“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
23 aprel 2024   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

23 aprel 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
 
1. 8.1.3-cü maddəyə “Şurasının Aparatı” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi” sözləri əlavə edilsin.
 
2. 11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 11. İnzibati və yardımçı vəzifələrin təsnifatı
11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatları vardır: 
11.1.1. inzibati vəzifələrin ali təsnifatı:
11.1.1.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri; 
11.1.1.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbəri;
11.1.1.3. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərləri;
11.1.1.4. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatının rəhbəri;
11.1.1.5. Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri;
11.1.1.6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri və Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri; 
11.1.2. inzibati vəzifələrin birinci təsnifatı:
11.1.2.1. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;
11.1.2.2. Azərbaycan Respublikası Prezidentinin köməkçisi;
11.1.2.3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;
11.1.2.4. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi; 
11.1.2.5. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi; 
11.1.2.6. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;
11.1.2.7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmə rəhbərinin müavini; 
11.1.2.8. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi;
11.1.2.9. Azərbaycan Respublikası vitse-prezidentinin köməkçisi; 
11.1.2.10. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinləri; 
11.1.2.11. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini;
11.1.2.12. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini;
11.1.2.13. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;
11.1.2.14. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatı rəhbərinin müavini və həmin orqanın Aparatında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;
11.1.2.15. Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin müavini və Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;
11.1.2.16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatları rəhbərlərinin müavinləri, habelə həmin dövlət orqanlarının aparatlarında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri; 
11.1.2.17. 1-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri;
11.1.3. inzibati vəzifələrin ikinci təsnifatı:
11.1.3.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin köməkçisi; 
11.1.3.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlarda struktur bölmə (şöbə) rəhbəri və onun müavini;
11.1.3.3. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini; 
11.1.3.4. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini; 
11.1.3.5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini; 
11.1.3.6. 1-ci kateqoriya dövlət orqanlarının aparatları rəhbərlərinin müavinləri və həmin orqanların aparatlarında struktur bölmə (şöbə) rəhbəri;
11.1.3.7. Azərbaycan Respublikası Baş nazirinin müşaviri, köməkçisi;
11.1.3.8. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müşaviri, köməkçisi; 
11.1.3.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrlərinin müşavirləri, köməkçiləri;
11.1.3.10. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri;
11.1.3.11. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müşaviri, köməkçisi; 
11.1.3.12. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən   vəzifəyə təyin və vəzifədən azad edilən rəhbərləri;
11.1.3.13. Azərbaycan Respublikasının xarici ölkədə  ticarət nümayəndəsi; 
11.1.3.14. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini;
11.1.4. inzibati vəzifələrin üçüncü təsnifatı:
11.1.4.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında mütəxəssis; 
11.1.4.2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində mütəxəssis;
11.1.4.3. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində mütəxəssis; 
11.1.4.4. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlarda mütəxəssis; 
11.1.4.5. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanda mütəxəssis;
11.1.4.6. Azərbaycan Respublikası Baş naziri müavininin köməkçisi; 
11.1.4.7. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında mütəxəssis;
11.1.4.8. Azərbaycan Respublikası Milli Məclisi sədri müavininin köməkçisi;
11.1.4.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında mütəxəssis; 
11.1.4.10. 1-ci kateqoriya dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbərinin müavini;
11.1.4.11. 2-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri və onların müavinləri;
11.1.4.12. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparatları rəhbərlərinin müavinləri və həmin dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbəri;
11.1.4.13. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən   vəzifəyə təyin və vəzifədən azad edilən rəhbərlərinin müavinləri;
11.1.4.14. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri (bu Qanunun 11.1.3.12-ci maddəsi nəzərə alınmaqla); 
11.1.4.15. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşavirləri, köməkçiləri;
11.1.5. inzibati vəzifələrin dördüncü təsnifatı:
11.1.5.1. 1-ci kateqoriya dövlət orqanlarında mütəxəssis;
11.1.5.2. 2-ci kateqoriya dövlət orqanlarının aparatlarında struktur bölmə (şöbə) rəhbəri və onun müavini;
11.1.5.3. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi rəhbərinin müavini;
11.1.5.4. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri (bu Qanunun 11.1.4.13-cü maddəsi nəzərə alınmaqla);
11.1.5.5. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətləri aparatlarının rəhbərləri və onların müavinləri; 
11.1.5.6. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanlarının aparatlarında struktur bölmə (şöbə) rəhbərinin müavini; 
11.1.5.7. müvafiq icra hakimiyyəti orqanları rəhbərlərinin müşavirləri, köməkçiləri; 
11.1.5.8. Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin köməkçisi;
11.1.5.9. Naxçıvan Muxtar Respublikası Baş nazirinin müşaviri, köməkçisi;
11.1.5.10. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzinin rəhbəri və onun müavini;
11.1.5.11. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini;
11.1.6. inzibati vəzifələrin beşinci təsnifatı:
11.1.6.1. 2-ci kateqoriya dövlət orqanlarında mütəxəssis;
11.1.6.2. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müşavirləri, köməkçiləri;
11.1.6.3. Naxçıvan Muxtar Respublikasında 3-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri;
11.1.6.4. 3-cü kateqoriya dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbəri və onun müavini;
11.1.6.5. 4-cü kateqoriya dövlət orqanlarının – müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərləri;
11.1.7. inzibati vəzifələrin altıncı təsnifatı:
11.1.7.1. 3-cü kateqoriya dövlət orqanlarında mütəxəssis;
11.1.7.2. 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanının Aparatında struktur bölmə (şöbə) rəhbəri və onun müavini;
11.1.7.3. 4-cü kateqoriya dövlət orqanlarının – müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərlərinin müavinləri;
11.1.7.4. 5-ci kateqoriya dövlət orqanlarının – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinləri;
11.1.8. inzibati vəzifələrin yeddinci təsnifatı:
11.1.8.1. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarının – müvafiq icra hakimiyyəti orqanının, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin, rayon (şəhər) prokurorluqlarının və hərbi prokurorluqlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrində mütəxəssis; 
11.1.8.2. müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların rəhbərləri, onların müavinləri və həmin orqanlarda mütəxəssis, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri və sahə inzibati ərazi dairələri nümayəndələri, onların müavinləri və mütəxəssislər. 
11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatları vardır: 
11.2.1. yardımçı vəzifələrin birinci təsnifatı – ali kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.2. yardımçı vəzifələrin ikinci təsnifatı – 1-ci kateqoriya dövlət orqanlarında  texniki vəzifələr;
11.2.3. yardımçı vəzifələrin üçüncü təsnifatı – 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı – 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr.
11.3. Dövlət orqanları aparatlarının və digər struktur qurumlarının adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
 
 
Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU