Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
17 mart 2026   
    
  • I OXUNUŞ
  • II OXUNUŞ
  • Müzakirədə iştirak edin

17 mart 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013; Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD və 335-VIIQD nömrəli qanunları) 308-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “və ya büdcədənkənar dövlət fondlarının” sözləri “, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin.
2. 308-1.1-ci maddə üzrə:
2.1. dispozisiyada “və ya büdcədənkənar dövlət fondlarının” sözləri “, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2. sanksiyada “doqquz min manatdan on üç min manatadək miqdarda” sözləri “cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında” sözləri ilə əvəz edilsin.
3. 308-1.2-ci maddənin sanksiyasına “üç ilədək” sözlərindən əvvəl “cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında cərimə edilməklə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud” sözləri əlavə edilsin.
4. “Qeyd” hissəsinin mətni 1-ci bənd hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda 2-ci və 3-cü bəndlər əlavə edilsin:
“2. Bu maddədə “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə bu Məcəllənin 195-2-ci maddəsinin “Qeyd” hissəsindəki anlayış nəzərdə tutulur.
3. Bu maddədə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayətin predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaiti) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.”.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU