının qərarı ilə sınaq mərhələsindən kənarlaşdırılır və müqavilə birtərəfli qaydada ləğv edilir. Bu halda təchizatçıya qarşı əlavə cərimə sanksiyaları tətbiq olunmur, o etibarsız təchizatçı hesab edilmir və yalnız faktiki müvəffəqiyyətlə icra etdiyi mərhələyə görə ona ödəniş edilir.
Maddə 7. Bu Qanunun 1.4-cü maddəsi 2026-cı il iyulun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
13 iyul 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 15-ci, 16-cı, 17-ci, 19-cu, 20-ci, 23-cü, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 11, 14, 15, 16, 21, № 2, maddə 111; Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 396-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 12.2-1-ci, 13.2.53-1 – 13.2.53-9-cu, 14.8-1-ci, 19.3-2-ci, 33.6-1-ci, 38.2-1-ci və 65.2.3-4-cü maddələr əlavə edilsin:
“12.2-1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi azadolmalarının və güzəştlərinin tətbiqi müddəti təqvim ili ərzində başladıqda və ya başa çatdıqda, həmin hesabat ili üzrə vergidən azad edilən gəlir (mənfəət) məbləği və ya əmlak (torpaq) dəyəri güzəştin qüvvədə olduğu günlərin sayının müvafiq təqvim ilindəki günlərin ümumi sayına olan nisbətinə mütənasib olaraq müəyyən edilir. Vergi ödəyicisinin vergi uçotu vergi azadolmalarının və güzəştlərinin tətbiq edildiyi və edilmədiyi dövrlər üzrə gəlirlərin və xərclərin dəqiq fərqləndirilməsinə imkan verdiyi halda həmin azadolmalar və güzəştlər onların qüvvədə olduğu dövr üzrə faktiki göstəricilər əsasında tətbiq olunur.”;
“13.2.53-1. rəqəmsal texnologiya — məlumatların rəqəmsal formada yaradılması, toplanması, emalı, saxlanması, ötürülməsi və istifadəsini təmin edən, proqram təminatı, qurğular, vasitələr, telekommunikasiya şəbəkələri və əlaqəli sistemlər toplusu olan, iqtisadi, sosial və idarəetmə fəaliyyətlərinin avtomatlaşdırılması, optimallaşdırılması və innovativ inkişafına xidmət edən texnoloji həllər;
13.2.53-2. süni intellekt texnologiyası – statistika və ya digər riyazi texnika ilə bağlı hesablama metodlarından istifadə edərək, insan zəkası tələb olunan funksiyaları (proqnozlaşdırma, planlaşdırma, təsnifatlaşdırma, nümunənin tanınması, təşkili və qavrayışı, nitqin, səsin və şəklin tanınması, mətnin, səsin və şəklin yaradılması, dil tərcüməsi, ünsiyyət qurma, öyrənmə, problemlərin həlli və s.) yerinə yetirən, bununla da insanlar tərəfindən müəyyən olunmuş məqsədlər çərçivəsində məzmun, ehtimal, məsləhət və ya qarşılıqlı əlaqədə olduqları mühitlərə təsir edən qərarlar kimi nəticələr yaradan, insanların qərar qəbul etmələrinə və digər proseslərə kömək edən, onları əvəzləyə bilən alqoritmik sistem və ya belə sistemlərin kombinasiyası;
13.2.53-3. innovasiya məhsulu – texnoloji qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş, yeni yaradılmış və ya xassələrinə, tətbiq sahəsinə və (və ya) istifadə formasına görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən (əsaslı şəkildə təkmilləşdirilmiş), iqtisadi, sosial və ya ekoloji səmərə verən, istehlakçıya təqdim edilmiş (bazara çıxarılmış) və ya təcrübədə tətbiq olunmuş və ya qanunvericiliyə uyğun olaraq patent (ixtira, faydalı model və sənaye nümunəsi) kimi qeydiyyata alınmasını təsdiq edən sənəd ilə təsdiqlənmiş məhsul (iş, xidmət) və ya texnoloji həll;
13.2.53-4. kibertəhlükəsizlik – informasiya texnologiyaları infrastrukturunun, sistemlərin, şəbəkələrin, cihazların və məlumatların məxfiliyini, tamlığını və əlçatanlığını təmin etmək, habelə kibertəhdidlərin qarşısını almaq, aşkar etmək və nəticələrini aradan qaldırmaq məqsədilə ixtisaslaşmış proqram texniki həllərinin işlənib hazırlanması, istehsalı, inteqrasiyası və informasiya təhlükəsizliyi xidmətləri, audit, təhlükəsizlik əməliyyatları mərkəzinin xidmətləri də daxil olmaqla müvafiq xidmətlərin göstərilməsi;
13.2.53-5. elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri – elm və texnologiya sahəsində mövcud elmi və ya texnoloji qeyri-müəyyənliklərin aradan qaldırılmasına, yeni biliklərin əldə edilməsinə, habelə yeni və ya əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş texnologiyaların, proqram təminatlarının, məhsulların, xidmətlərin və ya proseslərin yaradılmasına yönəlmiş, həmçinin yenilik, yaradıcılıq, sistemlilik və təkrar istehsal oluna (ötürülə) bilmə meyarlarına məcmu şəkildə cavab verən fəaliyyət. Vergitutma məqsədləri üçün əmtəə (xidmət) bazarının öyrənilməsi (marketinq), mövcud proqram təminatlarının və məhsulların adi yenilənməsi, mövcud sistemlərin cari saxlanılması və texniki dəstək, standart səhvlərin düzəldilməsi və məhsulun xarici görünüşündə texnoloji əhəmiyyət kəsb etməyən dəyişikliklərin edilməsi bu fəaliyyətə aid edilmir;
13.2.53-6. bulud hesablama xidmətləri – proqram təminatı, tətbiqlər, platformalar, o cümlədən infrastrukturun, platformanın və proqram təminatının xidmət kimi təqdim edilməsi modelləri daxil olmaqla, şəbəkələr, serverlər, məlumat saxlama sistemləri və digər konfiqurasiya edilə bilən hesablama resurslarının ortaq fonduna internet və ya digər telekommunikasiya şəbəkələri vasitəsilə məsafədən, istifadəçinin tələbinə uyğun çıxışın təmin edilməsi fəaliyyəti. Vergitutma məqsədləri üçün bu fəaliyyət çərçivəsində hesablama resursları üzərində mülkiyyət, fiziki sahiblik və ya müəlliflik hüquqları istifadəçiyə (müştəriyə) keçmədiyindən, həmin fəaliyyət xidmət hesab olunur və bu Məcəllənin 124-cü maddəsində nəzərdə tutulan əmlakın icarəyə verilməsi və ya bu Məcəllənin 13.2.23-cü maddəsində nəzərdə tutulan royalti anlayışlarına aid edilmir;
13.2.53-7. texnologiya transferi – elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri nəticəsində əldə edilmiş texnologiyanın (o cümlədən əqli mülkiyyət obyektlərinin, proqram təminatının, “nou-hau”nun) mülkiyyətçisi və ya hüquq sahibi tərəfindən digər şəxslərə müqavilə əsasında verilməsi, kommersiyalaşdırılması, ötürülməsi və ya tətbiqinin təmin edilməsi ilə bağlı fəaliyyətin məcmusu;
13.2.53-8. texnoloji və ya sənaye uğursuzluğu riski – elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor fəaliyyəti nəticəsində yaradılması nəzərdə tutulan məhsulun, xidmətin və ya prosesin obyektiv səbəblərdən texniki baxımdan gözlənilən nəticəni verməməsi, tələb olunan funksionallığı təmin etməməsi və ya sənaye miqyasında kommersiyalaşdırılmasının mümkün olmaması ehtimalı;
13.2.53-9. frilanser – muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında, müstəqil şəkildə və ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye, yaxud texnologiyalar parkının rezidenti olan fiziki şəxs;”;
“14.8-1. Tərəflərin bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər hesab edildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş gələcək iştirak payı (səhm) haqqında müqavilələr üzrə, habelə tərəflərin razılaşmasında faizlərin ödənilməsi nəzərdə tutulmayan konvertasiya edilən borclar üzrə bu Məcəllənin 14.3-cü və 14-1-ci maddəsinin müddəaları tətbiq edilmir və əlavə faizlər hesablanmır.”;
“19.3-2. Rəqəmsal səyyahın xarici qeyri-rezident müəssisə ilə (və ya sahibkarla) bağladığı əmək və ya mülki-hüquqi müqavilələr əsasında Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi fəaliyyəti həmin qeyri-rezidentin Azərbaycan Respublikasında daimi nümayəndəliyi hesab olunmur.”;
“33.6-1. Frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata (uçota) alındıqdan, sənaye yaxud texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə edilməsi) göstərə, eləcə də bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştlərindən və azadolmalardan istifadə edə bilərlər.”;
“38.2-1. Bu Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş uzadılma, bu Məcəllənin 38.7-ci maddəsində nəzərdə tutulmuş dayandırılma (təxirə salınma) və 49.1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vergi yoxlamasının təyin edilməsi halları da daxil olmaqla, bir vergi ödəyicisində aparılan səyyar vergi yoxlamasının ümumi xronoloji davametmə müddəti heç bir halda 90 (doxsan) iş günündən artıq ola bilməz. Bu müddət başa çatdıqda səyyar vergi yoxlaması dayandırılır və bu müddətdən sonra vergi ödəyicisinə həmin yoxlama çərçivəsində hər hansı əlavə vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasına yol verilmir.”;
“65.2.3-4. Bu Məcəllənin 16.1.11-2-ci və 65.2-ci maddələrində nəzərdə tutulan hallardan asılı olmayaraq, “Startap” şəhadətnaməsi almış vergi ödəyicilərinin, sənaye və texnologiya parklarının rezidentlərinə şəhadətnamənin verildiyi ilk 3 (üç) il müddətində vergi yoxlamaları nəticəsində hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə ümumi borc məbləği 50000 (əlli min) manatdan çox olmadıqda, həmin borc məbləği üzrə yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verildiyi tarixdən şikayət üzrə qəbul edilən qərarın qanuni qüvvəyə mindiyi tarixədək kredit, elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasına dair sərəncam göndərilmir. Bu maddənin müddəaları bu Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi hesab edilən şəxslərə şamil edilmir.”;
1.2. 96.5-ci maddənin birinci cümləsinə birinci halda “səhmlər” sözündən sonra “(hüquqi şəxsin nizamnamə kapitalının artırılması zamanı yeni iştirak paylarının nominal dəyərindən yuxarı qiymətə təqdim edilməsindən, habelə yeni emissiya edilən səhmlərin nominal dəyərindən yuxarı qiymətə ilkin yerləşdirilməsindən əldə edilən fərq istisna olmaqla)” sözləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda 98.6-cı və 101.1-5-ci maddələr əlavə edilsin:
“98.6. Bu Məcəllənin 14-cü və 98-ci maddələrinin müddəalarından asılı olmayaraq, işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilələr çərçivəsində işəgötürən tərəfindən işçiyə əvəzsiz və ya güzəştli şərtlərlə verilən paya (səhmə) olan hüquqlar, o cümlədən iştirak payları (səhmlər), habelə həmin paya (səhmə) olan hüquqların icra edilməsi (iştirak payına və ya səhmə çevrilməsi) zamanı yaranan fayda muzdlu işlə əlaqədar alınan gəlir hesab edilmir.”;
“101.1-5. Rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrinin meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;
1.4. 101.7-ci maddə üzrə:
1.4.1. birinci abzasda “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən mütəxəssislərin” sözləri “vergi ödəyicilərinin fəaliyyətinin həyata keçirilməsi məqsədilə cəlb edilən fiziki şəxslərin” sözləri ilə əvəz edilsin;
1.4.2. 101.7.2-ci maddədə “yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi” sözləri “iyulun 1-dən 20 il müddətində 0 faiz” sözləri ilə əvəz edilsin;
1.5. aşağıdakı məzmunda 101.8-ci maddə əlavə edilsin:
“101.8. Bu maddənin digər müddəalarından asılı olmayaraq, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən yüksəkixtisaslı miqrantların, habelə ardıcıl olaraq son 24 ay və daha çox müddət ərzində Azərbaycan Respublikasında vergi öhdəliyi olmamış və ya Azərbaycan Respublikasının qeyri-rezidenti olmuş şəxslərin, həmçinin həmin sahələr üzrə fəaliyyət göstərmək məqsədilə ölkəyə qayıdan Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrin bilavasitə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində çalışan mütəxəssislərinin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2026-cı il iyulun 1-dən 20 il müddətinə 0 faiz dərəcəsi ilə tutulur.”;
1.6. 102.1.21-ci maddə üzrə:
1.6.1. birinci cümlədə “parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq” sözləri “parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.6.2. ikinci cümlədə “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini” sözləri “fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən sahələrdə” sözləri ilə əvəz edilsin;
1.7. 102.1.21-1-ci maddədən “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi” sözləri çıxarılsın və həmin maddədə “şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq” sözləri “şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.8. aşağıdakı məzmunda 102.1.21-2-ci və 102.1.21-3-cü maddələr əlavə edilsin:
“102.1.21-2. rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi sahəsində fəaliyyət (o cümlədən xidmətlər) göstərən, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən fiziki şəxslərin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi gəlir – 2026-cı il iyulun 1-dən 20 il müddətinə;
Qeyd edilən fəaliyyət növləri üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və qeydiyyatda olan qeyri-rezident şəxslərə ixracı (təqdim edilməsi) halında azadolma həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərin (vəsaitlərin) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldüyü təqdirdə tətbiq edilir.
Avadanlıqların, aparat-texniki vasitələrin təkrar ixracı zamanı həmin avadanlıqlara (aparat-texniki vasitələrə) vergi ödəyicisinin bilavasitə özü tərəfindən yaradılmış qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldığı hallarda bu azadolma tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız üçüncü şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirinə bu azadolma şamil edilmir.
102.1.21-3. rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi sahəsində fəaliyyət (o cümlədən xidmətlər) göstərən, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslər (texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən ödənilən dividend – 2026-cı il iyulun 1-dən 20 il müddətinə;”;
1.9. 102.1.27-ci maddəyə “faizi” sözündən sonra “(bu iştirak payı və ya səhm “Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış hüquqi şəxsə aid olduqda 100 faizi)” sözləri əlavə edilsin;
1.10. aşağıdakı məzmunda 102.1.27-1-ci maddə əlavə edilsin:
“102.1.27-1. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən vençur kapitalı fondlarına, habelə “Startap” şəhadətnaməsi və ya sənaye, yaxud texnoparkın qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərə, gələcək iştirak payı (səhm) haqqında müqavilələr və konvertasiya edilən borclar əsasında, o cümlədən həmin hüquqi şəxslərin nizamnamə kapitalına bilavasitə yeni yaradılmış (emissiya edilmiş) iştirak paylarının (səhmlərin) əldə edilməsi vasitəsilə nağdsız qaydada yatırılan investisiya məbləğinin 100 faizi həcmində hissəsi investisiyanın yatırıldığı hesabat ili üzrə fiziki şəxsin vergitutulan ümumi gəlirindən çıxılır. Güzəşt aşağıdakı şərtlər nəzərə alınmaqla tətbiq edilir:
102.1.27-1.1. bu maddəyə əsasən fiziki şəxsin gəlirindən çıxılan məbləğ onun müvafiq hesabat ili üzrə vergitutulan ümumi gəlirinin 50 faizindən çox olmamalıdır;
102.1.27-1.2. investisiya yatıran fiziki şəxs investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;
102.1.27-1.3. investisiya yatıran fiziki şəxs bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə tətbiq edilmir);
102.1.27-1.4. əldə edilmiş iştirak payı (səhm) və ya investisiya müqaviləsi üzrə hüquqlar investisiyanın yatırıldığı tarixdən etibarən azı 3 (üç) il müddətində fasiləsiz olaraq fiziki şəxsin mülkiyyətində saxlanılmalıdır.
Bu Məcəllənin 102.1.27-1.4-cü maddəsində göstərilən 3 (üç) illik müddət başa çatmamış iştirak payı (səhm) və ya müqavilə hüququ üçüncü şəxslərə verildikdə (özgəninkiləşdirildikdə), habelə yatırılan investisiya məbləği (o cümlədən borc əsasında) hüquqi şəxsdən geri çağırıldıqda, bu Məcəllənin 102.1.27-1-ci maddəsinə əsasən gəlirdən çıxılmış məbləğ əməliyyatın baş verdiyi hesabat ilində vergi ödəyicisinin vergitutulan gəlirinə bərpa edilir. İnvestisiya cəlb edən şəxsin müflis elan edilməsi və ya ləğv olunması halları iştirak payının özgəninkiləşdirilməsi sayılmır və bu halda əvvəllər gəlirdən çıxılmış məbləğ vergiyə cəlb olunmur. Lakin, vergitutma bazasının ikili azaldılmasına yol verməmək məqsədilə, gəlirdən çıxılmış həmin investisiya məbləği təkrarən bu Məcəllənin 108-ci, 111-ci və 120-ci maddələrinin məqsədləri üçün zərər (ümidsiz borc, xərc) kimi tanına bilməz. İnvestisiya cəlb edən hüquqi şəxs tərəfindən cəlb edilmiş investisiya vəsaitləri bu Məcəllənin 3 (üç) illik müddət ərzində qeyri-istehsal (qeyri-əməliyyat) məqsədləri üçün investisiya yatıran hüquqi şəxsə və ya üçüncü şəxslərə borc kimi verildikdə, bu Məcəllənin 13.2.81-ci maddəsində göstərilən əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdırıldıqda və ya dividend şəklində bölüşdürülməsi aşkar edildikdə investisiya yatıran hüquqi şəxsin (investorun) mənfəətindən çıxılmış məbləğlər əməliyyatın baş verdiyi hesabat ilində tam bərpa edilərək vergitutulan mənfəətə daxil edilir. İnvestisiya cəlb edən hüquqi şəxsin nizamnamə kapitalının 50 faizindən çoxunun müstəqil üçüncü şəxslərə satılması və ya keçməsi, habelə səhmdar cəmiyyətinin səhmlərinin fond birjasında ilkin kütləvi təklifi halları baş verdikdə bu abzasda göstərilən 3 (üç) illik fasiləsiz saxlama məhdudiyyəti tətbiq edilmir və əvvəllər gəlirdən çıxılmış məbləğ bərpa edilmir.”;
1.11. 102.1.31-ci maddədə “3” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin;
1.12. aşağıdakı məzmunda 102.1.43-1 – 102.1.43-8-ci maddələr əlavə edilsin:
“102.1.43-1. “Startap” şəhadətnaməsi və ya sənaye, yaxud texnoparkın qeydiyyat şəhadətnaməsini almış şəxslərə, habelə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə kraudfandinq platforması vasitəsilə investisiya edən şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri;
102.1.43-2. bu Məcəllənin 102.1.43-1-ci maddəsində göstərilən iştirak payları (səhmlər) üzrə fiziki şəxslərə ödənilən dividendlər;
102.1.43-3. rəqəmsal səyyahın və bu Məcəllənin 101.1-5-ci maddəsində göstərilən meyarlarla müəyyən edilən rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərmək məqsədilə ölkəyə gələn yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə çərçivəsində əldə etdikləri, habelə Azərbaycan Respublikası mənbəyindən olmayan gəlirləri (gəliri ödəyən qeyri-rezident şəxsin bu Məcəllənin 18-ci maddəsinə əsasən həmin şəxslə qarşılıqlı surətdə asılı olan şəxs olmaması, gəliri ödəyən qeyri-rezident şəxsin benefisiar mülkiyyətçiləri arasında Azərbaycan Respublikasının rezidentlərinin üstünlük təşkil etməməsi və bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatda olan şəxs olmaması şərtilə) – rəqəmsal səyyah statusunun qüvvədə olduğu müddət və ya mütəxəssisin rezident olduğu tarixdən etibarən 20 (iyirmi) il müddətinə;
102.1.43-4. vergi ödəyicilərinin bilavasitə özlərinin həyata keçirdikləri elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri nəticəsində Azərbaycan Respublikasının ərazisində yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəlliflik hüququnun obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau üzərində istifadə hüququnun digər şəxslərə verilməsindən (royaltidən), texnologiya transferindən və ya həmin hüquqların özgəninkiləşdirilməsindən (satışından) əldə edilən gəlirlərin 95 faizi;
102.1.43-5. bu Məcəllənin 102.1.27-1-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, fiziki şəxslər tərəfindən “Startap” şəhadətnaməsi və ya sənaye, yaxud texnoparkın qeydiyyat şəhadətnaməsini almış şəxslərə, habelə gələcək iştirak payı (səhm) haqqında müqavilələr və ya konvertasiya edilən borclar əsasında investisiya cəlb edən mikro, kiçik və orta sahibkarlıq subyekti olan şəxslərə nağdsız qaydada yatırılan investisiya məbləğinin 100 faizi həcmində vəsait – investisiyanın yatırıldığı hesabat ili üzrə həmin fiziki şəxsin vergitutulan gəlirindən çıxılır. Bu azadolma əldə edilmiş iştirak payı (səhm) azı 3 (üç) il müddətində mülkiyyətdə saxlanıldıqda tətbiq edilir. Qeyd edilən 3 (üç) illik müddət başa çatmamış iştirak payı (səhm) üçüncü şəxslərə təqdim edildikdə (özgəninkiləşdirildikdə), habelə yatırılan investisiya məbləği (o cümlədən borc əsasında) geri çağırıldıqda, gəlirdən çıxılmış məbləğ əməliyyatın baş verdiyi hesabat ilində vergi ödəyicisinin vergitutulan gəlirinə bərpa edilir. İnvestisiya cəlb edən şəxs ləğv edildikdə və ya müflis olduqda, iştirak payının özgəninkiləşdirilməsi sayılmır və əvvəllər gəlirdən çıxılmış məbləğ bərpa edilmir. Lakin vergitutma bazasının ikili azaldılmasına yol verməmək məqsədilə, gəlirdən çıxılmış həmin investisiya hissəsi təkrarən bu Məcəllənin 108-ci və 120-ci maddələrinin məqsədləri üçün zərər (xərc) kimi tanınmır və gəlirdən çıxılan xərclərə aid edilmir;
102.1.43-6. vençur kapitalı fondları tərəfindən həmin fondların iştirakçılarına (investorlarına, payçılarına) ödənilən dividendlər;
102.1.43-7. işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə çərçivəsində əldə edilən aktivin (payın, səhmin, paya (səhmə) olan hüquqların) üçüncü şəxslərə təqdim edilməsindən yaranan gəlir;
102.1.43-8. rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müqaviləsi (qərarı) əsasında alınan vəsaitlər və subsidiyalar vergitutulan gəlirə aid edilmir. Bu maddənin müddəaları bu Məcəllənin 165.1.2-ci maddəsi ilə müəyyən edilmiş əlavə dəyər vergisi üzrə azadolmalarla birlikdə tətbiq edilir.”;
1.13. 104.6-cı maddənin birinci cümləsinə birinci halda “səhmlər” sözündən sonra “(hüquqi şəxsin nizamnamə kapitalının artırılması zamanı yeni iştirak paylarının nominal dəyərindən yuxarı qiymətə təqdim edilməsindən, habelə yeni emissiya edilən səhmlərin nominal dəyərindən yuxarı qiymətə ilkin yerləşdirilməsindən əldə edilən fərq istisna olmaqla)” sözləri əlavə edilsin;
1.14. aşağıdakı məzmunda 104.10-cu və 104.11-ci maddələr əlavə edilsin:
“104.10. təsisçilər, habelə üçüncü şəxslər (investorlar) tərəfindən müəssisəyə gələcək iştirak payı (səhm) haqqında müqavilələr və ya konvertasiya edilən borclar əsasında gələcəkdə iştirak payının (səhmin) verilməsi müqabilində cəlb edilmiş nağdsız pul vəsaitləri (onların nizamnamə kapitalına daxil edilib-edilməməsindən asılı olmayaraq) vergitutma məqsədləri üçün müəssisənin vergiyə cəlb edilən gəlirinə aid edilmir. Gələcək iştirak payı (səhm) haqqında müqavilələr və ya konvertasiya edilən borclar üzrə cəlb edilmiş vəsaitlər müqavilə bağlandığı tarixdən etibarən 3 (üç) il ərzində nizamnamə kapitalına konvertasiya edilmədikdə (paya və ya səhmə çevrilmədikdə) və ya geri qaytarılmadıqda, həmin vəsaitlər üçüncü ilin sonuncu hesabat dövründə müəssisənin vergitutulan gəlirinə aid edilir.
