Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
07 iyul 2026   
    
  • I OXUNUŞ
  • II OXUNUŞ
  • III OXUNUŞ
  • Müzakirədə iştirak edin

07 iyul 2026

Layihə 
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787 (Cild I); 2024, № 7, maddə 747; 2025, № 6, maddə 524, № 7 maddə 627; 2026, № 3, maddələr 202, 210) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 9.0.5-ci maddəyə “sənədləri” sözündən sonra “, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatını, uyğunluq bəyannaməsini və tanınmış xarici mənşəli uyğunluq sənədlərini” sözləri əlavə edilsin; 
1.2. 92.2.3-cü maddəyə “sənədlərlə” sözündən sonra “, barəsində  texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə” sözləri əlavə edilsin. 
Maddə 2. Bu Qanun barəsində texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 (iki) il keçmiş, idxal edilən mallara şamil olunur. 
Maddə 3.  Bu Qanun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. 
 
Azərbaycan Respublikasının Prezidenti 
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU