QASIMOVA Elmira Məmməd qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 68 saylı İmişli
1951-ci il fevralın 9-da İmişli rayonunun Yalavac kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 26-da 68 №-li İmişli seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU