“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
07 iyul 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572 (Cild I); 2025, № 1, maddə 16, № 11, maddə 1007, № 12 (I kitab), maddə 1118) aşağıdakı dəyişikliklər edilsin:
1. 14-cü maddə üzrə:
1.1. 14.2-ci maddəyə “tərəfindən” sözündən sonra “, bu Qanunun 14.2-2-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 14.2-2-ci maddə əlavə edilsin:
“14.2-2. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanılmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başlandığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilir.”;
1.3. 14.3-cü maddəyə “olunanların” sözündən sonra “sayında,” sözü əlavə edilsin;
1.4. 14.3-1-ci maddə 14.3-2-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilsin:
“14.3-1. Büdcə ili ərzində bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar üçün sığorta haqqı ödəyən yeni sığortalı yarandıqda müvafiq büdcə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə hesablanmış sığorta haqları, habelə bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə bu Qanunun 14.3-cü maddəsinə uyğun olaraq yenidən hesablanmış sığorta haqları hesablanmaya əsas olan halın yarandığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilir.”.
2. 16-cı maddə üzrə:
2.1. 16.2-ci maddədə “ilə bağlı” sözləri “dərəcəsi növbəti müayinə müddəti göstərilməklə müəyyən edildikdə” sözləri ilə əvəz edilsin;
2.2. 16.3.1-ci maddədə “əlilliyi” sözü “peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi” sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 17.4-1-ci maddə əlavə edilsin:
“17.4-1. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə birdəfəlik sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verdiyi tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla, bu Qanunun 16.4-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır.”.
4. 20-1-ci maddə üzrə:
4.1. 20-1.1.2-ci maddəyə birinci halda “edilən” sözündən sonra “və son 24 ayda bu Qanunun 2-1.1-ci maddəsi ilə müəyyən edilmiş sığortaçıya gecikdirilmiş gəlir faizi ödənişi olmayan” sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda 20-1.2.5-1-ci maddə əlavə edilsin:
“20-1.2.5-1. risklərin sığortalanmasına;”.
Azərbaycan Respublikasının Prezidenti