104.11. Hüquqi şəxslərin dövlət qeydiyyatı və ya nizamnamə kapitalının artırılması nəticəsində yeni iştirak paylarının (səhmlərin) yaradılması (emissiyası) zamanı, həmin payların (səhmlərin) nominal dəyərindən yuxarı qiymətə təqdim edilməsindən (yerləşdirilməsindən) əldə edilən və bölüşdürülməyərək müəssisənin ehtiyat kapitalına və ya əlavə kapitalına (emissiya gəlirinə) yönəldilən fərq məbləğləri vergitutma məqsədləri üçün müəssisənin vergiyə cəlb edilən gəlirinə aid edilmir.”;
1.15. 106.1.13-cü maddə üzrə:
1.15.1. birinci cümlədə “parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq” sözləri “parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.15.2. ikinci cümlədən “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi” sözləri çıxarılsın;
1.16. 106.1.13-1-ci maddədən “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi” sözləri çıxarılsın və həmin maddədə “şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq” sözləri “şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.17. aşağıdakı məzmunda 106.1.13-3 – 106.1.13-5-ci maddələr əlavə edilsin:
“106.1.13-3. rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi sahəsində fəaliyyət (o cümlədən xidmətlər) göstərən, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslərin (investisiya təşviqi sənədini alan və ya sənaye, yaxud texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi mənfəət – 2026-cı il iyulun 1-dən 20 il müddətinə;
Qeyd edilən fəaliyyət növləri üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və qeydiyyatda olan qeyri-rezident şəxslərə ixracı (təqdim edilməsi) halında azadolma həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərin (vəsaitlərin) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldüyü təqdirdə tətbiq edilir.
Avadanlıqların, aparat-texniki vasitələrin təkrar ixracı zamanı həmin avadanlıqlara, aparat-texniki vasitələrə vergi ödəyicisinin bilavasitə özü tərəfindən yaradılmış qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldığı halda bu azadolma tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız üçüncü şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirə bu azadolma şamil edilmir.
106.1.13-4. rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi sahəsində fəaliyyət (o cümlədən xidmətlər) göstərən, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslər (texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən ödənilən dividend – 2026-cı il iyulun 1-dən 20 il müddətinə;
106.1.13-5. vergi ödəyicilərinin bilavasitə özlərinin həyata keçirdikləri elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri nəticəsində Azərbaycan Respublikasının ərazisində yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəlliflik hüququnun obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau üzərində istifadə hüququnun digər şəxslərə verilməsindən (royaltidən), texnologiya transferindən və ya həmin hüquqların özgəninkiləşdirilməsindən (satışından) əldə edilən mənfəətin 95 faizi;”;
1.17. 106.1.19-cu maddəyə “faizi” sözündən sonra “(bu iştirak payı və ya səhm “Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış hüquqi şəxsə aid olduqda 100 faizi)” sözləri əlavə edilsin;
1.18. aşağıdakı məzmunda 106.1.19-1-ci maddə əlavə edilsin:
“106.1.19-1. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən vençur kapitalı fondlarına, gələcək iştirak payı (səhm) haqqında müqavilələr və konvertasiya edilən borclar əsasında, habelə “Startap” şəhadətnaməsi və ya sənaye, yaxud texnoparkın qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərin nizamnamə kapitalına bilavasitə yeni emissiya edilmiş iştirak paylarının (səhmlərin) əldə edilməsi ilə nağdsız qaydada yatırılan investisiya məbləğinin 100 faizi həcmində hissəsi investisiyanın yatırıldığı hesabat ili üzrə vergitutulan mənfəətindən çıxılır. Güzəşt aşağıdakı şərtlər nəzərə alınmaqla tətbiq edilir:
106.1.19-1.1. bu maddəyə əsasən vergitutulan mənfəətdən çıxılan məbləğ investisiya yatıran hüquqi şəxsin müvafiq hesabat ili üzrə vergitutulan mənfəətinin 50 faizindən çox olmamalıdır;
106.1.19-1.2. investisiya yatıran hüquqi şəxs (onun təsisçiləri, payçıları və icra orqanının rəhbərləri) investisiya cəlb edən hüquqi şəxslə (onun təsisçiləri, payçıları və icra orqanının rəhbərləri ilə) investisiyanın yatırıldığı tarixədək bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;
106.1.19-1.3. investisiya yatıran hüquqi şəxs bu investisiya nəticəsində (o cümlədən gələcəkdə paya çevrilən investisiya alətləri nəzərə alınmaqla) investisiya cəlb edən hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət aparıcı investor qismində çıxış edən vençur kapitalı fondlarına şamil edilmir);
106.1.19-1.4. əldə edilmiş iştirak payı (səhm) və ya investisiya müqaviləsi üzrə hüquqlar investisiyanın yatırıldığı tarixdən etibarən azı 3 (üç) il müddətində fasiləsiz olaraq investisiya yatıran hüquqi şəxsin mülkiyyətində saxlanılmalıdır.
Bu Məcəllənin 106.1.19-1.4-cü maddəsində göstərilən 3 (üç) illik müddət başa çatmamış iştirak payı (səhm) və ya müqavilə hüququ üçüncü şəxslərə təqdim edildikdə (özgəninkiləşdirildikdə), habelə yatırılan investisiya məbləği (o cümlədən borc əsasında) investisiya cəlb edən hüquqi şəxsdən geri çağırıldıqda, bu Məcəllənin 106.1.19-1-ci maddəsinə əsasən mənfəətdən çıxılmış məbləğ əməliyyatın baş verdiyi hesabat ilində vergi ödəyicisinin (investorun) vergitutulan mənfəətinə bərpa edilir. İnvestisiya cəlb edən şəxsin müflis elan edilməsi və ya ləğv olunması halları iştirak payının özgəninkiləşdirilməsi sayılmır və bu halda əvvəllər mənfəətdən çıxılmış məbləğ vergiyə cəlb olunmur. Lakin, vergitutma bazasının ikili azaldılmasına yol verməmək məqsədilə, gəlirdən çıxılmış həmin investisiya məbləği təkrarən bu Məcəllənin 108-ci, 111-ci və 120-ci maddələrinin məqsədləri üçün zərər (ümidsiz borc, xərc) kimi tanına bilməz. İnvestisiya cəlb edən hüquqi şəxs tərəfindən cəlb edilmiş investisiya vəsaitləri 3 (üç) illik müddət ərzində qeyri-istehsal (qeyri-əməliyyat) məqsədləri üçün investisiya yatıran hüquqi şəxsə və ya üçüncü şəxslərə borc kimi verildikdə, bu Məcəllənin 13.2.81-ci maddəsində göstərilən əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdırıldıqda və ya dividend şəklində bölüşdürülməsi aşkar edildikdə investisiya yatıran hüquqi şəxsin (investorun) mənfəətindən çıxılmış məbləğlər əməliyyatın baş verdiyi hesabat ilində tam bərpa edilərək vergitutulan mənfəətə daxil edilir. İnvestisiya cəlb edən hüquqi şəxsin nizamnamə kapitalının 50 faizindən çoxunun müstəqil üçüncü şəxslərə satılması və ya keçməsi, habelə səhmdar cəmiyyətinin səhmlərinin fond birjasında ilkin kütləvi təklifi halları baş verdikdə bu abzasda göstərilən 3 (üç) illik fasiləsiz saxlama məhdudiyyəti tətbiq edilmir və əvvəllər mənfəətdən çıxılmış məbləğ bərpa edilmir.”;
1.19. 106.1.23-cü maddədə “3” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin;
1.20. aşağıdakı məzmunda 106.1.35-1 – 106.1.35-8-ci maddələr əlavə edilsin:
“106.1.35-1. “Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış şəxslərə, habelə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə kraudfandinq platforması vasitəsilə investisiya edən şəxsin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan mənfəəti;
106.1.35-2. bu Məcəllənin 106.1.35-1-ci maddəsində göstərilən iştirak payları (səhmlər) üzrə hüquqi şəxslərə ödənilən dividendlər;
106.1.35-3. vençur kapitalı fondlarının rezident və ya qeyri-rezident hüquqi şəxslərin nizamnamə kapitalında sahib olduğu iştirak payına (səhminə) görə əldə etdikləri dividend gəlirlərinin 100 faizi;
106.1.35-4. bu Məcəllənin 106.1.35-3-cü maddəsində göstərilən vergi ödəyicilərinin həmin maddədə müəyyən edilmiş şərtlər daxilində sahib olduqları iştirak paylarının (səhmlərinin) özgəninkiləşdirilməsindən (satışından) əldə etdikləri mənfəətin (kapital artımının) 100 faizi;
106.1.35-5. vergi ödəyicisi olan hüquqi şəxslərin hesabat ilinin vergitutulan mənfəətinin 50 faizindən çox olmayan hissəsinin vençur kapitalı fondlarına, habelə “Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış şəxslərə, eləcə də gələcək iştirak payı (səhm) haqqında müqavilələr və konvertasiya edilən borclar əsasında investisiya cəlb edən mikro, kiçik və orta sahibkarlıq subyekti olan şəxslərə nağdsız qaydada investisiya kimi yatırılan hissəsi. İnvestisiya cəlb edən şəxs ləğv edildikdə və ya müflis olduqda, bu maddəyə əsasən vergi ödəyicisinin mənfəətindən çıxılmış investisiya hissəsi təkrarən bu Məcəllənin 108-ci və 120-ci maddələrinin məqsədləri üçün zərər (xərc) kimi tanınmır və gəlirdən çıxılan xərclərə aid edilə bilməz;
106.1.35-6. vençur kapitalı fondlarının investisiya fəaliyyətindən (iştirak paylarının və səhmlərin təqdim edilməsindən, dividend alınmasından) əldə etdikləri mənfəətin 100 faizi;
106.1.35-7. ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilən texnologiya transferi və elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinin nəticələrinin kommersiyalaşdırılması fəaliyyətindən əldə olunan mənfəətin 100 faizi;
106.1.35-8. vençur kapitalı fondları tərəfindən həmin fondların iştirakçılarına (investorlarına, payçılarına) ödənilən dividendlər;”;
1.21. 113-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 113. Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə
çəkilən xərclərin gəlirdən çıxılması
113.1. Gəlir götürmək məqsədilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır.
113.2. Bu Məcəllənin 113.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyiciləri tərəfindən innovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, habelə “Startap” şəhadətnaməsi almış şəxslərə, texnologiyalar parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2,5 əmsalı tətbiq edilməklə (faktiki xərcin 250 faizi miqdarında) həmin hesabat ili üzrə vergi ödəyicisinin vergitutulan gəlirindən (mənfəətindən) çıxılır. Sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər olduğu hallarda, həmin şəxslər arasında həyata keçirilən əməliyyatlara bu maddədə nəzərdə tutulan 2,5 əmsalı tətbiq edilmir.
113.3. Bu Məcəllənin 113.2-ci maddəsində nəzərdə tutulan elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclərə yalnız aşağıdakılar aid edilir:
113.3.1. bilavasitə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor fəaliyyətində iştirak edən işçilərin əməkhaqqı, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları;
113.3.2. elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor fəaliyyəti zamanı sınaq və eksperimentlər üçün istifadə edilən xammal, material və ləvazimatların dəyəri;
113.3.3. elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor layihəsi çərçivəsində uyğunluğu qiymətləndirən qurumlardan alınan sınaq, sertifikatlaşdırma və ekspertiza xidmətlərinin dəyəri;
113.3.4. bu Məcəllənin 114.3.7-1-ci maddəsinə əsasən müstəsna olaraq elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində istifadə edilən maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə hesablanan amortizasiya ayırmaları.
113.4. Texnoloji və ya sənaye uğursuzluğu riski reallaşdıqda, bilavasitə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilmiş və rəsmiləşdirilmiş xərclər vergitutma məqsədləri üçün əsaslandırılmış xərc hesab olunur və bu Məcəllənin tələblərinə uyğun olaraq gəlirdən çıxılan xərclərə aid edilir. Bu halda bu Məcəllənin 113.2-ci maddəsində nəzərdə tutulan 2,5 əmsalı tətbiq edilmir.”;
1.22. aşağıdakı məzmunda 114.3.7-1-ci maddə əlavə edilsin:
“114.3.7-1. bu Məcəllənin 113.2-ci maddəsində nəzərdə tutulan fəaliyyət çərçivəsində müstəsna olaraq elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində istifadə edilən və ayrıca uçotu aparılan maşınlar, avadanlıqlar və hesablama texnikası – 50 faizədək;”;
1.23. aşağıdakı məzmunda 118-1-ci maddə əlavə edilsin:
“Maddə 118-1. İşçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni
ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən
xərclərin gəlirdən çıxılması
Hər il üçün gəlirdən çıxılmalı olan işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən xərclərin məbləği əvvəlki ilin əməyin ödənişi fondunun (yeni yaradılmış işəgötürənlər üzrə isə cari ilin ötən dövrünün əməyin ödənişi fondunun) 3 faizi həddi ilə məhdudlaşdırılır. İşçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən xərclərin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən bu təyinat üzrə xərclərin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına yönəldilən xərclərinin gəlirdən çıxılan məbləğ həddi bu təyinat üzrə xərclərin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.”;
1.24. aşağıdakı məzmunda 125.1.4-1-ci maddə əlavə edilsin:
“125.1.4-1. bu Məcəllənin 125.1.5-ci və 125.1.7-ci maddələrinin müddəalarından asılı olmayaraq və bu Məcəllənin 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, “Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama xidməti, infrastrukturun xidmət kimi (IaaS), platformanın xidmət kimi (PaaS), proqram təminatının xidmət kimi (SaaS) təqdim edilməsi və tətbiqi proqramlaşdırma interfeysi xidmətlərinə görə edilən ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur. Bu azadolma alınan xidmətlərin vergi ödəyicisi tərəfindən üçüncü şəxslərə təkrar satışından əldə etdiyi gəlirə şamil edilmir;”;
1.25. 144.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 144.1.7-ci maddə əlavə edilsin:
“144.1.7. vergi ödəyicisinin öz kreditoru qarşısında olan faizlər daxil olmaqla, pul tələblərinin (o cümlədən gələcək iştirak payı (səhm) haqqında müqavilələr və konvertasiya edilən borclar üzrə yaranan öhdəliklərin) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həmin vergi ödəyicisinin nizamnamə kapitalında (fondunda) iştirak payı (səhmi) ilə əvəzləşdirilməsi.”;
1.26. 164-cü maddə üzrə:
1.26.1. 164.1.5-ci maddəyə “əsas vəsaitlər” sözlərindən sonra “və qeyri-maddi aktivlər” sözləri əlavə edilsin;
1.26.2. 164.1.16-cı maddəyə “qurğuların” sözündən sonra “, habelə dəstləşdirici hissələrin, materialların və xammalın” sözləri əlavə edilsin;
1.26.3. aşağıdakı məzmunda 164.1.16-1-ci və 164.1.16-2-ci maddələr əlavə edilsin:
“164.1.16-1. rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi sahəsində fəaliyyət (o cümlədən xidmətlər) göstərən, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi və fiziki şəxslər (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, həmçinin dəstləşdirici hissələrin, materialların və xammalın idxalı - 2026-cı il iyulun 1-dən 20 il müddətinə;
164.1.16-2. “Startap” şəhadətnaməsi və ya sənaye, yaxud texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə qeyri-rezident şəxslərdən alınan bulud hesablama xidməti, infrastrukturun xidmət kimi (IaaS), platformanın xidmət kimi (PaaS), proqram təminatının xidmət kimi (SaaS) təqdim edilməsi və tətbiqi proqramlaşdırma interfeysi (API) xidmətləri üzrə əməliyyatlar (bu xidmətlər üzrə bu Məcəllənin 169-cu maddəsinə əsasən verginin hesablanması və ödənilməsi vəzifəsi yaranmır). Bu azadolma alınan bulud hesablama xidmətlərinin vergi ödəyicisi tərəfindən üçüncü şəxslərə təkrar satışından əldə etdiyi gəlirə şamil edilmir;”;
1.27. 165.1.10-ci maddəyə hər iki halda “əsas vəsaitin” sözlərindən sonra “və qeyri-maddi aktivlərin” sözləri əlavə edilsin;
1.28. 168.1.5-ci maddənin doqquzuncu abzası aşağıdakı redaksiyada verilsin:
“kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi, o cümlədən bu şəbəkələrin, sistemlərin və proqram təminatının elektron şəbəkələr vasitəsilə məsafədən idarə edilməsi, onlara məsafədən texniki dəstək, rəqəmsal müşayiət və fasiləsizliyinin proqram səviyyəsində təmin edilməsi xidmətləri (aparat-texniki vasitələrə, avadanlıqlara və şəbəkələrə bilavasitə yerində fiziki müdaxilə tələb edən quraşdırma, istismar, texniki xidmət və təmir işləri istisna olmaqla);”;
1.29. 199.7-ci maddə üzrə:
1.29.1. birinci cümlədə “parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq” sözləri “parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.29.2. ikinci cümlədən “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi” sözləri çıxarılsın;
1.30. aşağıdakı məzmunda 199.7-2-ci maddə əlavə edilsin:
“199.7-2. Rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi sahəsində fəaliyyət (o cümlədən xidmətlər) göstərən, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi və fiziki şəxslər (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyət prosesində istifadə etdiyi əmlakına görə 2026-cı il iyulun 1-dən 20 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.”;
1.31. 207.3-cü maddə üzrə:
1.31.1. birinci cümlədə “parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq” sözləri “parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən” sözləri ilə əvəz edilsin;
1.31.2. ikinci cümlədən “sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi” sözləri çıxarılsın;
1.32. aşağıdakı məzmunda 207.3-2-ci maddə əlavə edilsin:
“207.3-2. Rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələr və kibertəhlükəsizlik sahəsi üzrə xidmətlərin göstərilməsi fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyət prosesində istifadə etdiyi torpaqlara görə 2026-cı il iyulun 1-dən 20 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.”;
Maddə 2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187, № 12 (II kitab), maddələr 1350, 1351; 2025, № 1, maddələr 2, 15, 16, № 6, maddə 524) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 3.0.10-2-ci maddə əlavə edilsin:
“3.0.10-2. rəqəmsal səyyah – rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;”;
2.2. 26.1-ci maddədə “habelə yüksəkixtisaslı miqrantlara” sözləri “yüksəkixtisaslı miqrantlara, habelə rəqəmsal səyyahlara” sözləri ilə əvəz edilsin;
2.3. 36-cı maddə üzrə:
2.3.1. 36.1.6-cı və 36.1.6-2-ci maddələrdə “və şəxsi səfər” sözləri “, şəxsi səfər, habelə yüksəkixtisaslı miqrantlara və rəqəmsal səyyahlara verilən işgüzar səfər” sözləri ilə əvəz edilsin;
2.3.2. 36.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 36.1.8-ci maddə əlavə edilsin:
“36.1.8. işgüzar səfər vizasının alınması ilə əlaqədar müraciət edən rəqəmsal səyyah üçün bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surəti.”;
2.4. 45-ci maddə üzrə:
2.4.1. 45.1.4-cü maddəyə “idman” sözündən sonra “, informasiya və kommunikasiya texnologiyaları” sözləri əlavə edilsin;
2.4.2. 45.1.4-1-ci maddədə “və ya yüksəkixtisaslı miqrant” sözləri “, yüksəkixtisaslı miqrant və ya rəqəmsal səyyah” sözləri ilə əvəz edilsin;
2.4.3. “Qeyd” hissəsinə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:
“4. Rəqəmsal səyyaha münasibətdə bu Məcəllənin 45.1.4-1-ci və 52.1.7-ci maddələrində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, rəqəmsal səyyah vergi orqanında qeydiyyata (uçota) alınmaqla sənaye, yaxud texnologiyalar parkının rezidenti olaraq bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyətləri həyata keçirir.”;
2.5. 46-cı maddə üzrə:
2.5.1. aşağıdakı məzmunda 46.1.4-2-ci maddə əlavə edilsin:
“46.1.4-2. rəqəmsal səyyahın bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surəti;”;
2.5.2. 46.1.7-ci maddəyə “idman” sözündən sonra “, informasiya və kommunikasiya texnologiyaları” sözləri əlavə edilsin;
2.6. 47.6-cı və 47.7-ci maddələrə “yüksəkixtisaslı miqrantlara,” sözlərindən sonra “rəqəmsal səyyahlara, bu Məcəllənin 64.0.19-cu maddəsində nəzərdə tutulan şəxslərə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə,” sözləri əlavə edilsin;
2.7. 49-cu maddə üzrə:
2.7.1. 49.1-ci maddədə “və 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara münasibətdə)” sözləri “, 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara və rəqəmsal səyyahlara münasibətdə) və 64.0.19-cu (texnologiyalar parkının rezidenti tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
2.7.2. 49.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“49.2. Bu Məcəllənin 45.1.2-ci, 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara və rəqəmsal səyyahlara münasibətdə) və 64.0.19-cu (texnologiyalar parkının rezidenti tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər istisna olmaqla) maddələrində göstərilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 (üç) ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 (üç) ildən çox olmayan müddətə uzadıla bilər.”;
2.8. aşağıdakı məzmunda 50.1.7-2-ci maddə əlavə edilsin:
“50.1.7-2. Bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyətləri həyata keçirmədikdə və ya xarici mənbələrdən son 6 (altı) ay müddətində orta aylıq sabit gəliri minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olduqda;”;
2.9. 51.5-ci maddəyə “miqrantın” sözündən sonra “, rəqəmsal səyyahın və bu Məcəllənin 64.0.19-cu (texnologiyalar parkının rezidenti tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər istisna olmaqla) maddəsində göstərilən şəxslərin” sözləri əlavə edilsin;
2.10. 52-ci maddə üzrə:
2.10.1. 52.1.6-cı maddəyə “idman” sözündən sonra “, informasiya və kommunikasiya texnologiyaları” sözləri əlavə edilsin;
2.10.2. 52.1.7-ci maddədə “və ya yüksəkixtisaslı miqrant” sözləri “, yüksəkixtisaslı miqrant və ya rəqəmsal səyyah” sözləri ilə əvəz edilsin;
2.11. 53-cü maddə üzrə:
2.11.1. 53.1.7-ci maddəyə “miqrantın” sözündən sonra “və ya rəqəmsal səyyahın” sözləri əlavə edilsin;
2.11.2. aşağıdakı məzmunda 53.1.7-1-ci maddə əlavə edilsin:
“53.1.7-1. rəqəmsal səyyahın bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyətləri həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində orta aylıq sabit gəliri minimum aylıq əməkhaqqının 26 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surəti;”;
2.12. 54-cü maddə üzrə:
2.12.1. 54.5-ci maddənin ikinci cümləsinə “miqrantlara,” sözündən sonra “rəqəmsal səyyahlara, habelə ” sözləri əlavə edilsin;
2.12.2. 54.7-ci maddənin birinci və ikinci cümlələrinə “miqrantlara,” sözündən sonra “və ya rəqəmsal səyyahlara, habelə” sözləri əlavə edilsin;
2.13. 55-ci maddə üzrə:
2.13.1. 55.0.6-cı maddəyə “miqrantın” sözündən sonra “və ya rəqəmsal səyyahın” sözləri əlavə edilsin;
2.13.2. aşağıdakı məzmunda 55.0.6-3-cü maddə əlavə edilsin:
“55.0.6-3. bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirmədikdə və ya xarici mənbələrdən son 6 (altı) ay müddətində orta aylıq sabit gəliri minimum aylıq əməkhaqqının 26 misli miqdarından az olduqda;”;
2.14. 66-cı maddənin “Qeyd” hissəsinə “miqrantın” sözündən sonra “və rəqəmsal səyyahın” sözləri əlavə edilsin.
Maddə 3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182, № 12 (II kitab), maddə 1348; 2025, № 2, maddə 96, № 4 (I kitab), maddələr 307, 322, № 8, maddə 743, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 15, 16) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 12-ci maddədə “(o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla);” sözləri “, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə), eləcə də kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları və innovasiyalar sahələrində yüksəkixtisaslı miqrantlar, habelə rəqəmsal səyyahlar (2026-cı il iyulun 1-dən 5 il müddətinə) istisna olmaqla),” sözləri ilə əvəz edilsin;
3.2. 14-cü maddə üzrə:
3.2.1. 14.3-cü maddədə “qanunun 14.4-cü maddəsinin” sözləri “Qanunun 14.3-1-ci və 14.4-cü maddələrinin” sözləri ilə əvəz edilsin;
3.2.2. aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilsin:
“14.3-1. Rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində sahibkarlıq fəaliyyətini həyata keçirən sığortaedənlərdə (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
|
Sığorta haqqına cəlb edilən aylıq gəlir
|
sosial sığorta haqqı dərəcəsi
|
|
cəmi
|
sığortaolunanın gəlirlərindən tutulan
|
sığortaedənin vəsaiti hesabına ödənilən
|
|
200 manatadək
|
14 faiz
|
2 faiz
|
12 faiz
|
|
200 manatdan 8000 manatadək
|
12 faiz
|
6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 5 faizi
|
44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 7 faizi
|
|
8000 manatdan çox olduqda
|
10 faiz
|
786 manat + 8000 manatdan çox olan hissənin 5 faizi
|
1214 manat + 8000 manatdan çox olan hissənin 5 faizi
|
3.2.3. 14.4-cü maddəyə “sığortaedənlərdə” sözündən sonra “(bu Qanunun 14.3-1-ci maddəsində qeyd edilən sığortaedənlər istisna olmaqla)” sözləri əlavə edilsin;
3.2.4. 14.8-ci maddənin birinci hissəsindən “(o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər)” sözləri çıxarılsın;
3.3. 14-1.1.1-ci və 14-1.1-1-ci maddələrdə “14.3-cü” sözlərindən sonra “, 14.3-1-ci” sözləri əlavə edilsin.
Maddə 4. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779 (Cild I); 2024, № 4, maddə 365, № 6 (I kitab), maddə 630, № 8, maddə 933, № 12 (II kitab), maddə 1349; 2025, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddə 11, № 2, maddə 111) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.5-ci maddəyə “(bundan sonra – Gömrük Məcəlləsi)” sözlərindən sonra “və digər normativ hüquqi aktlarda” sözləri əlavə edilsin;
4.2. 20.0.19-cu maddəyə “qurğuların” sözündən sonra “, habelə dəstləşdirici hissələrin, materialların və xammalın” sözləri əlavə edilsin;
4.3. aşağıdakı məzmunda 20.0.19-1-ci maddə əlavə edilsin:
“20.0.19-1. rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.7-ci maddəsinə uyğun olaraq aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəyi nəzərə alınmaqla verdiyi təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə dəstləşdirici hissələrin, materialların və xammalın idxalı - 2026-cı il iyulun 1-dən 20 il müddətinə;”.
Maddə 5. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933; 2025, № 1, maddə 16, № 3, maddə 215, № 4 (I kitab), maddə 314, № 5, maddə 433, № 6, maddə 524, № 7, maddə 626, № 8, maddə 733) 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsinə “operatoru,” sözündən sonra “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.19-1-ci maddəsində qeyd edilən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər,” sözləri əlavə edilsin.
Maddə 6. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1135 (Cild I); 2026, № 3, maddə 203) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1-ci maddə üzrə:
6.1.1. aşağıdakı məzmunda 1.1.8-1-ci və 1.1.8-2-ci maddələr əlavə edilsin:
“1.1.8-1. innovasiya məhsulu – texnoloji qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş, yeni yaradılmış və ya xassələrinə, tətbiq sahəsinə və (və ya) istifadə formasına görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən (əsaslı şəkildə təkmilləşdirilmiş), iqtisadi, sosial və ya ekoloji səmərə verən, istehlakçıya təqdim edilmiş (bazara çıxarılmış) və ya təcrübədə tətbiq olunmuş və ya qanunvericiliyə uyğun olaraq patent (ixtira, faydalı model və sənaye nümunəsi) kimi qeydiyyata alınmasını təsdiq edən sənədlə təsdiqlənmiş mal (iş, xidmət) və ya texnoloji həll;
1.1.8-2. pilot tətbiq prosesi – satınalma predmetini dəqiq xüsusiyyətlərinin (texniki göstəricilərinin) əvvəlcədən müəyyənləşdirilməsi mümkün olmayan innovasiya məhsulunun yaradılması təşkil etdiyi halda, həmin məhsulun ikimərhələli tender metodu çərçivəsində layihələndirilməsi və funksionallığının real iş şəraitində sınaqdan keçirilməsi;”;
6.1.2. 1.1.24-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.24. satınalma güzəşti – təkliflər qiymətləndirilərkən satınalma predmeti üzrə təklif olunan qiymətlərə bu Qanunun 33.13-cü və 33.13-1-ci maddələrinə uyğun olaraq tətbiq edilən güzəştli düzəliş;”;
6.1.3. 1.1.27-ci maddəyə “təklif” sözündən sonra “, eləcə də ehtimal olunan qiyməti 1 000 000 (bir milyon) manatadək olan digər satınalmalarda startaplar və ya sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim edilən innovasiya məhsulları üzrə təkliflər” sözləri əlavə edilsin;
6.2. 3-cü maddə üzrə:
6.2.1. aşağıdakı məzmunda 3.2.1-1-ci və 3.2.1-2-ci maddələr əlavə edilsin:
“3.2.1-1. dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda startaplar və ya sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim edilən və dəyəri 100 000 (yüz min) manatadək olan innovasiya məhsulu (ən azı 3 təchizatçıdan qiymət təklifinin alınması və tələblərə uyğun olan ən aşağı qiymət təklifinin seçilməsi şərtilə);
3.2.1-2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaitindən ölkə üzrə rəqəmsal inkişafın təmin edilməsi, o cümlədən yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (həmçinin startapların) təşviqi, habelə innovasiya təşəbbüskarlığının təbliği məqsədilə istifadəsi;”;
6.2.2. 3.9-cu maddədə “3.8-ci maddəsində” sözləri “3.2.1-1-ci və 3.8-ci maddələrində” sözləri ilə əvəz edilsin;
6.2.3. 3.12-ci maddəyə “3.2.1-ci,” sözlərindən sonra “3.2.1-1-ci,” sözləri əlavə edilsin;
6.3. aşağıdakı məzmunda 13-1-ci, 22-1-ci, 23.3-1-ci və 23.12-ci maddələr əlavə edilsin:
“Maddə 13-1. İnnovasiya məhsulunun müəyyən olunması
13-1.1. Malın (işin, xidmətin) və ya texnoloji həllin innovasiya məhsulu olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən təsdiqedici sənəd əsasında müəyyən olunur. Təchizatçı təsdiqedici sənədin alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) innovasiya məhsulunun ətraflı təsviri, təyinatı, texniki və keyfiyyət xüsusiyyətləri, habelə onun bu Qanunun 13-1.2-ci maddəsində qeyd edilən meyarlara və tələblərə cavab verdiyini əsaslandıran sənədlərlə (məlumatlarla) birlikdə müraciət edir.
13-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müraciətə 5 (beş) iş günü ərzində baxır. Müraciətdə göstərilən mal (iş, xidmət) və ya texnoloji həll bu Qanunun 1.1.8-1-ci maddəsində göstərilən meyarlara və aşağıda qeyd edilən tələblərdən birinə cavab verdikdə innovasiya məhsulu hesab edilir və təchizatçıya təsdiqedici sənəd təqdim edilir:
13-1.2.1. məhsulun qanunvericiliyə uyğun olaraq patentlə təsdiq edilmiş və ya proqram təminatı üçün əqli mülkiyyət hüququnun qeydiyyatının aparılmış olması;
13-1.2.2. məhsulun real iş şəraitində tənzimləyici test mühitindən uğurla keçməsi və ya ixtisaslaşmış elmi-tədqiqat müəssisələri tərəfindən təsdiqi və istehlakçıya təqdim edilməsi;
13-1.2.3. məhsulun yaradılması və ya inkişaf etdirilməsi məqsədilə investisiya fondları, o cümlədən vençur kapitalı fondları və ya beynəlxalq təşkilatlar tərəfindən qrant və ya investisiya vəsaitinin ayrılması;
13-1.2.4. məhsulun akselerasiya və ya inkubasiya proqramını uğurla keçməsi;
13-1.2.5. məhsulun innovasiya yönümlü beynəlxalq səviyyəli innovasiya müsabiqələrində qalib və ya mükafatçı olması.
13-1.3. Məhsul bu Qanunun 13-1.2-ci maddəsində qeyd edilən meyarlara və tələblərə cavab vermədikdə və ya müraciətə əlavə edilmiş sənədlərdə (məlumatlarda) saxta və ya yanlış məlumatlar təqdim edildikdə təsdiqedici sənədin verilməsindən imtina edilir.
13-1.4. Təsdiqedici sənədin verilməsi üçün əsas olmuş məlumatların və sənədlərin sonradan saxta və ya yanlış olması aşkar edildikdə, həmin sənəd ləğv edilir.
13-1.5. Bu Qanunun 13-1.1-ci maddəsində qeyd edilən təsdiqedici sənəd yalnız müraciətdə göstərilən fərdi texniki və keyfiyyət xüsusiyyətlərinə malik konkret satınalma predmetinə münasibətdə hüquqi qüvvəyə malikdir. Həmin sənəd təchizatçı tərəfindən fərqli xüsusiyyətlərə malik digər malların (işlərin, xidmətlərin) və ya texnoloji həllərin satın alınması zamanı güzəşt və üstünlüklər əldə etmək məqsədilə istifadə edilə bilməz.”;
“Maddə 22-1. Proqram təminatının, informasiya ehtiyatlarının və sistemlərinin satın alınmasına dair xüsusi tələblər
22-1.1. Bu Qanunun 22-1.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, informasiya sistemləri və ehtiyatları, habelə proqram təminatları satın alınarkən, satınalan təşkilat təchizatçıdan texnoloji asılılığın qarşısının alınmasını təmin edəcək şərtləri (bu Qanunun 25.1.8-1-ci maddəsində qeyd edilən) şərtlər toplusunda müəyyən etməlidir.
22-1.2. Dövlət hakimiyyəti səlahiyyətlərinin icrası, o cümlədən əsas dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması və təkmilləşdirilməsi, habelə rəqəmsal xidmətlərin göstərilməsi məqsədilə formalaşdırılan və ya təkmilləşdirilən proqram təminatının satın alınması zamanı həmin proqram təminatının mənbə kodu və ona dair müstəsna əqli mülkiyyət hüquqları, yaxud qeyri-məhdud, ödənişsiz, üçüncü şəxslərə (digər potensial təchizatçılara) ötürülə bilən və mənbə kodunda dəyişiklik edilməsinə icazə verən lisenziya satınalan təşkilata verilməlidir.
22-1.3. Bu Qanunun 22-1.2-ci maddəsinin tələbi satınalan təşkilatın daxili idarəetmə proseslərinin (kargüzarlığın aparılması, sənədlərin icrasına nəzarət, arxiv, kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) elektronlaşdırılması məqsədilə alınan və ya kütləvi istifadə üçün təklif olunan hazır informasiya məhsullarına (o cümlədən müəssisə resurslarının planlaşdırılması və abunəlik əsaslı xidmətlərə) şamil edilmir. Satınalan təşkilat üçün həmin məhsullara münasibətdə öz məlumat bazalarına sərbəst çıxış, açıq proqramlaşdırma interfeyslərindən istifadə və məlumatların maneəsiz daşınması imkanları təchizatçı tərəfindən təmin edilməlidir.”;
“23.3-1. Dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda innovasiya məhsulunun satın alınmasına münasibətdə bu Qanunla müəyyən edilmiş güzəşt və üstünlüklərdən istifadə etmək üçün təchizatçı uyğunluğun müəyyənləşdirilməsi mərhələsində “Startap” şəhadətnaməsini və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini satınalan təşkilata təqdim etməlidir.”;
“23.12. Dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda satınalma predmetini innovasiya məhsulunun satın alınması təşkil etdikdə, həmin satınalma üzrə təchizatçılara (startaplara və ya sənaye, yaxud texnologiyalar parklarının rezidentlərinə) bu Qanunun 23.4.1-ci maddəsində qeyd edilən xüsusi tələb şamil edilmir.”;
6.4. 25.3-cü maddədə “və təklifin təminatına münasibətdə isə 25.1.15-ci maddəsi kotirovka sorğusu metoduna” sözləri “kotirovka sorğusu metoduna, təklifin təminatına münasibətdə isə 25.1.15-ci maddəsi kotirovka sorğusu metoduna və ehtimal olunan qiyməti 1 000 000 (bir milyon) manatadək olan digər satınalmalarda startaplar və ya sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim edilən innovasiya məhsulları üzrə təkliflərə” sözləri ilə əvəz edilsin;
6.5. aşağıdakı məzmunda 25.1-1-ci, 25.1.8-1-ci və 33.13-1-ci maddələr əlavə edilsin:
“25.1-1. satınalma predmetini təşkil edən informasiya sistemləri və ehtiyatları, habelə proqram təminatları üzrə minimum təhlükəsizlik və risk nəzarəti üzrə tələblər;”;
“25.1.8-1. satınalma predmeti üzrə proqram təminatının mənbə kodunun və lisenziyaların təhvil verilməsi, məlumatların daşınması (köçürülməsi), əqli mülkiyyət hüquqlarının bölgüsü;”;
“33.13-1. Dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda satınalma komissiyası ehtimal olunan qiyməti 250 000 (iki yüz əlli min) manatadək olan satınalmalarda satınalma predmeti üzrə təklifləri qiymətləndirərkən startap və ya sənaye, yaxud texnologiyalar parklarının rezidenti tərəfindən təqdim edilən innovasiya məhsulları üzrə təklifin xeyrinə 20 faizə qədər həcmdə satınalma güzəşti tətbiq edir. Tətbiq edilmiş satınalma güzəşti yekun protokolda qeyd olunur. Qeyd edilən güzəşt bu Qanunun 33.13-cü maddəsində müəyyən edilmiş satınalma güzəşti ilə toplanıla bilməz.”;
6.6. 33.14-cü maddədə “Satınalma” sözü “Bu Qanunun 33.13-1-ci maddəsində qeyd edilən hal istisna olmaqla, satınalma” sözləri ilə əvəz edilsin.”;
6.7. aşağıdakı məzmunda 35.1.5-1-ci maddə əlavə edilsin:
“35.1.5-1. təchizatçı bu Qanunun 46.4-2-ci maddəsində qeyd edilən aralıq hədəf göstəricilərinə cavab vermədikdə;”;
6.8. 38.10-cu maddənin üçüncü və dördüncü cümlələri müvafiq olaraq dördüncü və beşinci cümlə hesab olunsun və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Pilot tətbiq prosesində iştirak edən təchizatçı tərəfindən bağlanmış subpodrat müqavilələrinin ümumi məbləği satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox ola bilməz.”;
6.9. aşağıdakı məzmunda 46.4-1 – 46.4-3-cü maddələr əlavə edilsin:
“46.4-1. Satınalma predmetini dəqiq xüsusiyyətlərini (texniki göstəricilərini) əvvəlcədən müəyyənləşdirilməsi mümkün olmayan innovasiya məhsulunun yaradılması təşkil etdiyi halda, satınalan təşkilat ikimərhələli tenderin birinci mərhələsi çərçivəsində pilot tətbiq prosesini həyata keçirə bilər. Pilot tətbiq prosesinin həyata keçirilməsi məqsədilə satınalan təşkilat ilkin təklifləri məqbul sayılan təchizatçılar ilə pilot tətbiq müqaviləsi bağlayır. Hər bir təchizatçı ilə bağlanan pilot tətbiq müqaviləsinin məbləği 1 000 000 (bir milyon) manatdan, icra müddəti isə 12 (on iki) aydan çox ola bilməz.
46.4-2. Nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən pilot tətbiq müqaviləsində layihələndirmə, prototipin yaradılması və sınaqdan keçirilməsi üzrə aralıq mərhələlər, kəmiyyət və keyfiyyətcə ölçülə bilən hədəf göstəriciləri (indikatorlar), hədəflərə nail olunmasına mütənasib mərhələli ödəniş şərtləri, məlumatların mühafizəsi, məxfilik, insident məsuliyyəti, təhlükəsizlik auditi və çıxış strategiyası üzrə şərtlər, habelə mərhələli xitam halları və əqli mülkiyyət hüquqlarının bölgüsü (müstəsna hüquqların təchizatçıda qalması və satınalan təşkilata yalnız öz ehtiyacları üçün qeyri-müstəsna pulsuz lisenziyanın verilməsi, habelə mənbə kodlarının açıq yerləşdirilməsi şərtilə) müəyyən edilməlidir.
46.4-3. Təqdim edilmiş innovasiya məhsulu pilot tətbiq müqaviləsində müəyyən edilmiş aralıq hədəf göstəricilərinə cavab verməyən təchizatçı satınalma komissiyasının qərarı ilə sınaq mərhələsindən kənarlaşdırılır və müqavilə birtərəfli qaydada ləğv edilir. Bu halda təchizatçıya qarşı əlavə cərimə sanksiyaları tətbiq olunmur, o etibarsız təchizatçı hesab edilmir və yalnız faktiki müvəffəqiyyətlə icra etdiyi mərhələyə görə ona ödəniş edilir.”.
Maddə 7. Bu Qanunun 1.4-cü maddəsi 2026-cı il iyulun 1-dən tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti
14 iyul 2026

Azərbaycan Respublikasının Prezident