SALAHOV Sayyad Adil oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 67 saylı Zərdab–İmişli –Ucar
1952-ci il yanvarın 15-də İmişli rayonunun Qaradonlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 1995-ci il noyabrın 12-də 67 №-li Zərdab-İmişli-Ucar seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU