Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
- I OXUNUŞ
- II OXUNUŞ
- Müzakirədə iştirak edin
17 mart 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217, № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741; Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 334-VIIQD və 335-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 38.6-cı maddədən “(bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar)” sözləri çıxarılsın və həmin maddəyə ikinci halda “qərar” sözündən sonra “tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan)” sözləri əlavə edilsin.
2. 43.1-ci maddədən “410.3,” və “445-1,” rəqəmləri çıxarılsın və həmin maddədə “525–535” rəqəmləri “523-1, 525, 526‒528-2, 528-3.2, 528-3.6, 528-3.7, 529–535” rəqəmləri ilə əvəz edilsin.
3. 45-1-ci maddə üzrə:
3.1. 45-1.1-ci maddədə “nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – “İCMAL” informasiya sistemi) yaradılır” sözləri “nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi (bundan sonra – “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi) vasitəsilə həyata keçirilir” sözləri ilə əvəz edilsin;
3.2. 45-1.2–45-1.4-cü maddələrdə ismin müvafiq hallarında “İCMAL” informasiya sistemi” sözləri ismin müvafiq hallarında “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi” sözləri ilə əvəz edilsin.
4. 45-2-ci maddənin adında, 45-2.1-ci maddənin birinci və ikinci cümlələrində, 45-2.2-ci maddədə, 45-2.3-cü maddənin birinci və ikinci cümlələrində, 45-2.5-ci maddədə, 54.4-1-ci maddənin ikinci və üçüncü cümlələrində ismin müvafiq hallarında “İCMAL” informasiya sistemi” sözləri ismin müvafiq hallarında “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi” sözləri ilə əvəz edilsin.
5. 54.2-ci maddənin birinci cümləsindən “410.3,” və “445-1,” rəqəmləri çıxarılsın.
6. 57-ci maddə üzrə:
6.1. 57.1-ci maddənin birinci cümləsinə “çatdırılır” sözündən sonra “(bu Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
6.2. 57.5-ci və 57.5-1-ci maddələrin birinci abzaslarında “hallarda” sözü “vaxtdan” sözü ilə əvəz edilsin;
6.3. 57.6-cı maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“57.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə elektron qərar, habelə bu Məcəllənin 124.4-1-ci maddəsində qeyd olunan yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar və bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunan inzibati tənbeh vermə haqqında qərar nəqliyyat vasitəsinin istifadəçisi (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üçün internet informasiya ehtiyatında yaradılmış elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada verilir. Həmin qərarlar aşağıdakı vaxtdan rəsmi qaydada verilmiş hesab edilir:”;
6.4. 57.6.3-cü və 57.6.4-cü maddələr müvafiq olaraq 57.6.4-cü və 57.6.5-ci maddələr hesab edilsin və aşağıdakı məzmunda 57.6.3-cü maddə əlavə edilsin:
“57.6.3. bu Məcəllənin 57.5-1.1-ci və 57.5-1.2-ci maddələrində nəzərdə tutulmuş vaxtdan;”;
6.5. 57.6.4-cü və 57.6.5-ci maddələrə “üzrə” sözündən sonra “qərar və ya” sözləri əlavə edilsin;
6.6. aşağıdakı məzmunda 57.6-1-ci maddə əlavə edilsin:
“57.6-1. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada verilir.”.
7. 57-1-ci maddə üzrə:
7.1. 57-1.1.3-cü maddəyə “göndərilir” sözündən sonra “(bu Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
7.2. 57-1.2-ci maddənin ikinci cümləsində və 57-1.3-cü maddədə “İCMAL” informasiya sisteminə” sözləri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə” sözləri ilə əvəz edilsin.
8. 63-cü maddə üzrə:
8.1. 63.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısı ola bilməz.”;
8.2. 63.3-cü maddənin birinci cümləsində “maddəsində” sözü “maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin.
9. 97-ci maddə üzrə:
9.1. 97.3-cü maddə üzrə:
9.1.1. birinci cümlədə “inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və” sözləri “müvafiq olaraq inzibati cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla), habelə” sözləri ilə əvəz edilsin;
9.1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Bu Məcəllənin 97.2-ci maddəsinə uyğun olaraq saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarıldıqda, ona müvafiq inzibati xəta haqqında protokolun və inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir (bu Məcəllənin 57.6-cı və 57.6-1-ci maddələrinə uyğun olaraq həmin sənədlərin rəsmi qaydada verildiyi hallar istisna olmaqla).”;
9.1.3. dördüncü cümlədə “Sürücü” sözü “Bu halda sürücü” sözləri ilə əvəz edilsin;
9.2. 97.4-cü maddə üzrə:
9.2.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə elektron qərarın, habelə bu Məcəllənin 124.4-1-ci maddəsində qeyd olunan yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın və bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunan inzibati tənbeh vermə haqqında qərarın 20 gün müddətində bu Məcəllənin 57.6.3-cü maddəsinə uyğun olaraq rəsmi qaydada verilməsi (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə münasibətdə bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada sənədlərin çatdırılması) mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir.”;
9.2.2. ikinci cümləyə “üzrə” sözündən sonra “qərar və ya” sözləri əlavə edilsin.
10. 116.1-ci maddəyə “203,” rəqəmlərindən sonra “205-1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2,” rəqəmləri əlavə edilsin.
11. 117.3-cü və 122.1-ci maddələrin birinci cümlələrində, 122.1-1-ci maddədə ismin müvafiq hallarında “İCMAL” informasiya sistemi” sözləri ismin müvafiq hallarında “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi” sözləri ilə əvəz edilsin.
12. 123.1-ci maddədə “maddəsində” sözü “, 124.5-ci və 124.6-cı maddələrində” sözləri ilə əvəz edilsin.
13. 124-cü maddə üzrə:
13.1. 124.4-cü maddənin birinci–üçüncü cümlələrində ismin müvafiq hallarında “İCMAL” informasiya sistemi” sözləri ismin müvafiq hallarında “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi” sözləri ilə əvəz edilsin;
13.2. 124.6-cı maddənin ikinci cümləsi çıxarılsın.
14. 127-3.2-ci və 127-4.3-cü maddələrdə ismin müvafiq hallarında “İCMAL” informasiya sistemi” sözləri ismin müvafiq hallarında “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi” sözləri ilə əvəz edilsin.
15. 150-ci maddə üzrə:
15.1. 150.4-cü maddənin üçüncü cümləsində “və “İCMAL” informasiya sisteminə” sözləri “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə və “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə” sözləri ilə əvəz edilsin;
15.2. 150.13-1-ci maddədə “İCMAL” informasiya sisteminə” sözləri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə” sözləri ilə əvəz edilsin.
16. 181.0.2-ci maddə ləğv edilsin.
17. Aşağıdakı məzmunda 189-4-cü və 189-5-ci maddələr əlavə edilsin:
“Maddə 189-4. Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın verilməməsi
Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə –
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 189-5. Uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmaması
Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə –
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.”.
18. 279.0.4-1-ci maddə 279.1.4-1-ci maddə hesab edilsin.
19. 326-2.4-cü maddənin dispozisiyasından ikinci halda “ya” sözü çıxarılsın.
20. Aşağıdakı məzmunda 388-3-cü maddə əlavə edilsin:
“Maddə 388-3. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materialların müvafiq nişanlanma olmadan yayılması
Foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə –
səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “nişanlanma” dedikdə, foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşülür.”.
21. 410-cu maddə üzrə:
21.1. adına “təşkilatların” sözündən sonra “, dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri əlavə edilsin;
21.2. 410.1-ci maddə üzrə:
21.2.1. dispozisiya aşağıdakı redaksiyada verilsin:
“410.1. Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına, o cümlədən dövlət büdcəsindən, büdcədənkənar dövlət fondlarından, məqsədli büdcə fondlarından ayrılan vəsaitdən, habelə digər dövlət vəsaitindən təyinatı üzrə istifadə olunmamasına, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə, normativdən artıq ştat vahidinin saxlanılmasına görə –”;
21.2.2. sanksiyada “vəzifəli şəxsləri dörd yüz manatdan səkkiz yüz manatadək məbləğdə” sözləri “, dövlətə məxsus olan hüquqi şəxslərin vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində” sözləri ilə əvəz edilsin;
21.3. 410.2-ci və 410.3-cü maddələr ləğv edilsin;
21.4. “Qeyd” hissəsi üzrə:
21.4.1. mətni 1-ci bənd hesab edilsin və həmin bənddə “410-cu” sözləri “410.1-ci” sözləri ilə əvəz edilsin;
21.4.2. aşağıdakı məzmunda 2-ci və 3-cü bəndlər əlavə edilsin:
“2. Bu Məcəllənin 410.1-ci və 411-1-ci maddələrində “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
3. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xətanın bilavasitə obyekti olmuş vəsaiti tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.”.
22. 411-1-ci maddənin “Qeyd” hissəsi ləğv edilsin.
23. 432.4-cü maddənin sanksiyasına “vəzifəli” sözündən əvvəl “fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə,” sözləri əlavə edilsin.
24. 523-cü maddənin “Qeyd” hissəsindən “və ya dilənçilik” sözləri çıxarılsın.
25. Aşağıdakı məzmunda 523-1-ci, 525-1-ci və 528-3-cü maddələr əlavə edilsin:
“Maddə 523-1. Dilənçiliklə məşğul olma
523-1.1. Dilənçiliklə məşğul olmağa görə ‒
xəbərdarlıq edilir, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunur.
523-1.2. Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə –
iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.”;
“Maddə 525-1. Uşağa qarşı cismani cəzanın tətbiqi
Valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə –
iki yüz manat məbləğində cərimə edilir.
Qeyd: Bu Məcəllənin 525-1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”;
“Maddə 528-3. Xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulması
528-3.1. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə ‒
min beş yüz manat məbləğində cərimə edilir.
528-3.2. Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə ‒
inzibati xətanın obyekti olmuş geyim forması və xüsusi nişan müsadirə edilməklə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
528-3.3. Xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 (üç) iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə ‒
beş yüz manat məbləğində cərimə edilir.
528-3.4. Barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlamasına görə ‒
xəbərdarlıq edilir və ya beş yüz manat məbləğində cərimə edilir.
528-3.5. Xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul olmasına, icra hərəkətlərini həyata keçirməsinə görə ‒
min beş yüz manat məbləğində cərimə edilir.
528-3.6. İcra sənədlərinin icrası ilə bağlı xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxilə edilməsinə görə ‒
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.
528-3.7. Xüsusi icra məmurları tərəfindən dövlət və digər informasiya ehtiyatları və sistemlərindən icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olmayan məlumatların əldə edilməsinə görə ‒
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 528-3.5-ci və 538-3.6-cı maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”.
Azərbaycan Respublikasının Prezidenti

