“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
23 may 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813 (Cild I); Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.3.6-cı maddədən “(bu Qanunun 8.17-ci maddəsində göstərilən hallar istisna olmaqla)” sözləri çıxarılsın.
2. 8.17-ci maddə üzrə:
2.1. ikinci cümləyə “buraxılışlarına” sözündən sonra “(həmin səhm¬lərin dövlət orqanları (qurumları) və ya bütün səhm¬ləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhm¬ləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı bu Qanunun 6.3.1-ci, 6.3.2-ci (bu Qanunun 4.3.6-cı, 4.3.7-ci və 4.3.8.1-ci maddələrində göstərilən məlumatlar istisna olmaqla) və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınır və həmin səhm¬lər yerləşdirilmiş hesab edilir.”
Azərbaycan Respublikasının Prezidenti