22 aprel 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365 (Cild I); 2024, № 5 (I kitab), maddə 499) 6-cı maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
Azərbaycan Respublikasının Prezidenti