05 iyun 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 7, maddə 748, № 8, maddə 934; 2025, № 2, maddə 96, № 6, maddə 539, № 7, maddə 606, № 12 (I kitab), maddə 1123; 2026, № 1, maddə 15; Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 368-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2-ci maddəyə dördüncü halda “müavinlərinə” sözündən sonra “, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə” sözləri əlavə edilsin;
1.2. 8.1.2-ci maddəyə “orqanı” sözündən sonra “, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” sözləri əlavə edilsin;
1.3. 11.1-ci maddə üzrə:
1.3.1. 11.1.2.5-ci, 11.1.2.12-ci və 11.1.4.2-ci maddələr ləğv edilsin;
1.3.2. aşağıdakı məzmunda 11.1.4.16-1-ci maddə əlavə edilsin:
“11.1.4.16-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi;”;
1.4. 33-4-cü maddənin “Qeyd” hissəsinə ikinci halda “müavinləri” sözündən sonra “, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri” sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti