Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа

Qanun layihələri
06 iyun 2023   
    

06 iyun 2023

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
 
Аzərbаycаn Rеspublikаsının Milli Məclisi Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 94-cü mаddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutаrаq qərаrа аlır:
Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383,    № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddə 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828, № 11, maddə 1236, № 12, maddələr 1364, 1399; 2023, № 1, maddələr 17, 20, 32, 39, № 2, maddələr 149, 201, 204; Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 837-VIQD nömrəli Qanunu) аşаğıdаkı dəyişikliklər еdilsin:
1. 27.3-cü maddəyə “333,” rəqəmlərindən sonra “333-1,” rəqəmləri əlavə edilsin və həmin maddədə “və 343-cü” sözləri “, 343 və 343-1-ci” sözləri ilə əvəz edilsin. 
2. 43.1-ci maddəyə “333,” rəqəmlərindən sonra “333-1,” rəqəmləri, “334,” rəqəmlərindən sonra “334-1,” rəqəmləri,  “338.7,” rəqəmlərindən sonra “338.10,” rəqəmləri əlavə edilsin və həmin maddədə “343” rəqəmləri “343.1 – 343.7, 343.9,         343-1.1 – 343-1.9, 343-1.11” rəqəmləri ilə əvəz edilsin.
3. 96.1.4-cü maddədə və 315.3-cü maddənin dispozisiyasında “göstərən” sözü “edən” sözü ilə əvəz edilsin.
4. 327-ci maddə üzrə:
4.1. 327.2-ci maddənin sanksiyasında “altmış” sözü “səksən” sözü ilə əvəz edilsin;
4.2. 327.3-cü maddənin dispozisiyasına “pozulmasına” sözündən sonra “və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə” sözləri əlavə edilsin və həmin maddənin sanksiyasında “səksən” sözü “yüz” sözü ilə əvəz edilsin;
4.3. 327.4-cü maddənin sanksiyasına “yüz” sözündən sonra “əlli” sözü əlavə edilsin;
4.4. 327.7-ci maddənin dispozisiyasına “333.1,” rəqəmlərindən sonra “333-1.1,” rəqəmləri və “343.1” rəqəmlərindən sonra “, 343-1.1” rəqəmləri əlavə edilsin;
4.5. 327.8-ci mаddənin sаnksiyаsında “iki” sözü “üç” sözü ilə əvəz edilsin və həmin maddənin sanksiyasına “idarə etmək hüququ” sözlərindən sonra “аltı аydаn” sözləri əlavə edilsin; 
4.6. “Qeyd” hissəsinin 5-ci bəndində “və ya 343.1-ci” sözləri “, 333-1.1, 343.1 və ya 343-1.1-ci” sözləri ilə əvəz edilsin.
5. 328-ci maddə üzrə:
5.1. 328.3-cü maddənin sanksiyasında “yüz əlli” sözləri “iki yüz” sözləri ilə əvəz edilsin;
5.2. 328.4-cü maddənin sanksiyasında “iki yüz əlli” sözləri “üç yüz” sözləri ilə əvəz edilsin.
6. 332-ci maddə üzrə:
6.1. 332.3-cü maddənin sanksiyasında “iki” sözü “üç” sözü ilə əvəz edilsin;
6.2. 332.4-cü maddənin sanksiyasında “dörd” sözü “beş” sözü ilə əvəz edilsin.
7. 333-cü maddə üzrə:
7.1. adında və 333.1-ci maddənin dispozisiyasında “vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən” sözləri  “vasitəsinin alkoqoldan” sözləri ilə əvəz edilsin;
7.2. 333.2-ci maddənin sanksiyasında “dörd yüz manatdan beş yüz manatadək məbləğdə” sözləri “beş yüz manat məbləğində” sözləri ilə əvəz edilsin və həmin maddənin sanksiyasına “on beş günədək” sözlərindən sonra “müddətə” sözü əlavə edilsin;
7.3. 333.4-cü maddənin dispozisiyasına “nəqliyyat vasitəsinin” sözlərindən sonra “alkoqoldan istifadə olunması nəticəsində” sözləri əlavə edilsin;
7.4. “Qeyd” hissəsi üzrə:
7.4.1. 1-ci bənddə “və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin” sözləri “göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində” sözləri ilə əvəz edilsin;
7.4.2. 2-ci bəndə “şəxsin” sözündən sonra “alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış” sözləri əlavə edilsin. 
8. Aşağıdakı məzmunda 333-1-ci maddə əlavə edilsin:
“Maddə 333-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi
333-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –
altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 
333-1.2. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
333-1.3. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
333-1.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə –  
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
333-1.5. Bu Məcəllənin 333-1.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd: Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.”.
9. 334-cü maddə üzrə:
9.1. adında və 334.1-ci maddənin dispozisiyasında “vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən” sözləri  “vasitəsinin alkoqoldan” sözləri ilə əvəz edilsin;
9.2. 334.4-cü maddənin dispozisiyasına “nəqliyyat vasitəsinin” sözlərindən sonra “alkoqoldan istifadə olunması nəticəsində” sözləri əlavə edilsin.
10. Aşağıdakı məzmunda 334-1-ci maddə əlavə edilsin:
“Maddə 334-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi
334-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
334-1.2. Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – 
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
334-1.3. Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –
min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 
334-1.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə –  
bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
334-1.5. Bu Məcəllənin 334-1.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.”.
11. 338-сi maddə üzrə:
11.1. 338.6-cı maddə ləğv edilsin;
11.2. 338.7-ci maddənin dispozisiyasında “338.4 – 338.6-cı” sözləri “338.4 və 338.5-ci” sözləri ilə və həmin maddənin sanksiyasında “səksən manatdan yüz” sözləri “yüz manatdan yüz əlli” sözləri ilə əvəz edilsin; 
11.3. aşağıdakı məzmunda 338.8 – 338.10-cu maddələr əlavə edilsin: 
“338.8. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə – 
yüz əlli manat məbləğində cərimə edilir.
338.9. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir  edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə –  
iki yüz manat məbləğində cərimə edilir.
338.10. Bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –
iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.”.
12. 342-ci maddə üzrə:
12.1. 342.1.3-cü maddəyə “olmamasına” sözündən sonra “və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə” sözləri əlavə edilsin;
12.2. 342.7-ci maddənin dispozisiyasından “və ya mövcud standartlara uyğun olmayan” sözləri çıxarılsın və həmin maddənin sanksiyasında “altmış” sözü “yüz” sözü ilə əvəz edilsin.
13. 343-cü maddə üzrə:
13.1. adında “Sərxoşluq” sözü “Alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq” sözləri ilə əvəz edilsin;
13.2. aşağıdakı məzmunda 343.1-1-ci maddə əlavə edilsin:
“343.1-1. Bu Məcəllənin 343.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – 
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur.”;
13.3. 343.2-ci maddənin sanksiyasında “dörd” sözü “beş” sözü ilə əvəz edilsin;
13.4. aşağıdakı məzmunda 343.4-1-ci, 343.8-ci və 343.9-cu maddələr əlavə edilsin:
“343.4-1. Bu Məcəllənin 343.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – 
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”;
“343.8. Bu Məcəllənin 338.8-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə –  
yüz əlli manat məbləğində cərimə edilir. 
343.9. Bu Məcəllənin 338.10-cu maddəsində nəzərdə tutulmuş hallarda alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə – 
iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.”. 
14. Aşağıdakı məzmunda 343-1-ci maddə əlavə edilsin:
“Maddə 343-1. Narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina
343-1.1. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə –
altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
343-1.2. Bu Məcəllənin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – 
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.3. Bu Məcəllənin 333-1.2 və 333-1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə – 
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.4. Bu Məcəllənin 333-1.4 və 333-1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə –
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.5. Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə          görə –
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.6. Bu Məcəllənin 343-1.5-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – 
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 
343-1.7. Bu Məcəllənin 334-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə           görə –
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.8. Bu Məcəllənin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə            görə –
min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.9. Bu Məcəllənin 334-1.4 və 334-1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə –
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.10. Bu Məcəllənin 338.9-cu maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə – 
iki yüz manat məbləğində cərimə edilir.
343-1.11. Bu Məcəllənin 338.10-cu maddəsində nəzərdə tutulmuş hallarda narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə – 
iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.”.
15. 351-ci maddənin sanksiyasında “yüz manatdan yüz əlli” sözləri “beş yüz manatdan səkkiz yüz” sözləri ilə və “min manatdan min iki yüz” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin.  
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU