Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
05 iyun 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

05 iyun 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
 
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743, № 11, maddə 1011; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD və 373-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 45.3-cü maddənin ikinci cümləsində “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilsin.
2. 86.2.13-cü maddəyə “törətməyən” sözündən sonra “aşkar” sözü əlavə edilsin və həmin maddədə “təhqiqat başlanmasından 10 (on) gündən, bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 (iyirmi)” sözləri “məlumatın daxil olduğu vaxtdan 30 (otuz)” sözləri ilə əvəz edilsin.
3. 207.7-ci maddədə “şikayətlərə” sözü “məlumatlara” sözü ilə əvəz edilsin.
4. 217.1-ci maddəyə “və ya” sözlərindən sonra “bu Məcəllənin 214.1.1-ci maddəsində nəzərdə tutulan” sözləri əlavə edilsin.
5. 218.1-ci maddənin ikinci cümləsində “şikayətin daxil olduğu vaxtdan 10 (on) gün müddətində, bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 (iyirmi)” sözləri “məlumat daxil olduğu vaxtdan 30 (otuz)” sözləri ilə əvəz edilsin.
6. 293-cü maddə üzrə:
6.1. adında “şikayətin” sözü “məlumatın” sözü ilə əvəz edilsin;
6.2. 293.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“293.1. Bu Məcəllənin 214.4-cü və 214.4-1-ci maddələrində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər haqqında məlumatlar (ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər üzrə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsinin şikayəti, ictimai ittiham qaydasında təqib olunan cinayətlər üzrə isə bu Məcəllənin 204–206-cı maddələrində nəzərdə tutulmuş şəxslərin məlumatları) yazılı və ya şifahi formada təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora verilir.”;
6.3. 293.2-ci maddədə “şikayət” sözü “məlumat” sözü ilə, “şikayəti” sözü “məlumatı” sözü ilə əvəz edilsin;
6.4. 293.3-cü maddə üzrə:
6.4.1. birinci abzasda “şikayətdə” sözü “məlumatda” sözü ilə, “şikayətin” sözü “məlumatın” sözü ilə əvəz edilsin;
6.4.2. 293.3.1-ci maddədə “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilsin və həmin maddəyə “vəzifəsi” sözündən sonra “, hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” sözləri əlavə edilsin;
6.4.3. 293.3.4-cü, 293.3.6-cı və 293.3.7-ci maddələrdə ismin müvafiq hallarında “şikayət” sözü ismin müvafiq hallarında “məlumat” sözü ilə əvəz edilsin;
6.5. 293.4-cü maddə üzrə:
6.5.1. birinci cümlədə “şikayət” sözü “bu Məcəllənin 204–206-cı maddələrində nəzərdə tutulmuş məlumat” sözləri ilə, “şikayətdə” sözü “məlumatda” sözü ilə əvəz edilsin;
6.5.2. ikinci cümlədə “Şikayət” sözü “Məlumat” sözü ilə, “şikayəti” sözü “məlumatı” sözü ilə əvəz edilsin.
7. 293-1-ci maddə üzrə:
7.1. 293-1.0-cı maddənin birinci abzasına “şəklində” sözündən sonra “açılmasına və ya” sözləri əlavə edilsin;
7.2. 293-1.0.4-cü maddədə “təqsirləndirilən” sözü “cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş” sözləri ilə əvəz edilsin.
8. 294-cü maddə üzrə:
8.1. adında “cinayət üzrə şikayətə” sözləri “aşkar cinayət üzrə məlumata” sözləri ilə əvəz edilsin;
8.2. 294.1-ci maddə üzrə:
8.2.1. 294.1.1-ci maddədə “şikayəti” sözü “məlumatı” sözü ilə əvəz edilsin;
8.2.2. 294.1.2-ci maddədə “yazılı şikayətə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokola dərkənar qoymaqla şikayətin daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açmaq” sözləri “məlumatın daxil olduğu vaxtdan 48 saatdan gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması haqqında qərar qəbul etmək” sözləri ilə əvəz edilsin;
8.3. 294.1.3-cü maddədə “şikayətin” sözü “məlumatın” sözü ilə, “24” rəqəmləri “48” rəqəmləri ilə əvəz edilsin;
8.4. 294.1.4-cü maddədə “şikayətin” sözü “məlumatın” sözü ilə, “şikayəti” sözü “məlumatı” sözü ilə, “24” rəqəmləri “48” rəqəmləri ilə əvəz edilsin və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
8.5. aşağıdakı məzmunda 294.1.5-ci maddə əlavə edilsin:
“294.1.5. cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması haqqında qərar müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edildikdə onu aidiyyəti üzrə təhqiqat orqanına göndərmək.”;
8.6. 294.3-cü maddədə “şikayətə” sözü “məlumata” sözü ilə əvəz edilsin;
8.7. 294.4-cü maddə üzrə:
8.7.1. 294.4.1-ci maddədə “şikayət” sözü “məlumat” sözü ilə, “onun şikayəti üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması barəsində” sözləri “məhkəməyədək sadələşdirilmiş icraatın açılması barəsində 24 saat müddətində” sözləri ilə əvəz edilsin;
8.7.2. 294.4.2-ci maddədən “şikayətə dair” sözləri çıxarılsın və həmin maddədə “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilsin.
9. 295-ci maddə üzrə:
9.1. 295.1-ci maddədə “şikayətin” sözü “məlumatın” sözü ilə, “10 (on)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilsin;
9.2. 295.3-cü maddədən “şikayətin daxil olduğu vaxtdan 20 (iyirmi) gün müddətində” sözləri çıxarılsın;
9.3. 295.4.1-ci maddədə “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilsin. 
10. 296.2.3-cü maddədə “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilsin və həmin maddəyə ikinci halda “yer” sözündən sonra “, hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” sözləri əlavə edilsin.
11. 297-ci maddə üzrə:
11.1. 297.0.1-ci maddədə “dərhal” sözü “daxil olduğu gündən 48 saat ərzində” sözləri ilə, “şikayətin” sözü “məlumatın” sözü ilə və “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilsin;
11.2. 297.0.4-cü maddəyə “çıxarmaq” sözündən sonra “və ya cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar mövcud olduqda bu Məcəllədə müəyyən edilmiş qaydada cinayət təqibinə xitam verilməsi məsələsinə baxmaq” sözləri əlavə edilsin.
 
 
                                                                     Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU