“Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında ”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
23 may 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında ”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 243; 1995, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndinə “Administrasiyasının” sözündən sonra “rəhbər işçilərinə (şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərlərinin müavinləri də daxil olmaqla yuxarı vəzifəlilərə)” sözləri əlavə edilsin.
Maddə 2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 7, maddə 748, № 8, maddə 934; 2025, № 2, maddə 96) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.2-ci maddədən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə,” sözləri çıxarılsın;
2.2. 8.1.4-cü maddədən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı,” sözləri çıxarılsın;
2.3. aşağıdakı məzmunda 11.1.2.6-1-ci maddə əlavə edilsin:
“11.1.2.6-1. Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi;”.
Azərbaycan Respublikasının Prezidenti