Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
06 iyun 2023   
    

06 iyun 2023

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30, № 5, maddə 814, № 8, maddə 1383; 2020, № 5, maddə 522, № 7, maddə 832, № 12 (I kitab), maddə 1438; 2021, № 11, maddə 1204, № 12, maddə 1315; 2022, № 12, maddə 1386; 2023, № 1, maddə 33, № 2, maddə 210; Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 828-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 224.1-ci maddənin birinci abzasına “Dövlət rüsumu haqqında” sözlərindən sonra “, “Tullantılar haqqında” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 233-1-ci maddə əlavə edilsin:
“Maddə 233-1. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı
Gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.”.
Maddə 2. Bu Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU