Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
06 iyun 2023   
    

06 iyun 2023

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240,2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163 № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddələr 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828, № 11, maddə 1236, № 12, maddələr 1364, 1399; 2023, № 1, maddələr 17, 20, 32, 39, № 2, maddələr 149, 201, 204; Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 783-VIQD nömrəli və 2023-cü il 7 mart tarixli 837-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 234.0.5-сi maddədə “sənaye və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin;
1.2. 244.1-ci maddədə “istehsalat və məişət tullantıları ilə” sözləri “tullantılarla” sözü ilə əvəz edilsin;
1.3. 266-cı maddə üzrə:
1.3.1. adında və 266.4-cü maddədə “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin;
1.3.2. aşağıdakı məzmunda 266.5 – 266.13-cü maddələr əlavə edilsin:
“266.5. Utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyəti ilə bağlı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan tələblərin pozulmasına və ya vəzifələrin yerinə yetirilməməsinə, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən bu fəaliyyətlə bağlı həmin Qanunla müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə görə -
vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.
266.6. Utilizator tərəfindən utilizatorların reyestrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə - 
vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 
266.7. Bu Məcəllənin 266.5-ci və 266.6-cı maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində  cərimə edilir.
266.8. Utilizator, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın nüsxəsinin “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə verilməməsinə və ya nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora göndərilməməsinə görə -
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
266.9. Utilizator tərəfindən “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə -
vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
266.10. Utilizator tərəfindən “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərlə bağlı yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında  verilməməsinə görə -
vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
266.11. Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə -
dörd min manat məbləğində cərimə edilir.
266.12. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə -
beş yüz manat məbləğində cərimə edilir.
266.13. Utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə olunan yararlı materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə - 
vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.
Qeyd: Bu Məcəllənin 266-cı maddəsində “utilizator” dedikdə, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada utilizatorların reyestrində qeydiyyata alınmış, nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən şəxs başa düşülür.”;
1.4. 271-ci maddənin adında və dispozisiyasında “Sənaye və məişət tullantılarının” sözləri “Tullantıların” sözü ilə əvəz edilsin;
1.5. 275.1.9-cu maddədə  “istehsalat və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU