“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
07 iyul 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413 (Cild I); 2024, № 5 (I kitab), maddə 486, № 12 (II kitab), maddə 1329; 2025, № 6, maddə 529; 2026, № 1, maddə 7) 94-cü maddəsinin dördüncü hissəsi ləğv edilsin.
Maddə 2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 7, maddə 748, № 8, maddə 934; 2025, № 2, maddə 96, № 6, maddə 539, № 7, maddə 606, № 12 (I kitab), maddə 1123; 2026, № 1, maddə 15, № 3, maddə 210) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.2-ci maddədən “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana),” sözləri çıxarılsın;
2.2. 8.1.3-cü maddədən “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı,” sözləri çıxarılsın.
Maddə 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491, № 6 (I kitab), maddə 644; 2025, № 1, maddə 16, № 2, maddələr 96, 105, № 4 (I kitab), maddə 322, № 6, maddə 528; 2026, № 1, maddə 8, № 3, maddə 209) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 20-ci maddə üzrə:
3.1.1. 20.1.6-cı maddədən hər iki halda “və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)” sözləri çıxarılsın;
3.1.2. 20.1.6-1-ci maddədən “, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman)” sözləri çıxarılsın;
3.1.3. 20.9-cu maddədə “şəxslərin” sözü “şəxsin” sözü ilə əvəz edilsin;
3.1.4. 20.9-1-ci maddədən “, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)” sözləri çıxarılsın;
3.2. 37.3.4-cü maddədə beşinci halda “şəxslər həmin maddədə sadalanan vəzifələrdə” sözləri “şəxs həmin maddədə qeyd edilən vəzifədə” sözləri ilə əvəz edilsin.
Maddə 4. Keçid müddəa
Bu Qanun qüvvəyə minənədək Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan şəxslərə və onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixədək qüvvədə olan normaları tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti

