“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
23 may 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96) 179-cu maddəsinin 2-ci hissəsinin “o” bəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin hissənin “ö” bəndi ləğv edilsin.
Maddə 2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 7, maddə 748, № 8, maddə 934; 2025, № 2, maddə 96) 29-1-ci maddəsinə “quruma” sözündən sonra “(məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasına)” sözləri əlavə edilsin.
Maddə 3. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586 (Cild I); 2024, № 5 (I kitab), maddə 502, № 12 (II kitab), maddə 1337) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.7-ci maddənin birinci abzasının dördüncü cümləsi çıxarılsın;
3.2. 6.5-ci maddədən “, hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış” sözləri çıxarılsın.
Azərbaycan Respublikasının Prezidenti