Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
22 aprel 2025   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

22 aprel 2025

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci, 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:
 
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 114-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 68.3-cü maddəyə “məhkəmələr” sözündən sonra “həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, habelə” sözləri əlavə edilsin;
1.2. 214.4-cü maddədə “188” rəqəmləri “188.1” rəqəmləri ilə əvəz edilsin və həmin maddədən “259.1,” rəqəmləri çıxarılsın;
1.3. aşağıdakı məzmunda 214.4-1-ci maddə əlavə edilsin:
“214.4-1. Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1, 330.1, 332.1, 332.1-1, 333.1–333.3, 350.1, 350.1-1 və 351.1-ci maddələri ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılır.”;
1.4. 293.1-ci və 293-1.0.3-cü maddələrdə “maddəsində” sözü “və 214.4-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.
 
Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024,  № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 115-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 40.0.1-ci maddəyə “məhkəmələri” sözündən sonra “və hərbi məhkəmələr” sözləri əlavə edilsin;
2.2. 43-cü maddənin adına və 43.2-ci maddəyə “məhkəmələrinin” sözündən sonra “və hərbi məhkəmələrin” sözləri əlavə edilsin;
2.3. 54-cü maddə üzrə:
2.3.1. 54.2-ci maddənin birinci cümləsinə “610–618-ci” sözlərindən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə olan inzibati xətalara münasibətdə)” sözləri əlavə edilsin; 
2.3.2. aşağıdakı məzmunda 54.2-1-ci maddə əlavə edilsin:
“54.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş bu Məcəllənin 610–618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir.”.
 
Maddə 3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413 (Cild I); 2024, № 5 (I kitab), maddə 486, № 12 (II kitab), maddə 1329) 31-ci maddəsinin birinci hissəsində “habelə inzibati xətalar haqqında” sözləri “inzibati xətalara dair və digər” sözləri ilə əvəz edilsin.
 
 
 
Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU