“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
06 iyun 2023   
    

06 iyun 2023

Layihə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq  qərara alır:

“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1381) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə hər iki halda “6 263 970 000,0” rəqəmləri “6 267 970 000,0” rəqəmləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.4-cü maddə əlavə edilsin:    

 

       2.4.

 

Əvvəlki illərdə dövlət sosial müdafiə fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ

 

4 000 000,0

3. 3-cü maddə üzrə:

3.1. 3.1.2.3-cü maddədə “28 000 000,0” rəqəmləri “32 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.2. 3.1.2.5-ci maddədə “41 000 000,0” rəqəmləri “37 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.3. 3.4-cü maddədə “102 700 000,0” rəqəmləri “106 700 000,0” rəqəmləri ilə əvəz edilsin.

                                                                                   
  Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU