“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
18 mart 2025   
    
  • I OXUNUŞ
  • II OXUNUŞ
  • Müzakirədə iştirak edin

18 mart 2025

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 682 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 26.2-ci maddədə  “orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözləri “orqanının müəyyən etdiyi  orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında”  sözləri ilə əvəz edilsin.
2. 39.2.2-ci maddədən “və heyvanlar üçün  bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı” sözləri  çıxarılsın.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU