Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
23 may 2025   
    

23 may 2025

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 135 (Cild I); 2024, № 3, maddə 250; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 11-ci maddə üzrə:
1.1.1. birinci hissədən “Naxçıvan Muxtar Respublikası,” sözləri çıxarılsın;
1.1.2. ikinci hissədən “və Naxçıvan Muxtar Respublikası” sözləri çıxarılsın;
1.2. 17-ci maddənin mətnindən “Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı,” sözləri çıxarılsın;
1.3. 19-cu maddə ləğv edilsin.
Maddə 2. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 169 (Cild I) 10-cu maddəsi ləğv edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU