“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
30 may 2023   
    

30 may 2023

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; 2018, № 7 (I kitab), maddə 1425, № 11, maddələr 2204, 2205; 2019, № 2, maddə 187, № 4, maddə 579, № 5, maddə 797, № 6, maddə 986; 2020, № 7, maddə 831, № 11, maddə 1338; 2021, № 3, maddə 210; 2022, № 5, maddələr 433, 440; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 737-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.0.5-ci maddənin birinci cümləsindən “yaşayış yeri və ya olduğu yer üzrə” sözləri və ikinci cümləsi çıxarılsın.
2. 4-cü maddə üzrə:
2.1. 4.4-cü maddədə “orqanından ehtiyata” sözləri “orqanının ehtiyatına” sözləri ilə əvəz edilsin və həmin maddəyə “aparılır” sözündən əvvəl “mərkəzləşdirilmiş qaydada” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 4.5-ci maddə əlavə edilsin:
“4.5. Müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hərbi qeydiyyata alınırlar.”.
3. 7-ci maddə üzrə:
3.1. 7.1-ci maddəyə “Vətəndaşlar” sözündən sonra “(bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin;
3.2. 7.2-ci maddəyə “Hərbi vəzifəlilər” sözlərindən sonra “(bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin.
4. 8.2.1-ci maddəyə “qeydləri” sözündən sonra “, bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəliləri isə onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanının qeydi” sözləri əlavə edilsin.
5. 28.6-cı maddənin ikinci cümləsində “orqanından ehtiyata” sözləri “orqanının ehtiyatına” sözləri ilə əvəz edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti
 
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU