“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
17 mart 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

17 mart 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932; 2025, № 1, maddə 16, № 2, maddə 94, № 6, maddə 523; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 27-ci maddənin IV-I hissəsinin 5-1-ci bəndinə, 30-cu maddənin VI-I hissəsinin 4-1-ci bəndinə və 35-ci maddənin IV-I hissəsinin 1-1-ci bəndinə “57.4-cü” sözlərindən sonra “, 57.6.3-cü” sözləri əlavə edilsin;
2. 85-ci maddənin birinci hissəsinin 10-cu bəndinin ikinci cümləsindən “və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur” sözləri çıxarılsın.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU